Qadınlar zəriflik təcəssümüdür

 

YAP Gədəbəy rayon təşkilatı ilə RİH-nin birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

 

Dünən YAP Gədəbəy rayon təşkilatı ilə RİH birlikdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.  

Sonra YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov tədbirdə çıxış edərək bütün qadınları, o cümlədən, rayonun qadınlarını təbrik edib. R.Muradov müasir Azərbaycanda qadınlara olan münasibətlə bağlı fikirlərini söyləyib: "Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndərimiz Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb.

Ulu Öndərimiz tərəfindən qoyulan bu siyasət bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkəmizdə qadınların hüquqları yüksək səviyyədə qorunur, onlar seçib-seçilmək hüququna malikdirlər cəmiyyətdə müxtəlif sahələrdə çalışırlar.

Gədəbəy rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev Azərbaycan qadınlarının siyasi cəhətdən fəal olduğunu söyləyib. Q.Paşayev onu da vurğulayıb ki, bu gün qadınlarımızın istər dövlət, istərsə digər strukturlarda təmsilçiliyi mövcuddur: "Cəmiyyətdə müəyyən streotiplər, fərqli yanaşmalar var ki, onların hamısını aradan qaldırmaq olduqca çətindir. Bunun üçün davamlı aparmaq lazımdır".

Tədbirdə YAP Gədəbəy rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Hüseynova da Azərbaycan qadınının ictimai-siyasi həyatındakı fəallığından danışıb Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dünya miqyasındakı fəaliyyətini xarakterizə edib.

Tədbir Gədəbəy rayon aşıqları mədəniyyət işçilərinin  bayram konserti ilə davam etdi.

 

 

R. HÜSEYNOVA

 

Səs.- 2011.- 8 mart.- S. 6.