Azərbaycan muğam musiqisinin memarı
Bu gün Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə
sintezini yaratmış
dünyaşöhrətli cazmen
Vaqif Mustafazadənin doğum günüdür.
İfası, novatorçuluğu
ilə Azərbaycan caz musiqisinə yeni, orijinal üslub bəxş edən sənətkar yaşadığı qısa
bir zaman məsafəsində dünyanı musiqisi ilə heyrətləndirə
bildi. Yaradıcılığa
kiçik yaşlarından
başlayan Vaqif Mustafazadənin sənət
uğurları məhz
onun sənət səhifələrini bəzədi.
Belə ki, sənətkar musiqisi ilə dünyaya səs saldı. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz
fikrinin yaradıcısıdır.
O, Azərbaycan musiqisinin,
muğamın klassik Amerikan caz musiqisi
ilə sintezini yaratmışdır. Onun yeni devizi caz-muğam
adlanır. Sənətkarı
Azərbaycan muğam caz hərəkatının
memarı da adlandırırlar. Caz-muğam
üslubunun banilərindən
biri olan Vaqif Mustafazadə zaman anlayışına sığışmayan bir
insan ömrü yaşadı. O, gözəl
pianoçu olmaqla yanaşı, həm də çoxsaylı caz əsərləri yaratmış istedadlı
bəstəkar kimi yaddaşlarda qaldı.
Vaqif Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinə daxil olduqdan bir il sonra
1958-ci ildə Azərbaycan
Dövlət Radio Verilişləri Komitəsində
solist kimi əmək fəaliyyətinə
başlayır. 1964-cü ildə
o, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur və 1965-ci ildə Tbilisiyə köçür.
Onu "Orera" ansamblına musiqi rəhbəri vəzifəsinə
dəvət edirlər.
Burada caz festivallarında və konsertlərdə müvəffəqiyyətlə
çıxış edir.
Tallində keçirilən
Ümümdünya Caz
Musiqisi Festivalında o, bir neçə
kompozisiyanı ifa edir və maraqla
qarşılanır.
1968-ci ildə Azərbaycanın musiqi aləmində yüksək nüfuza malik olan məşhur
bəstəkar, Azərbaycanın
mədəniyyət naziri
Rauf Hacıyevin təkidi ilə Vaqif Mustafazadə Tbilisidən Bakıya qayıdır. Doğma Bakı, İçərişəhərin
dar küçələri,
burada keçirdiyi uşaqlıq illərinin unudulmaz xatirələri, tanış insanların mehriban çöhrələri
Vaqif üçün
sanki yeni ilham mənbəyinə çevrildi və o, yaradıcı fəaliyyətinin yeni mərhələsinə qədəm
qoydu. Beynəlxalq
caz müsabiqələri
və festivallarının
laureatı olur. Fortepiano və simfonik orkestr üçün konsertin,
"Muğam" simfoniyasının,
bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. 1970-ci ildə
"Leyli" vokal kvartetini yaradır. Qısa müddətdə
bu qrup bakılı
musiqisevərlərin böyük
rəğbətini qazanır.
Bir il sonra
1971-ci ildə bəzi
səbəblərə görə
"Leyli" vokal qrupunun tərkibi və adı dəyişir. Bu dəfə "Sevil" adlanan qrup tamaşaçılara
daha doğma, daha yaxın olur. Bu dövrdə müxtəlif
mahnı və melodiyaların caz üslubunda yazılışları
və videokliplərin
təşkili işləri
üzərində işləyən
Vaqif Mustafazadə özünün həm də bacarıqlı, öz işini gözəl bilən və düzgün yol göstərən musiqi rəhbəri olmasını sübut etdi. O öz kompozisiyalarında tez-tez dünya və Azərbaycan klassiklərinin
yaradıcılığına müraciət edir və onlardan bəhrələnirdi. Azərbaycan bəstəkarlarının
əsərlərinə hədsiz
rəğbət bəsləyən
Vaqif Mustafazadə dahi Üzeyir Hacıbəyovun sənətkarlığı
qarşısında baş
əyir, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi peşəkar bəstəkarların yaradıcılığına
böyük hörmətlə
yanaşırdı.
1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna,
1977-ci ildən 1979-cu ilə
kimi "Muğam"
instrumental qrupuna başçılıq
edir. Ansamblın belə adlanması
heç də təsadüfi deyildi.
