Azərbaycan dövləti elmin inkişafına böyük diqqət və qayğı göstərir

 

- Gövhər xanım, məlum olduğu kimi bugünlərdə AMEA-nın illik ümumi yığıncağı keçirildi. Azərbaycan elminin inkişafı üçün bu yığıncaq hansı hadisələrlə əlamətdardır?

- Hazırda ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. AMEA-nın illik ümumi yığıncağı zamanı biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən böyük himayədarı Prezident İlham Əliyevdir. Prezidentimizin yığıncaqdakı çıxışı Azərbaycan elminin inkişafında çox böyük hadisədir.Dövlət başçısı yığıncaqda dərin məzmunlu çıxış etdi və alimlərimizin əməyinə yüksək qiymət verdi. Prezidentimiz Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib. Təbii ki, bu yığıncaqda qarşımıza qoyulan vəzifələrin yerinə yetirilməsi elmimizin gələcək inkişafında da mühüm rol oynayacaq.

- Amma nəzərə alaq ki, Azərbaycan elminin bugünkü inkişaf səviyyəsinə çatması heçasan olmayıb. Vaxtilə AMEA-nın ləğv olunması barədə də fikirlər də səslənirdi. Siz o dövrü necə xatırlayırsınız?

- Bəli, 1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan elminə tam başqa münasibət bəsləyirdi. Onların bir illik hakimiyəti dövründə Elmlər Akademiyasının ləğv olunması fikri səsləndirilirdi. Bu fikirləri səsləndirənlər üsə dövlətdə yüksək vəzifə tuturdular. Onlar sovetlərdən qalmış qurum kimi Elmlər Akademiyasının ləğvini iddia edirdilər. Bu fikri yalnız elmə aidiyyatı olmayan adamlar deyə bilərdilər. Çox şükürlər olsun ki, onların hakimiyyəti çox davam etmədi. 1993-cü ildə Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın rəyasət heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu. Bütün sahələrdə olduğu kimi elm sahəsində də Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirir. Bildiyiniz kimi Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib. Elmin İnkişaf Fondu yaradılıb və s. addımlar atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə ilbəil diqqət artırılır.

- Hazırda AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər hansı səviyyədədir?

- Bildiyiniz kimi, xeyli vaxt idi ki, AMEA-nın əsas binası, digər binaları da əsaslı şəkildə təmir olunurdu. Dövlət bu təmir-bərpa işləri üçün lazımi vəsaiti ayırmışdı. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqətində idi və dövlət başçısının akademiya şəhərciyində aparılan əsaslı təmiri işlərindən sonra vəziyyətlə tanış olması buna bariz sübutdur. Qeyd edim ki, son illər elm və mədəniyyət ocaqlarının təmirinə, maddi-texniki bazasının gücləndirilməsi işinə böyük diqqət ayrılır. Nümunə üçün deyə bilərəm ki, bir müddət öncə Tarix Muzeyi əsaslı şəkildə təmir olunduonun yeni eksponatlarla təchiz olunması, köhnə eksponatların bərpası üçün dövlət hər il vəsait ayırır. Eləcə də, Nizami adına Ədəbiyyat muzeyi təmir edildi. Hər iki muzeyin təmirdən sonra açılışında cənab Prezident şəxsən iştirak etdi və onların işi ilə yaxından tanış oldu. Bütün bunlar Azərbaycanda elmə, mədəniyyətə verilən yüksək qiymətdən xəbər verir.

Eyni zamanda, onu demək istəyirəm ki, Elmin İnkişafı Fonduna çox böyük vəsaitlər verilir. Elm ocaqlarının yeni avadanlıqlar ilə təchiz olunması, modernləşməsi, dünya elminə inteqrasiya etməsi, qrant müsabiqələrinin keçirilməsi, elmi işçilərin əməyinin stimullaşdırılması üçün bu fond ciddi işlər görməkdədir. Ümumiyyətlə, akademiyanın təchizat məsələlərison illər xeyli səviyyədə yaxşılaşdırılıb. İstər texniki avadanlıqlarla təchiz olunması, ezamiyyətlərin verilməsi, xarici ədəbiyyatların alınması və s. məsələlərdə müsbət irəliləyişlər çoxdur.

- AMEA-nın illik ümumi yığıncağında alimlərimiz tərəfindən bir sıra təkliflər də səsləndirildi. Bu təkliflərin reallaşdırılması üçünkimi tədbirlərin görülməsi nəzərdə tutulur?

- AMEA-nın illik ümumi yığıncağı zamanı dövlət başçısı alimlər tərəfindən səslənmiş təkliflərə də müsbət münasibətini ifadə etdi. Bilirsiniz ki, alimlərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir, vaxtaşırı məvaciblər artırılır. Amma cənab Prezident qeyd etdi ki, bugünkü təminat kifayət deyilona görə də, yaxın vaxtlarda elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bu görüşdən bir gün sonra Prezidentimiz elm adamlarının əməkhaqlarının 20 faiz artırılması sərəncam imzaladı. Bu da alimlərimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Başqa təkliflərə də dövlət başçısı müsbət münasibətini bildirib. Məsələn, Nizami Mərkəzinin yaradlılması, akademiyanın yeni kitabxana binasının tikilməsi, digər strukturların yaradılması haqda səslənən təkliflərlə bağlı müvafiq tədbirlərin görüləcəyi nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün ölkəmizin iqtidarı əlindən gələni edir. Prezident İlham Əliyev öz mövqeyi ilə sübut edir ki, O, nəinki böyük ictimai-siyasi xadimdir, eyni zamanda, ən müasir səviyyədə düşünən alimdir.

- Gövhər xanım, Azərbaycan elminin gələcək inkişafı üçün alimlərimizin üzərinə hansı vəzifələr düşür?

- Azərbaycan elminin inkişafı ilə bağlı Prezident İlham Əliyevin çox dəyərli fikirləri var. Prezidentimiz bəyan edib ki, biz neft kapitalını insan kapitalına çevriməliyik. Hesab edirəm ki, bu ideyanın reallaşmasında ilk növbədə, Milli Elmlər Akademiyası iştirak etməlidir. Bu, Azərbaycanın insanının intellektual səviyyəsini qaldırmaq üçün, Azərbaycan elminin dünyada öncül yerlərə çıxarmaq üçün çox vacibdir. Ümumiyyətlə, Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə edib. Bunu bizim ictimaiyyət çox gözəl bilir. Xüsusilə, neft-kimya sahəsində böyük ixtiralar, kəşflər olub. Daha sonra şərqşünaslıq elmində də Azərbaycan alimləri dünya səviyyəsində əsərlər yaradıblar. Şərqşünas alimlərimizdən akademik Ziya Bünyadov, akademik Əlsöhbət Sumbatzadə, akademik Əbdülkərim Əlizadə, professor Aidə İmanquliyevanın elmi əsərləri dünya şərqşünaslıq elminə böyük töhfədir. Dünya elmi ictimaiyyəti bu haqda da ətraflı məlumatlıdır. Bütövlükdə, görülən işlərdə dövlət bizim alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün bütün şərait yaradılır. Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi daha yüksək səviyyədə aparmaqdır.

 

Səs.- 2011.- 30  aprel.- S. 8.