Akademik Milli Dram Teatrı Özbəkistandan qayıdıb

 

Akademik Milli Dram Teatrı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilənTeatr. UZ2” İkinci Beynəlxalq Teatr Festivalında iştirak edib. Festival Özbəkistanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunub.Mədəniyyət İncəsənət ForumuFondu (Fond Forum), “ÖzbəkteatrYaradıcılıq-İstehsalat Birliyi Özbəkistanın Gənclər Teatrı tərəfindən təşkil olunan festivalda yerli kollektivlərlə yanaşı, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna, Tacikistan kimi ölkələrin müxtəlif teatr kollektivləri iştirak edib. Teatrın mətbut katibi  Elçin Cəfərovun qəzetimizə verdiyi məlumata görə, festivalın rəsmi açılış mərasimi keçirilib Rus səhnəsi” (Almaniya, Berlin) teatr kollektivinin ifasında yapon nasiri dramaturqu Yukio MissimanınMaskanın tövbəsitamaşası nümayiş olunub.

Festival çərçivəsində Daşkənd Dövlət Musiqili Komediya Teatrınınınİyirmiyaşlılar.UZ” (İ.Jiyanov, R.Şerezdanov), Özbəkistan Almaniyanın müştərək layihəsi olanDiydorteatr-studiyasınınEkizlər” (F.Lüdviq), Özbək Dövlət Dram TeatrınınMedeya” (Evripid), Kokand Şəhər Musiqili Dram TeatrınınŞinel” (N.Qoqol), Özbəkistan Milli Akademik Dram Teatrının “Qum üzərində məhəbbətin gözəlliyi” (A.Raxmatov), Özbəkistan Akademik Rus Dram TeatrınınBalzaminovun evliliyi” (A.Ostrovski), Özbəkistan Gənc Tamaşaçılar TeatrınınŞahzadəni kim xilas edəcək?” (M.Vaytışko), Qaraqalpaq Dövlət Gənc Tamaşaçılar TeatrınınŞərəfli qocalıq” (P.Yoriyev), Ə.Nəvai adına Dövlət Akademik Böyük Opera Balet TeatrınınMaysarın kələkləri” (S.Yudakov), Özbəkistan Britaniyanın birgə layihəsi Work in ProgressinƏn kədərli povest...” (U.Şekspir Ə.Nəvainin əsərləri əsasında), M.Taşmuhammedov adına Kaşkadar Vilayət Musiqili Dram TeatrınınLeyli Məcnun” (Ə.Nəvai), Özbəkistan Gənclər TeatrınınKibritli qız” (Q.Anderson), M.Uyğur adına Surxandar Vilayətinin Musiqili Dram Teatrının “Ana” (Ş.Rizaev), Özbəkistan Gənclər TeatrınınÖmər Xəyyam bürcü” (T.Zülfüqarov), Özbəkistan Dövlət Akademik Dram TeatrınınTənha qadın” (D.Fo, F.Rame), İzrailin Goodman Theatre Ber-Şeva TeatrınınOnunla ilk görüş” (N.Labyut), V.Mayakovski adına Tacikistan Dövlət Rus Dram TeatrınınRüstəm Zöhrab”, Simferepol Krım-Tatar Akademik Musiqili Dram Teatrı ilə Özbəkistan Milli Akademik TeatrınınTənha ulduz” (N.Abbosxon) tamaşaları da nümayiş olunub. Kollektiv 24-27 oktyabr tarixlərində Daşkənddə olub. Teatr festivala Fransa yazarı Jan Koktonunİnsan səsipyesi əsasında hazırlanan tamaşa ilə yollanıb.

Tamaşanın quruluşçu rejissoru İlham Elxanoğlu, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı laureatı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi Məmmədov, rejissor assistenti Rəfiqə Musayevadır. Tamaşa Sahib Novruzovun tərcüməsi əsasında hazırlanıb. Janrıiki hissəli melodrama” kimi təyin olunmuş tamaşada rolları xalq artisti Bəsti Cəfərova əməkdar artist Elşən Cəbrayılov ifa ediblər. Tamaşa  Özbəkistan Gənclər Teatrının binasında   nümayiş olunub. Milli teatrımız tamaşanı Azərbaycan dilində, rus titrləri ilə nümayiş etdirib. Tamaşada Daşkənddəki Azərbaycan diasporunun üzvləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət incəsənət xadimləri, teatrşünaslar, aktyor rejissorlar, tələbələr, jurnalistlər iştirak ediblər. Tamaşa böyük maraq hissi ilə qarşılanıb.

Səfər çərçivəsində Akademik Milli Dram Teatrının nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovun qəbulunda olub. Azərbaycanın Özbəkistandakı səfirliyi səfər zamanı teatra dəstək olub. Milli Dram Teatrının tamaşası nümayiş olunan gün tamaşadan öncə teatrın foyesində Azərbaycanın milli dekorativ-tətbiqi sənətini ölkəmizin müasir həyatını əks etdirən rəngarəng sərgi təşkil edilib. Sərgidə Azərbaycanın görkəmli sənətçisi Müslüm Maqomayevin ifasında mahnılar səslənib. Teatrın kollektivi, həmçinin, Daşkənddə yerləşən Nizami Gəncəvinin heykəli önünə əklil qoyub Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.  

  Festival çərçivəsində, həmçinin, bir sıra ustad dərsləri, müzakirələr, seminarlar Mərkəzi Asiya teatrlarının dünya teatr prosesində rolu əhəmiyyəti. İyirmi illik müstəqil teatr prosesinin nəticələrimövzusunda forum keçirilib. Xatirə kimi Akademik Milli Dram Teatrına festivalın diplomu simvolik hədiyyə təqdim olunub. Akademik Milli Dram Teatrının bu festivalda iştirakı milli teatrımızın dünya teatr məkanına inteqrasiyası istiqamətində atılan əhəmiyyətli addım kimi dəyərləndirilməlidir.

 

 

Zümrüd

 

Səs.- 2011.- 1 noyabr.- S. 12.