Aktrisa" bədii filminin təqdimatı

 

Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə "Pozitiv Media" prodüser mərkəzində istehsal olunmuş "Aktrisa" bədii filminin quruluşçu rejissoru Rövşən İsaxdır. Filmin ilk baxışı mart ayının 5-də Teatr Xadimləri İttifaqının tamaşa zalında keçiriləcəkdir. Kriminal-dram janrında çəkilmiş filmdə bir-birinin ardınca törədilmiş 3 qətl hadisəsindən bəhs edilir. Peşəkar müstəntiq inanır ki, bu qətllərin üstünün açılması bir parolun tapılmasından asılıdır. Filmin ssenari müəllifləri İlqar Fəhmi, Rövşən İsax, quruluşçu-operatoru Rövşən Quliyev, bəstəkarları Vasif Arifoğlu, Nazim Əhmədov, səs rejissoru Orxan Ağalarovdur. Filmdə baş rollarda Fuad Poladov, Alesa Kaçer, İlham Hüseynov, Rövşən İsax, Şövqi Hüseynov, Məlahət Əhməd, Rəşad Səfərov, Salam İsmayılov başqaları iştirak edirlər.

 

 

Səs.- 2011.- 4 mart.- S. 12.