Araz Əlizadə: "Azərbaycan Xalq Cəbhəsi liderlərinin şüuru, ağlı savadı olsaydı, 20 Yanvar faciəsi baş verməzdi"

 

"Azərbaycan Kommunist Partiyasının rəhbərləri xalqla bir olmaq əvəzinə, xalqın başında durmaq əvəzinə gözləyirdilər ki, Moskvadan göstəriş gələcək". SİA-ya açıqlamasında bu sözləri Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə 20 Yanvar faciəsinin baş vermə səbəblərinə münasibət bildirərkən deyib. 20 Yanvar faciəsinin baş verməsinin bir neçə səbəbinin olduğunu deyən A.Əlizadə bildirib ki, hadisə baş verməyə bilərdi: "Birincisi, Azərbaycan Xalq Cəbhəsi liderlərinin şüuru, ağlı savadı olsaydı, ikincisi, Azərbaycan Kommunist Partiyasının rəhbərliyi binamus bişərəf olmasaydı, üçüncü Qorbaçov başqa olmaqla SSRİ rəhbərliyi cinayətkar olmasaydı faciə baş verməzdi".

 

 

Səs.- 2011.- 20 yanvar.- S. 13.