Azərbaycançılıq və dövlətçilik tarixində Azərbaycan Qaraqoyunlu dövlətinin roluyeri

Tarixi mənbələr sübut edir ki, XIV-XV əsrlərdə Azərbaycan dövlətçilik tarixində mühüm yer tutan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri Azərbaycan xalqının təşəkkülündə əsas rol oynamaqla yanaşı Yaxın və Orta Şərqin hərbi-siyasi tarixində də əhəmiyyət kəsb etmişdir. "Azərbaycan tarixi" kitabında göstərilir ki, qaraqoyunlu tayfa ittifaqının bayrağında qara qoçun, ağqoyunlu tayfa ittifaqının bayrağında isə ağ qoçun təsviri vardı. Buna görə də, həmin tayfaların biri qaraqoyunlular, digəri isə ağqoyunlular adlanırdı. Mənşəcə oğuz tayfalarından olan qaraqoyunlulara baharlılar başçılıq edirdilər.

Əvvəllər Van gölünün cənubunda məskən salmış qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincan, Sivas və Kürcüstanın şimal torpaqlarında möhkəmlənib ağqoyunlular Cəlairilər və Teymurilərə qarşı mübarizə aparmışlar. Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca idi. 80-ci illərin sonundan etibarən Qaraqoyunlu tayfa başçıları Cəlairilər arasında gedən mübarizə nəticəsində bu tayfa birləşməsi bir qədər zəiflədi. Bayram Xocanın Qaraqoyunlu tayfa ittifaqlarını birləşdirmək cəhdləri bir nəticə vermədi. Onun ölümündən sonra (1380) xələfləri Azərbaycanda öz siyasi təsirlərini kücləndirməyə çalışdılar. Oğlu Qara Məhəmməd (1380-1389) Cəlairilərlə mövcud ziddiyyəti aradan qaldırmaq məqsədilə öz qızını Cəlairi dövlətinin başçısı Sultan Əhmədə ərə verərək, onunla qohum oldu. Bu qohumluq hər iki tərəf arasında münasibətlərin sahmana düşməsinə kömək edir. Vəziyyətdən istifadə edən Qara Məhəmməd (mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqı hakimiyyətinin əsasını qoyur və Azərbaycanda öz hakimiyyətini möhkəmləndirməyə çalışdığı üçün qohumluğa əhəmiyyət vermir, 1382-ci ilin sentyabrında böyük qoşunla Təbrizə hücum edir və şəhər ətrafında ciddi döyüş başlanır. Bu döyüş Qaraqoyunlu qüvvələrinin Cəlairi şahzadəsi Şeyx Əli üzərində qələbəsi ilə nəticələnir. Cəsur və təşkilatçı, mürəkkəb hərb əməliyyatlarından çıxmağı bacaran bir şəxs olan Qara Məhəmmədin ləqəbi Nəsrəddin idi. O, bir il sonra (1383) Suriyada görünür. Çünki Suriya hakimi Səlim Qara Məhəmmədin təbəəsi olan Mosul hacılarının yolunu kəsərək, mallarını qarət etmişdi. Ona görə də, Qara Məhəmməd suriyalı Bozdoğanoğlu Ziya ül-Mülklə ittifaqa girərək, Səlimə qarşı yürüşə çıxır, şəhəri dağıdaraq çoxlu qənimət ələ keçirir. Səlim isə Hələb naibi əl-Nəsiriyyənin yanına qaçır.

1384-cü ildə Qara Məhəmməd Mardin hökmdarı Məcdəddin İsanın qızı ilə evlənmək üçün elçi göndərir, lakin rədd cavabı alır. Aldığı cavab Qara Məhəmmədin Mosuldan Mardin üzərinə yeriməsinə səbəb oldu. Mardin hökmdarı Hüsn-Keyfa qoşun toplayaraq, Qara Məhəmmədə müqavimət göstərmək istəyir, lakin məğlubiyyətə uğrayaraq geri çəkilir. Məlik İsa bacısını Qara Məhəmmədə ərə verərək, onunla qohum olur. Bununla da tərəflər arasında barışıq yaranır.

