"Qafqaz bəstəkarları" ansamblının
konserti keçirilib
Qarabağ Fondunun maliyyə dəstəyi ilə ABŞ-ın Simson Qalereya Mərkəzində "Qafqaz
bəstəkarları" ansamblının
konserti keçirilib.
Konsertin məqsədi insanlar arasında körpü yaratmaq, Qafqaz xalqlarının sülh şəraitində
yaşamalarına töhfə
vermək, Azərbaycanın
və Qafqazın mədəni paytaxtı olan Qarabağı bütün dünyaya tanıtmaqdır.
Konsertdə amerikalı simfonik musiqi həvəskarları regionun
musiqisini dinləmiş,
Azərbaycan, eləcə
də, Qafqaz mədəniyyətlərini daha
ətraflı öyrənməyə
imkan qazanmışlar.
Qarabağ Fondunun və Azərbaycanın Qarabağ bölgəsinin
adını eşitmişlər.
Konsertdə Azərbaycan
bəstəkarı Firəngiz
Əlizadənin "İtirilən
vaxtın axtarışında"
və Oleq Felzerin əsərləri ifa olunub.
Mart ayında Qarabağ Fondunun maliyyə dəstəyi ilə daha iki
konsertin təşkili
nəzərdə tutulub.
Qeyd edək ki, Nyu-Yorkda fəaliyyət göstərən
"Qafqaz bəstəkarları"
ansamblı Azərbaycan,
Gürcüstan və
digər Qafqaz bəstəkarlarının əsərlərini
ifa edir.
Zümrüd
Səs.- 2011.- 11 mart.- S. 12.