Azərbaycanın Mərkəzi və Cənubi Amerika ölkələri ilə əlaqələri

 

      Mərkəzi və Cənubi Amerikaya Latın Amerikası da deyirlər. Latın Amerikası Avropa arasında okeanlar yerləşir. Latın Amerikası  əsasən ABŞ-ın maraq və təsir dairəsindədir. Dövlət quruluşuna görə respublika idarəçilik sisteminə malik bu ölkələr Britaniya Millətlər İttifaqına  daxildirlər. Latın Amerikasında əhalinin tərkibi müxtəlifdir. Burada latın-romandilli mədəniyyət, ispan-portuqal ənənələrinə əsaslanan mədəniyyət formalaşmışdır. Professor Əli Həsənovun qeyd etdiyi kimi, Azərbaycan Mərkəzi və Cənubi Amerika ölkələri ilə də diplomatik münasibətlər yaratmışdır. Bu ölkələr sırasında öz nüfuzu ilə seçilən Braziliya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, 1993-cü il oktyabrın 21-də isə iki ölkə arasında diplomatik münasibətlər yaradılmışdır.

     2001-ci ilin mayında Braziliya özünün Türkiyədəki səfirini, eyni zamanda, Azərbaycana da səfir təyin etmişo, mayın 17-də öz etimadnaməsini Prezident Heydər Əliyevə təqdim edərək fəaliyyətə başlamışdır.

     2001-ci il iyunun 3-5-də San-Xosedə (Kosta-Rika) Amerika Dövlətləri Təşkilatı Baş Məclisinin XXXI iclasında Azərbaycan tərəfındən iştirak edən ölkəmizin ABŞ-dakı səfiri H.Paşayev Braziliya xarici işlər naziri katibliyinin rəisi O.Çoxfi ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan-Braziliya ikitərəfli münasibətlərinin inkişafı, enerji resurslarının işlənməsi və nəqli, o cümlədən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

     2004-cü il mayın 27-dən iyunun 3-dək Azərbaycanda səfərdə olan Braziliyanın Türkiyədəki və eyni zamanda, Azərbaycandakı səfiri B.Neeli xarici işlər naziri E.Məmmədyarov qəbul etmişdir. Görüş zamanı Braziliyanın regional ofis açmaq niyyəti və bu ölkəni təmsil edən şirkət nümayəndələrinin avqust ayında Azərbaycana səfəri ətrafında fikir mübadiləsi aparılmışdır. Səfir BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 59-cu iclasından bir gün əvvəl 2004-cü il sentyabrın 20-də prezident L. da Silvanın dünya dövlətlərinin başçılarını görüşə dəvət etdiyini bildirmiş və Azərbaycan Prezidentinin də həmin görüşdə iştirakına ümid bəslədiyini qeyd etmişdir. 2005-ci il mayın 27-də xarici işlər nazirinin müavini X.Xələfov Braziliyanın Türkiyədəki səfiri M.Netonu qəbul etmişdir. Görüşdə BMT-də aparılan islahatlar, ikitərəfli münasibətlər və Braziliyanın BMT-nin Təhlükəsizlik Şurasına namizədliyinin Azərbaycan hökuməti tərəfindən dəstəklənməsi ilə bağlı xahişi müzakirə olunmuşdur.

     Azərbaycanla Braziliya arasında münasibətlər bu illərdə ölkə başçıları və digər rəsmi nümayəndələrin beynəlxalq təşkilatlar çərçivəsindəki təmasları və bir-birinə göndərdiyi məktublarla məhdudlaşmışdır. İki ölkə arasındakı illik ticarət dövriyyəsi 5 milyon ABŞ dolları səviyyəsindədir. Digər Cənubi Amerika dövləti Argentina Azərbaycanın müstəqilliyini 1992-ci il martın 9-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü ilin noyabr ayında qurulmuşdur. 2005-ci il martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi Argentina Respublikasında Azərbaycan səfirliyinin təsis edilməsi haqqında qanun qəbul etmişdir. İki ölkə arasında diplomatik əlaqələr, hələlik, beynəlxalq təşkilatiar çərçivəsində və qarşılıqlı məktublaşma vasitəsilə həyata keçirlir.