1385-ci ildə Qara Məhəmməd Mosul və Mardin arasındakı ərazinin sahibi olan Misir Xocanı Qahirəyə göndərərək, Sultan Berqoqdan, iki düşmənin hücumuna məruz qaldıqı üçün, Suriyaya keçməyə icazə istədi. Berqoq icazə verdi. Qara Məhəmmədin bu iki düşməninin biri Teymur, digəri isə aralarında ərazi ədavəti olan ağqoyunlular idi. Bir az əvvəl ağqoyunlular tərəfindən məğlub edilmiş Ərzincan hökmdarı Qara Məhəmməddən yardım istəmiş, o isə bu təklifə razılıq vermişdi. Bu da onların ağqoyunlulara qarşı ittifaqda birləşmələrinə səbəb oldu və həmin ildə onlar ağqoyunluları məğlubiyyətə uğratdılar. Ağır itki verən ağqoyunlular Sivas-Qeysəriyyə hökmdarı Qazi Bürhanəddinə müraciət etməyə məcbur oldulər.

1387-ci ilin baharında Teymur Naxçıvandan qaraqoyunlular üzərinə hücuma keçir. Bunu eşidən Qara Məhəmməd Çapaqcur dairəsinə gəldi və burada sərt keçidləri tutaraq, Teymurun qüvvələrini darmadağın etdi. Teymur Muş düzənliyinə çəkildi və ayrı-ayrı oymaqları qarət etdi. Xilatı sonra isə Adilcevazı tutaraq Aladağa yollanır. Daha sonra Vanı ələ keçirnb İrana dönür.

1387-ci ilin sonlarında Misir hakimi Berqoqa qarşı Mintaş, Qazi Bürhanəddin və Qara Məhəmməd arasında üçlər ittifaqı yaranır.

Teymurla Toxtamışın ədavətindən istifadə edən Cəlairi əmirləri Şəbli və Şah Əli Təbrizi zəbt etdilər. 1388-cn ilin baharında Cəlairi Sultan Əhməd də bura tələsdi. Bu vaxt Təbrizdə olan Dövlətyar Qara Məhəmmədə xəbər göndərərək Təbrizi tutmağı təklif etdi. Həmin il mayın 24-də qaraqoyunlular Cəlairi əmirlərinin müqavimətini sındırıb şəhərə daxil oldular. Şəblini təqib edərək Həştrudda öldürdülər. Şah Əli isə dilənçi qiyafəsində qaçmağa məcbur oldu. Beləliklə, Qara Məhəmməd 1388-ci ilin Zilhiccə ayında Təbrizə girdi, burada sultanın adına xütba oxutdu və pul kəsdirdi.

1389-cu ilin aprel ayında Qara Məhəmmədlə Mardin hökmdarı Məlik üz-Zahir İsanın Qahirəyə gələrək onlara qarşı üsyan etmiş Hələb valisi Vəl-Buqa əl-Nasirlə müharibəyə icazə verməsini xahiş etdilər. Lakin Berqoq bu xahişi rədd etdi. Qaynaqların məlumatına görə, Qara Məhəmməd və oğlu Bayram həmin ilin aprel ayında Qara Pirhəsən adlı digər bir Qaraqoyunlu əmiri ilə döyüşdə qətlə yetirilmişdilər. Qərb mənbələri Pirhəsənii babası Hüseyn bəyin adını çəkir, bu da şübhəsiz, Bayram Xocanı qətlə yetirərək, onun yerinə keçən Hüseyn bəydir. Pirhəsənin də əmirlik üçün qara Məhəmmədlə münaqişəyə girməsinin başlıca səbəbi bu idi. Maraqlıdır ki, Bayram Xoca və Hüseyn bəy ilə Qara Məhəmmədin babalarının qardaşı olmasına baxmayaraq, hakimiyyət uğrunda onlar bir-birini qətlə yetirirdilər.

Pirhəsən parlaq qələbəsinə baxmayaraq, mübarizəni davam etdirə bilmir. Qaraqoyunlular Qara Məhəmmədin oğlu Misir Xocanın ətrafına toplaşırlar. O, Mardin hökmdarından yardım alaraq Pirhəsənlə mübarizə aparır. Çox keçmədən onun işini əzm və iradə sahibi Qara Yusif davam etdirir. Ağqoyunlu Qara Yuluq Osmanla ittifaqa girir və Pirhəsəni əsir alaraq Teymurun yanına göndərir.

