Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxana sisteminin təqdimatı keçirilib

 

Mədəniyyət  28 noyabr 2013-cü il tarixində, saat 11:00-da Muzey Mərkəzində Virtual Mərkəzləşdirilmiş Elektron Kitabxanana sisteminin təqdimatı olacaq. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyinin sifarişi ilə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işlənib hazırlanıb. Hazırda Azərbaycanda müxtəlif pərakəndə kitabxana sistemləri fəaliyyət göstərir ki, bu sistemlər arasında inteqrasiya onlara müasir standartlara cavab verən yanaşma mövcud deyildir.

Kitabxana proseslərini oxucularla münasibətləri avtomatlaşdıran sadələşdirən, digər dünya kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən son texnologiyaların tətbiqi ilə qurulan mərkəzləşdirilmiş vahid kitabxana sistemini yaratmaq qarşıya əsas məqsəd kimi qoyulmuşdur.

Sistemin bütün elementləri müasir Oracle platforması üzərində Ultra şirkəti tərəfindən hazırlanmışdır. Sözü gedən sistem pilot layihə çərçivəsində artıq Bakı şəhərinin üç rayon mərkəzi kitabxanasında - Xətai MKS, Nərimanov MKS Səbayel MKS- tətbiq olunmağa başlanmışdır. İstifadəçi üçün asan interfeysə malik ALISA sisteminin tətbiqi zamanı ULTRA şirkətinin əməkdaşları kitabxanalar ilə sıx əməkdaşlıq edir, kitabxana əməkdaşlarına təlimlər keçirilir tətbiq zamanı tam dəstək göstərilir.

Sistemin hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanmış, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işlənmişdir. Hazırlanan ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC21, ISO2709, UNICODE, Z 3950 digər standartlar protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir.

 

Səs.- 2013.- 29 noyabr.- S.13.