     Mərkəzi və Cənubi Amerikanın digər ölkələri ilə də Azərbaycanın diplomatik əlaqələri, hələlik, rəsmi məktub mübadiləsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı təmaslardan irəli getməyib:

     Haiti - Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, 2003-cü il mayın 9-da iki ölkə arasında diplomatik münasibətlər yaradılmışdır. Kosta-Rika - Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanımış, ölkələr arasında diplomatik münasibətlər 1997-ci il yanvarın 15-də yaradılmışdır. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında "Siyasi məsləhətləşmələrin yaradılmasına dair" anlaşma Memorandumu imzalanmışdır. Paraqvay - Azərbaycanla diplomatik münasibətləri 2004-ci il aprelin 20-də qurub. İki ölkə arasında diplomatik münasibətlərin yaradılması haqqında birgə kommünike imzalanmışdır. Uruqvay - Ölkələr arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 12-də qurulmuşdur. Venesuela - Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 9-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il mayın 12-də qurulmuşdur.

     Çili - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il noyabrm 3-də qurulmuşdur. 2005-ci ildə xarici işlor naziri E.Məmmədyarov Santyaqoda keçirilən xarici işlər nazirinin konfransında iştirak etmişdir. Səfər çərçivəsində E.Məmmədyarov Çilinin xarici işlər naziri İ.Volker ilə görüşmüşiki ölkə arasında gələcək münasibətlərin perspektivlərinə dair müzakirələr aparmışdır.

     Ekvador - Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanımış, iki ölkə arasında diplomatik münasibətlər 2004-cü il martın 22-də qurulmuşdur. Həmin gün Nyu-Yorkda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında birgə kommünike imzalanmışdır. Kolumbiya - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il dekabrın 13-də qurulmuşdur. Qayana - Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin yanvar ayında qurulmuşdur. Qvatemala - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü il noyabrın 1-də qurulmuşdur. Panama - Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 3-də tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin aprelində qurulmuşdur.

     Nikaraqua - İki ölkə arasında diplomatik münasibətlər 1994-cü ildə qurulmuşdur. 2004-cü il martın 1-də Azərbaycanın ABŞ-dakı səfiri H.Paşayev Nikaraqua Respublikasının həmin ölkədəki səfiri S.Stadzaqeni qəbul etmişdir. S.Stadzaqen BMT Baş Assambleyasının 2005-ci ildə keçiriləcək 60-cı Sessiyasında Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçkilərdə Nikaraquanın namizədliyinin dəstəklənməsi ilə bağlı nota təqdim etmişdir.

     Peru - İki ölkə arasına diplomatik münasibətlər 1996-cı il iyunun 25-də qurulmuşdur. Salvador - Azərbaycanın müstəqilliyini 1992-ci ildə tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1999-cu ilin martında qurulmuşdur. Yamayka - Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 6-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulmuşdur. Boliviya - İki ölkə arasında diplomatik münasibətlər 1996-cı il iyulun 8-də qurulmuşdur.

     Kuba - Mərkəzi və Cənubi Amerikanın yeganə sosialist dövlətidir və Azərbaycanla əlaqələrə maraq göstərir. Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımış, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il martın 27-də qurulmuşdur. Kuba özünün Rusiyadakı səfirini həm də Azərbaycana səfir təyin etmişdir. 2004-cü il aprelin 9-da xarici işlər naziri E.Məmmədyarov Kubanın Rusiyadaeyni zamanda, Azərbaycandakı səfiri M.Xorxeni qəbul etmişdir. Qonaq etimadnaməsinin surətini təqdim etmiş, Azərbaycan- Kuba əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılmışdır. Həmin gün Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev  səfirin  etimadnaməsini qəbul etmişdir. Azərbaycanla Kuba arasında iqtisadi əlaqələr çox zəifdir və ticarət dövriyyəsi təxminən 1mln. ABŞ dolları təşkil edir.