1391-ci ildə Qara Yusif Təbrizə gəlir. Lakin Əlincə əmiri Altunun Təbrizə yürüşü ilə əlaqədar şəhəri tərk edir. 1392-ci ildə Qara Yusif Pirhəsən bəylə döyüşə girdi, döyüş Qara Yusifin qələbəsi ilə başa çatdı. XVI əsrin ikinci yarısında Azərbaycanın qərbində yaranmış Qaraqoyunlu tayfa ittifaqı əhəmiyyətli bir qüvvə kimi diqqəti cəlb etsə də, öz daxili quruluşuna görə möhkəm deyildi.

Tayfalararası mübarizələr ittifaqı zəiflətdi və 1395-ci ildə ittifaq dağıldı. Lakin Qara Yusif tezliklə onu bərpa etdiTeymur əleyhinə ittifaq yaratmaq məqsədilə, Cəlairi Sultan Əhmədlə birlikdə Misirə getdi. Onlar Misirə çatan kimi Teymur Misir hakimi Berqoqdan dostların həbs edilməsini tələb etdi. Berqoq Teymura qarşı Qaraqoyunlu və Cəlairi qüvvələrindən istifadə etmək məqsədilə Teymurun təklifini rədd etdionun elçisini öldürtdü. Berqoqun ölümündən sonra taxtda oturan Misir hakimi, onun oğlu Sultan Fərəc Teymurla münasibətləri pozmamaq xatirinə müttəfiqləri həbsə aldı. Lakin Teymurun ölümünü eşidən kimi, onları həbsdən azad etdi.

Qara YusifSultan Əhmədin Azərbaycana qayıtması, Xondəmirin yazdığına görə, dostlar məhbəsdə olarkən şərtləşmişdilər ki, azadlığa çıxdıqdan sonra Bağdada Sultan Əhməd, Təbrizə isə Qara Yusif yiyələnsin.

Teymurun ölümündən sonra (1405) dostlar Azərbaycana qayıtdılar. Qara Yusif yol boyu Misir sərhədlərindən Fərat çayının sahillərinə qədər ayrı-ayrı feodal həmlələrini dəf etdi. Van ərazisində Xilatın, Muşun, Xnusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girdi. Bu ittifaq Qara Yusifin qızının Məlik Şəmsəddinə ərə getməsi ilə daha da möhkəmləndi. Bununla da Qara Yusif Kürdüstan ətrafında, Ərməniyyədə Azərbaycanın cənubunda məskunlaşan yarımköçəri kürd əmirlərini də öz ətrafında birləşdirə bildi. 1406-cı ilin iyununda Sultan Əhməd və Qara Yusif Bağdadı zəbt edib, təcili Cənubi Azərbaycana doğru irəlilədilər. 1406-cı il iyulun sonunda müttəfiqlər Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhər yoxsullarını öz tərəfinə çəkməyə çalışdı.

I İbrahim öz yaxın adamları, Təbriz naibləri ilə məsləhətləşəndən sonra şəhəri tərk etməyi qərara aldı. Bu da aydın idi. Çünki Azərbaycanın feodal əyanları I İbrahimin nisbətən yaxşı silahlanmış qoşun hissəsini təşkil edirdilər. Bununla belə, Cənubi Azərbaycan əmirlərinin çoxu Azərbaycanın birləşdirilməsini istəmirdilər, onlar xalqın geniş əhvali-ruhiyyəsini nəzərə alaraq, müvəqqəti olaraq, I İbrahimə sığınmışdılar.

