Zəriflik» jurnalının əsas məqsədi Azərbaycan qadınının fəaliyyətini, eləcə milli-mənəvi dəyərlərimizi cəmiyyətdə təbliğ etməkdir

 

- Nurlana xanım, başa vurduğumuz 2010-cu il ölkəmiz üçün bir sıra uğurlarla yadda qaldı. İstərdik ki, YAP Qadınlar Şurasının ötən il ərzindəki fəaliyyəti haqqında məlumat verəsiniz...

- Bildiyiniz kimi YAP Qadınlar Şurasının son hesabat-seçki konfransından sonra yeni tərkibdə fəaliyyət göstəririk. Fəaliyyət göstərdiyimiz bir il yarım ərzində bir sıra layihələr, tədbirlər həyata keçirmişik. İlk olaraq qeyd etmək istəyirəm ki, biz bu müddət ərzində bütün reigonlarımızda qadınlarımızla görüşlər keçirmişik. Fəaliyyətimizin yeni istiqamətlərini həmin görüşlərimizdən sonra müəyyənləşdirmişik. Bəzi bölgələrdə müəyyən məsələlərin həllinin zəruri olması qənaətinə gəlmişik. Bütün bunlarla bağlı həmin bölgələrin insanları, xüsusilə qadınlar arasında maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi zərurəti ortaya çıxıb. Məsələn, elə region olub ki, orada erkən nikahla bağlı problemlər mövcuddur. Düzdür, bu problemi birdən-birə həll etmək, valideynlərə bunu birdən-birə izah etmək çətindir. İllərlə kök salmış bu ənənəni müxtəlif təbliğat işləri əsasında aradan qaldırmaq lazımdır. Biz bu istiqaməti öz fəaliyyətimizdə əsas məqamlardan hesab edirik. Təəssüf ki, bəzi valideynlər öz övladlarını tez evləndirməyə çalışırlar. Bunun gələcəkdə nəticələri isə yaxşı ola bilməz. Çünki erkən yaşda qurulan ailələrdə ciddi problemlər yaşanır. Biz belə halların qarşısını almaq üçün müəyyən addımlar atmışıq bu proses davamlı olacaq. Təkcə bir fakt deyim: Qadınlarımızın cəmiyyətdəki rolunu təlqin edən gözəl teatr tamaşalarımız var onları bölgələrdə nümayiş etdirmişik. Fikirləşdik ki, bu tamaşalara baxan insanlar tərbiyəvi, maarifləndirici xarakterli bu tədbirdən özləri üçün müsbət nəticə çıxara bilərlər. 

Bundan əlavə, YAP Qadınlar Şurası olaraq Lerik rayonunda səhiyyə aksiyası keçirmişik. Biz Lerik rayonunda qadınlarla görüş keçirərkən bəzi kəndlərdən olan qadınlar şikayət edirdilər ki, rayon mərkəzi uzaq olduğu üçün xəstə uşaqları xəstəxanaya gətirmək çətindir. Biz ötən ilin yayında böyük bir səhiyyə aksiyası keçirərək 865 uşağın tibbi müayinəsini təşkil etdik. Lerik rayonuna 12 fərqli sahələrin mütəxəssisi olan həkimlərlə getmişdik. Təsəvvür edin, Lerikin qadın sakinləri bu aksiyadan həddən artıq çox razı qalmışdılar.

Tarixən Azərbaycan anası güclü olub. Müasir dövrümüzdə Azərbaycan anasının sözünü deməyə tribunası var, öz həmfikirlərini bir yerə yığmaq imkanı var. Çünki cəmiyyətimizin YAP kimi böyük siyasi qüvvəsi var. Partiyamızın sıralarında təmsil olunan insanların 49 faizi qadınlardır. Onların sıralarında evdarlardan tutmuş müxtəlif sahələrdə çalışan qadınlar qadınlar da var. Bəzən siyasəti qadınlara yaraşdırmırlar. Amma mən deyərdim ki, bu gün siyasətin daha çox qadınlara dəxli var. Siyasət sülhdür, əminamanlıqdır. Siyasət cəmiyyətin tərəqqisidir, cəmiyyətdə yaşayan vətəndaşların təhlükəsizliyi toxunulmazlığı, o cümlədən hüquqlarıdır. Bunların hamısı qadınlarımızın arzusudur. Qadın əgər cəmiyyətdə özünü xoşbəxt hesab edirsə, demək həmin ölkə siyasi-iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. Ölkənin inkişafdan geri qalmasının zərbəsi birbaşa analara dəyir, çünki övladının xoşbəxt gələcəyini təmin edə bilmir.

- Qeyd etdiyiniz məsələlər ölkəmizdə hansı səviyyədə həll edilir?

- Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan qadınları cəmiyyətimizdə böyük nüfuza, hörmətə, ehtirama sahibdir. Ölkəmizdə qadınları narahat edən məsələlər öz həllini tapıb. Ölkəmizdə aparılan dövlət siyasətinin uğurlu nəticələrini hamımız görürük. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu siyasət bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi Azərbaycanın mövqeyi dünyada tanınır, təqdir olunur. 20 il əvvəlki kimi ölkədə xaos yoxdur. Bu gün analarımız Milli Qəhrəman Mübariz İbrahimov kimi oğullar yetişdirir. Yəni bu fakt sübut edir ki, ailələrimizdə qədər vətənpərvər oğullarımız böyüyür. Gənc nəslin belə yüksək milli ruhda böyüməsində analarımızın müstəsna əməyi, zəhməti var.