     Əhalinin yarıdan çoxu ispanportuqal mənşəli avropalılardan, 15% hindulardan, 10% zəncilərdən, qalan hissəsi isə qarışıq mənşəli (metislər, mulatlar, sambolar) əhalidən ibarətdir. Etnik tərkibindən asılı olmayaraq, Mərkəzi və Cənubi amerikalılar, əsasən, katolik dini konfessiyasına mənsubdurlar və əksəriyyət ölkələr ya ispan, ya da portuqal dilindən istifadə edirlər. Əhalinin ərazi üzrə yerləşməsi çox sıxdır (hər km. 2-ə 23 nəfər düşür) və 72%-i şəhərlərdə yaşayır.

     Ərazi xarakteristikasına görə Latın Amerikası zəngin region hesab olunur. Təbii resurslarla (qiymətli metal, neft, dəmir, kömür, boksit s.) zəngin olan Venesuela, Braziliya, Çili, Peru, Kolumbiya kimi ölkələr geoiqtisadi əhəmiyyətinə görə, daim ABŞ Avropa dövlətləri arasında mübarizə meydanı olub. Bu ərazilərdə işçi qüvvəsi ucuz olduğundan ABŞ Avropanın qabaqcıl dövlətlərini təmsil edən transmilli korporasiyalar Mərkəzi Cənubi Amerikanın bütün ölkələrində çox güclü müəssisələr yaratmışlar. Xüsusən, dağ-mədən metallurgiya sənayesi, emal müəssisələri, gəmiqayırma, maşınqayırma avtomobil zavodları, elektrotexnika elektronika müəssisələri iri transmilli şirkətlərin əlində cəmlənmişdir. Mərkəzi Cənubi Amerika ölkələrinin ənənəvi məşğuliyyətini kənd təsərrüfatı (banan, qəhvə, qarğıdalı, şəkər çuğunduru qamışı) sahəsi təşkil edir.

     Latın Amerikasının regional siyasi iqtisadi inteqrasiyası, əsasən, ABŞ-ın təsiri altında olan Amerika Dövlətləri Təşkilatı (ADT), Karib Ümumi Bazarı (KÜB), Mərkəzi Amerika Ümumi Bazarı (MAÜB) s. təşkilatlar çərçivəsində həyata keçirilir. Lakin Latın Amerikası qlobal miqyasda ümumamerika səviyyəsində Sakit okean Asiya məkanında siyasi iqtisadi inteqrasiya proseslərinə qatılıb. Bu mənada, Şərqi Cənub-Şərqi Asiya dövlətləri (Yaponiya, Çin, İndoneziya s.), Avropa Birliyi s. qlobal inkişaf mərkəzləri bu regionla əlaqələrə xüsusi səy göstərirlər. Latın Amerikası ölkələrinin siyasi xətti (Kuba istisna olmaqla) əsasən, ABŞ-ın dünyada yürütdüyü qlobal inteqrasiya, demokratikləşmə liberal iqtisadiyyat istiqamətinə doğru yönəlib.

     1994-cü ildən Latın Amerikası ölkələrində analoji proseslərin başlanmasını stimullaşdırır. Çili, Venesuela, Braziliya, Argentina, Uruqvay, Paraqvay başqa böyük dövlətlər Ümumamerika azad ticarət bölgəsinin yaranması istiqamətində fəaliyyətə başlayır. Bu məqsədlə bölgədə bir neçə subregional iqtisadi-ticarət birliyi yaranır, onlar arasında azad ticarət əlaqələri qurulur.

     Mütəxəssislər Şimali Latın Amerikası ölkələri arasında başlanan ticarət-iqtisadi inteqrasiyanın perspektivlərini yüksək qiymətləndirir qloballaşan dünyada yaxın 10-15 ildə onun daha da dərinləşəcəyini proqnozlaşdırırlar. Əlbəttə, bütün dünyada gedən proseslərə ABŞ-ın göstərdiyi təsir nəzərə alınarsa, onun bilavasitə yerləşdiyi Amerika qitəsində, o cümlədən, Latın Amerikası ölkələrində qloballaşmanın regional inteqrasiyanın sonrakı sürəti heç kimdə şübhə doğurmur.

    

   

     VAHİD ÖMƏROV,

     fəlsəfə üzrə fəlsəfə doktoru

   

    Səs.- 2013.- 2 fevral.- S.14.