1417-ci ildə Şirvanşah I İbrahim dünyadan köçdü. Onun Azərbaycanı birləşdirmək planı yarımçıq qaldı. Lakin Şirvan öz istiqlaliyyəti uğrunda mübarizəni davam etdirdi. I Xəlilullah (1417-1462) atasının ölümündən sonra Qara Yusifin hakimiyyətini tanımadı, Qaraqoyunlular əleyhinə Orta Asiyaİranda hökmranlıq edən Teymurun oğlu Sultai Şahruxla (1406-1447) ittifaqa girdi. Bundan istifadə edən Sultan Şahrux qardaşı Miranşahın qanını almaq üçün 1418-ci ilin yazında və 1420-ci ildə Azərbaycana uğursuz yürüş etdi. Qara Yusif bu yürüşləri dəf etməklə Sultaniyyəni tutdu, Marağanı Təbrizə köçürtdü, özünü müstəqil hökmdar elan etdi. Qəzvindən Ərzincana, Bağdaddan Şirvana qədər olan keniş əraziyə yiyələndi. Lakin Qara Yusif döyüşlərin birində (1420-ci il noyabrın 17-də) yaralandı və Təbrnz yaxınlığında Ucan adlı yerdə öldü.

Qara Yusifin ölümündən sonra Qaraqoyunlu əmirlərn arasında mübarizə başlandı. Bundan istifadə edən Sultan Şahrux 1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil oldu. I Xəlilullah qardaşı Mənuçöhr və Azərbaycan əmirləri ilə birlikdə onun yanına gəldi.

Şahrux Azərbaycanı tərk etdikdən sonra İsgəndər (1421-1438) dağınıq Qaraqoyunlu qüvvələrini bərpa edərək, Təbrizdə qərar tutdu, Cahanşahı özünə tabe etdi. Digər qardaşı İsfəndiyar İraqda möhkəmləndi. Kürün cənubunu idarə edən Azərbaycan əmirləri də ona tabe oldular. Beləliklə, Qaraqoyunlu dövləti bərpa edildi. Şirvan və Şəki isə öz müstəqilliyini saxlayırdı.

Baharlı tayfasından olan Barani sülaləsinin başçılığı və səyi nəticəsində Qaraqoyunlu dövləti yarandı. Cənuba doğru uzanan Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstün, Kürcüstanın bir hissəsi, Qərbi İran, İraq bu dövlətin tərkibinə daxil edildi. Təbriz dövlətin paytaxtı oldu. Qara Yusif böyük şəxsiyyət idi. O, qüvvətli süvari ordu yaratmışdı, özü Azərbaycanın cənub vilayətlərini, oğlanları isə dövlətin qalan hissəsini idarə edirdilər. O, küclü mərkəzi aparat yarada bilməsə də, feodal ara müharibələrini bir qədər zəiflətdi, əyanları hakimiyyətlə hesablaşmağa məcbur etdi. Bu illərdə ölkənin təsərrüfat həyatında müəyyən canlanma müşahidə olundu. Feodalların kəndlilər üzərindəki ağalığını təmin etmək üçün əlverişli şərait yarandı.

Şahruxun ölümündən sonra müstəqil siyasət yürüdən Cahanşah oturaq feodallarairi tacirlərə arxalanır, mərkəzi hakimiyyətə tabe olmaq istəməyən köçəri əmirlərə qarşı mübarizə aparır, Şirvanla dostluq münasibətləri yaratmağa çalışırlar.

Qaraqoyunlu padşahlarından ən güclüsü olan Cahanşah dövrünün geniş məlumatlı şəxsiyyəti, bacarıqlı dövlət xadimi idi. O, feodal sinfinin mənafeyinə tamamilə uyğun tədbirlər həyata keçirirdi. Onun qanunlarına əməl etməyənlər ciddi cəzalara məruz qalırdılar.

Beləliklə, Cahanşahın fəal daxilixarici siyasəti müdaxiləyə və ara müharibələrinə son qoydu. Lakin mərkəzi hakimiyyəti qüvvətləndirmək, səyləri nəticəsiz qaldı. Xalq kütlələrinin son dərəcə ağır vəziyyətdə yaşaması ilə əlaqədar ziddiyyətlərin kəskinləşməsi, feodallar arasındakı çəkişmələr, mərkəzi hakimiyyətə tabe olmamaq cəhdləri getdikcə Qaraqoyunlu dövlətinin zəifləməsinə səbəb olduAğqoyunlu Uzun Həsənin qaraqoyunlular üzərində qələbə çalması üçün əlverişli şərait yaratdı.

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 

Səs .- 2012.- 26 sentyabr.- S. 14.