- “Zəriflik» jurnalının fəaliyyətə başlaması da YAP Qadınlar Şurasının yeni layihələrindən biridir. Bu jurnalın nəşrinə başlamaq zərurəti nədən yarandı?

- Qeyd etdiyim kimi YAP Qadınlar Şurası bir sıra layihələr həyata keçirməkdədir. Bu layihələrdən biri təşkilatımızın mətbuorqanı olanZəriflik» jurnalının fəaliyyətə başlamasıdır. Biz bu mətbuorqan vasitəsilə müxtəlif təbəqələrin insanlarını cəmiyyətə təqdim edirik. Artıq ilk sayımız işıq üzü görüb. Təbii ki, hər bir mətbuorqanın təkmil şəkildə ortaya çıxması, cəmiyyətdə özünə mövqe əldə etməsi üçün əsas vacib şərt zamandır. Fikrimcə, bu jurnalımız yüksək reytinq qazanacaq uğurlar əldə edəcək. İlk nömrəmizdə müxtəlif məqalələr dərc olunub. Bu məqalələrin həm böyük tərbiyəvi əhəmiyyəti var, milli-mənəvi dəyərlərimizin qorunmasına xildmət göstərir. YAP Qadınlar Şurasının əsas məqsədi məhz bu dəyərlərin qorunmasında qadınlarımızın rolunu cəmiyyətə təqdim etməkdir. Çalışırıq ki, klassik mədəniyyətimizi, incəsənətimizi gənc nəslə daha yaxından tanıdaq. Qeyd edim ki, jurnalın ilk sayında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva haqqında, Onun xeyirxah əməlləri haqda geniş bir yazı dərc etmişik. Bu gün Azərbaycan qadını öz ölkəsinin inkişafı üçün mübarizə aparır. Bu baxımdan Mehriban xanım Əliyevanın fəaliyyəti qadınlarımıza örnək olmalıdır. Mehriban xanım Əliyevanın səyi nəticəsində ölkəmizdə xeyli sayda xoşməramlı layihələr həyata keçirilib, təhsilimizin inkişafına töhfələr verilib. Bu gün ölkəmizin bir çox regionlarda Heydər Əliyv Fondunun təşəbüssü ilə məktəblərin yenidən qurulması prosesi davam edir. Yeni Azərbaycan Partiyasının üzvü olan qadınlarımız da məhz Mehriban xanım Əliyevanın fəaliyyətini hər zaman nümunə kimi qəbul edirlər, istər siyasi, istərsə ictimai proseslərdə aktivlik göstərirlər.

Jurnalda həmçinin, sənətkarlarımız haqqında da geniş yazılar var. Məsələn, Xalq artisti, böyük sənətkar Şövkət Ələkbərova ilə bağlı məqalə dərc olunub. Fikrimcə, gənc nəslin Şövkət xanımın sənəti ilə, onun yüksək səviyyəli səhnə fəaliyyəti ilə yaxından tanış olması olduqca vacibdir. Həmçinin, digər tanınmış sənətkarımız Aygün Səmədzadə ilə müsahibə dərc olunub. Bundan əlavə, jurnalda milli mətbəximizlə bağlı gözəl yazılar dərc olunub. Fikrimizcə, bu gün milli mətbəximizin təbliğinə kifayət qədər ehityac var. Bu, həm milli mətbəximizin başqa dövlətlərdə tanınmasına, təbliğinə kömək göstərə bilər. Bir sözlə jurnalın ilk sayında rəngarəng mövzular çoxdur.

Qeyd edim ki, gələcəkdə jurnalımızda fərqli, digər maraqlı rubrikalar da olacaq. Jurnalımızda elmə bağlı olan qadınlarımız haqqında da geniş məlumatlar əldə etmək olar. Fikrimcə, bu jurnalın dərci olduqca lazımlı idi biz bu ehtiyacı hiss edərək belə bir nəşri reallaşdırmağa qərar verdik.

- Yeni nəşrə ad seçimi edərkən, üçünZəriflik» adına üstünlük verdiniz?

- Dünyada qadın qədər incə, zərif bir məxluq yoxdur. Sanki zəriflik qadının boyuna biçilib. Zəriflik deyən kimi insanın gözünün qarşısında qadın, qadın deyəndə isə zəriflik canlanır. Zəriflik yalnız incəlik demək deyil. Zəriflik elə bir duyğudur ki, o məhəbbətdən yaranır. Dünyada ana ilə övladının məhəbbətindən zərif bir hiss yoxdur. Qadının gördüyü bütün işlər zəriflikdir. Hətta qadının öz övladı üçün bir sıra çətinliklərə sinə gərməsi zəriflikdən qaynaqlanan bir hissdir. Jurnalın adının seçilməsində bu amillər başlıca rol oynayıb.

 

 

Səs.- 2011.- 22 yanvar.- S. 6.