Goranboy rayonunun Kələk kəndi ərazisində orta əsr yaşayış yerinin qalıqları aşkarlanıb

 

AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun Gəncə arxeoloji ekspedisiyası AMEA Gəncə Regional Elmi Mərkəzin Arxeologiya Etnoqrafiya şöbəsinin əməkdaşları tərəfindən 2011-ci ildə Gəncə onun ətrafında aparılan arxeoloji qazıntılar davam etdirilir. Kəşfiyyat işləri zamanı Gəncə yaxınlığında, Goranboy rayonunun Kələk kəndi ərazisində nəhəng kərpic kürəxanası, orta əsr yaşayış yerinin qalıqları müvafiq qəbiristanlıq aşkarlamışdır.

Kürəxanadalı kərpiclərin ölçüsünə saxsı məmulatına əsasən, ilkin olaraq, onun XII-XIII əsrlərə aid olduğunu söyləmək olar. Kürəxananın, hələlik, 4 yarusu təmizlənmişdir, ancaq torpaq altında qalan təmizlənməmiş yaruslar da vardır. İlkin ehtimala görə, burada Gəncəni onun yaxınlığında yerləşən Şutur qalasını tikinti kərpicləri ilə təmin edən iri bir sənətkarlıq emalatxanası olmuşdur.

Ərazidən Korçayın qolu olan Kələk çayının keçməsi, torpağının gilli olması, yanacaq üçün meşə materialının zənginliyi kərpic emalatxanasının məhz həmin ərazidə tikilməsinə zərurət yaratmışdır. Torpağı uzaq məsafəyə daşımaqdansa, hazır məhsulun daşınması daha ucuz başa gəldiyindən, emalatxana xammal mənbəyinə yaxın ərazidə tikilmişdir. Bu cür kərpiclərdən həm qala divarları, həm körpü, qəbirüstü abidələr, yaşayış evlərinin tikintisində, həmçinin, şəhəri su ilə təmin edən su tünglərinin mühafizəsində istifadə olunmuşdur.

Bu cür kərpiclərdən həm su arxları çəkilib, küçələrin döşənməsində istifadə olunub. Belə bir abidə həmin ərazidə yerli əhali arasında Şirinbulaq kimi tanınan su mənbəsinin tikintisində istifadə olunub.

Gəncə onun ətrafında kərpic emalatxanasının olması haqqında Nizami Gəncəvinin "Kərpickəsən kişinin dastanı" əsərində məlumat verilir.

Yaxın vaxtlarda Gəncə şəhər icra hakimiyyəti AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun birgə təşkilatçılığı ilə həmin ərazidə AMEA "Gəncə Regional Elmi Mərkəz"in Arxeologiya Etnoqrafiya şöbəsinin AMEA Arxeologiya Etnoqrafiya İnstitutunun "Gəncə arxeoloji ekspedisiyası"nın əməkdaşlarının iştirakı ilə geniş arxeoloji tədqiqat işlərinə başlanılacaqdır.

Qeyd edək ki, abidənin Gəncənin İntibah dövrü sənətkarlığının öyrənilməsi baxımından elmi əhəmiyyəti böyükdür Azərbaycanda indiyədək məlum olmayan ən böyük kürəxanadır. Abidənin tədqiqatı başa çatdıqdan sonra Mədəniyyət Turizm Nazirliyinin köməkliyi ilə onun gələcəkdə mühafizəsi turizm məqsədilə istifadəsi nəzərdə tutulur.

 

 

Zümrüd

 

Səs.- 2011.- 8 mart.- S. 12.