Abel Məhərrəmov - 60

 

Azərbaycan elminin görkəmli ziyalısı

 

Kimya sahəsində tanınmış görkəmli alim, nüfuzlu ziyalı, ictimai xadim, əməkdar elm xadimi, millət vəkili, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, professor Abel Məhərrəmovun 60 yaşı tamam oldu.

Abel Məmmədəli oğlu Məhərrəmov 1950-ci ildə 5 yanvar tarixində Ağdam şəhərində anadan olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Ümumittifaq Olefinlər Elmi-Tədqiqat İnstitutunda çalışmışdır. 1973-ci ildəÜzvi kimyaixtisası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspiranturaya qəbul olmuş, 1976-ci ildəİkiqat rabitələrə birləşmə reaksiyalarında sulfenilxloridlərin elektrofilliyinin artırılmasının yeni metodumövzusunda namizədlik, 1991-ci ildə isə “Alkenlərin, üçüzvlü karbo hetrotsiklik birləşmələrin elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalarmövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş, həmin ildəÜzvi kimyaixtisası üzrə professor fəxri adı almışdır. 2001-ci ildə o, “Üzvi kimyaixtisası üzrə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir. A.Məhərrəmovun elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, kimyanın müxtəlif maraqlı mürəkkəb sahələrini əhatə edir. Akademik məhsuldar elmi fəaliyyəti ilə yanaşı, böyük elmi-təşkilatçılıq elmi-pedaqoji fəaliyyət göstərir. O, 1976-cı ildə Bakı Dövlət UniversitetininÜzvi kimyakafedrasında baş müəllim, dosent, 1984-93-cü ilərdə kimya fakültəsində dekan müavini, 1993-99-cu illərdə isə həmin fakültədə dekan vəzifələrində çalışmışdır.

1999-cu ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuşdur.

Akademik, həmçinin, Təhsil Nazirliyinin Vahid Elmi-metodik Şurasının üzvü, Qara Dəniz Universitetləri Assosiasiyasının prezidenti olmuşdur. O, elm texnologiya sahəsində səmərəli fəaliyyətinə görə Tehranda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalına, elm təhsil sahəsində göstərdiyi təşəbbüskarlığa görə, milli təhsilin inkişafı beynəlxalq təhsil məkanında inteqrasiya proseslərinə verdiyi töhfələrə görə Rumıniyanın Ali Komandor ordeninə, Beynəlxalq EKO mükafatına layiq görülmüş, Rumıniya Respublikasının Ovidius UniversitetininFəxri doktoruadını almışdır.

Azərbaycan təhsili elminin inkişafındakı xidmətlərinə görə Əməkdar elm xadimi adına layiq görülmüş, “Şöhrət” ordeni ilə təltif edilmişdir. O, həmçinin, Avropanın bir neçə ali məktəbinin fəxri doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, beynəlxalq ali təhsil assosiasiyalarının prezidenti idarə heyətinin üzvü seçilmişdir.

A.Məhərrəmov BDU-nin Elmi Şurasının sədri, BDU-nunElmi Xəbərlərjurnalının baş redaktoru, Təhsil Nazirliyi kollegiyasının, bir çox elmi qurumların üzvü dünyanın bir neçə aparıcı universitetlərinin fəxri doktorudur.

Alimin rəhbərliyi ilə 30-dan çox namizədlik doktorluq dissertasiyaları müdafiə edilmişdir. Akademik A.Məhərrəmovun apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 810 elmi əsərdə, o cümlədən, 45 müəlliflik şəhadətnaməsi patentdə, 9 monoqrafiyada, 48 dərslik dərs vəsaitində öz əksini tapmışdır.

Görkəmli Azərbaycan kimyaçı alimini, tanınmış elm mücahidini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

NƏZAKƏT

 

Səs.- 2010.- 6 yanvar.- S. 8.