Vaqif caz və muğamın
incə sintezini ilk baxışda bir-birinə
tam əks olan Şərq və Qərb aləmlərini birləşdirən musiqini
çoxsaylı sənətsevərlərin
yaddaşında əbədi
həkk etdi. Kollektivdə
işləyən peşəkar
musiqiçilər ondan
çox şey öyrənmişdilər. Bu, sözün həqiqi mənasında, yüksək
musiqi məktəbi və öz üzərində daimi iş illəri idi.
1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq
Caz Festivalında
"Əzizəni gözləyirəm"
musiqisinə görə
birinci mükafatı almışdı. 1979-cu ildə Azərbaycanın əməkdar
incəsənət xadimi
adına, 1982-ci ildə isə ölümündən sonra
Azərbaycan Dövlət
Mükafatına layiq görülmüşdür. O, fortepiano konsertlərinin, "Muğam"
simfoniyası və başqa fortepiano şedevrlərinin
müəllifidir. Lakin bütün
bunlar Vaqifin öz övladlarından -
iki qızından ötrü həqiqi sənət adamının
nümunəsi və etalonu olmasına, onlara gözəl tərbiyə və əla musiqi savadı verməsinə
mane olmadı. Gürcüstanda keçirilən "
Təəssüf ki, Vaqif dünya
caz səhnəsində
çıxış edib
öz məharətini
göstərə bilmədi. Dövrün sərt qanunları çoxlu maneçilik və çətinliklər
törədirdi. Yalnız
bir dəfə, 1979-cu
ildə Vaqifin Monakoda keçirilən Ümumdünya Caz Musiqi Müsabiqəsinə
göndərdiyi "Əzizəni
gözləyərkən" adlı kompozisiya, müəllifinin bütün
dünya musiqiçiləri
ilə rəqabət apara biləcəyini sübut etdi. Vaqif kompozisiyasının müsabiqədə birinci
yer tutması, özünün isə dünya miqyaslı musiqiçilər arasında
ən yaxşı ifaçı adına
layiq görülməsi
xəbərini alanda, bəlkə də ömrünün ən həyəcanlı və xoşbəxt anlarını
yaşadı. Müsabiqədə qalib gəldiyinə görə ona hədiyyə kimi, sülh və həyat eşqinin rəmzi, sırf musiqi rəmzi olan "Ağ royal" verilmişdi. Vaqif
Mustafazadənin musiqisi,
bax, belə musiqi idi.
Azərbaycanda sosializm siyasətinin
və sərt qaydaların hökm sürdüyü, heç
də asan olmayan o illərə
bu günümüzün
prizmasından baxanda başa düşürük
ki, Vaqif Mustafazadə kimi qeyri-adi, heç kəsə bənzəməyən
pianoçu və bəstəkar üçün
o dövrdə yaşamaq və işləmək heç də asan deyilmiş. Vaqif şəxsiyyətinin
ətrafında həmişə
çoxlu mübahisə
və polemikalar olub, onun sağlığında
da, ölümündən
sonra da. O, cəmiyyətin yaratdığı
stereotiplərə tabe
olmurdu. Onun əsər və improvizasiyaları bu gün həm peşəkar caz musiqiçiləri, həm
də onun işini davam etdirməyə cəhd göstərən gənclər
tərəfindən diqqətlə
təhlil və müzakirə edilir. Vaqif Mustafazadə öz zəmanəsinin inqilabçısı və
görkəmli şəxsiyyət
idi. Gerçəkliyi
qəbul etmək istəməyənlər daha
canfəşanlıqla onun
əleyhinə təbliğat
aparsalar da, o, sənətdə bir etalon oldu.
Vaqifin yaradıcılığını
milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər
bununla da kifayətlənmirlər. Vaqifin
televiziyada solo-konsert vermək cəhdi dəfələrlə boşa
çıxır. Vaqif
bu ədalətsizliyin,
haqsızlığın fövqündə
dayansa da, gündən-günə gərilən
əsəblər özünü
büruzə verir.
1979-cu il dekabrın 15-də Vaqif "Muğam" qrupu ilə birlikdə Daşkənd şəhərində növbəti
qastrollarda idi. Konsertin birinci hissəsi zamanı hiss etdi ki,
barmaqları sözünə
baxmır, nəfəsi
təngiyir. Həkimlər konsertin davam
etdirilməsini məsləhət
görmədilər, lakin
Vaqif öz fikrindən dönmədi və ikinci hissədə çox gözəl ifa edib, çıxışını
sona çatdırdı.
Bu, Vaqif Mustafazadənin həyat eşqi və enerjisi ilə dolu insanın, Azərbaycan caz musiqisinin əfsanəsi olan musiqiçinin son konserti oldu.
Zümrüd
Səs.- 2011.- 16 mart.- S. 12.