Müstəqillik illərində Azərbaycanla Bolqarıstanın mədəni əməkdaşlığı

 

Azərbaycana olan sevgimaraq bolqar mədəniyyəti ilə yaxından əməkdaşlıq üçün çox mühüm amillərdən biri idi. Azərbaycana səfər edən bolqar yazıçı və şairləri, rəssam və artistləri, eləcə də, ziyalıları bu ölkəni sevir, onun insanları ilə əlaqə saxlamağa üstünlük verirdilər. Şairə Mariya Besslinovanın "Bolqarskaya jenşina" jurnalında (1978, N-3) ifadə etdiyi kimi: "...Məni günəş şüalarına qərq olmuş astanada, üz-gözündən şəfəq yağa-yağa qarşıladın. Adətən dostları belə qarşılayırlar... Qoy əbədi gözəllik həmişə səninlə olsun, Azərbaycan. Bir də yanına qayıtmaq üçün ayrılanda sənin evinin qapısını örtmədim, Azərbaycan!".

Ötən əsrin 70-ci illərində bolqar-Azərbaycan mədəni əməkdaşlığında beynəlxalq miqyaslı konfrans, simpozium və konqreslərdə qarşılıqlı iştirak mühüm yer tuturdu. Sənətşünaslıq namizədi Nərgiz Əsgərovanın Bolqarıstanda "Həyat mühitinin yaradılmasında memarlığın rolu" mövzusunda keçirilən beynəlxalq konfransdakı iştirakı mədəni mübadilə üçün mühüm əhəmiyyət kəsb etmişdi. Konfransdan qayıtdıqdan sonra Bolqarıstanda gördükləri, elmi məclislərdə eşitdikləri ilə bölüşən gənc memar, mətbuatda tövsiyyələrlə çıxış etmişdi.

Konsertlərlə mübadilə də hər iki ölkə arasında olan mədəni əməkdaşlıqda xüsusi yer tutmuşdur. Azərbaycan müğənniləri - Z.Xanlarova, R.Behbudov, M.Maqomayev, P.Bülbüloğlu Bolqarıstanda tanındığı, sevildiyi kimi, müğənni Lili Livanovanı da Azərbaycanda çox sevirdilər. 1979-1980-ci illərdə respublikada bolqar müğənnisinin verdiyi konsertlərin təəssüratı hələ də xatirələrdədir.

Faktlardan göründüyü kimi, Azərbaycan-Bolqarıstan mədəni əməkdaşlığı sovet dövrünün, xüsusilə, 50 -80-ci illərində inkişaf etdirilmiş olsa da, bu əlaqələr mahiyyətcə keçmiş SSRİ-nin dost sosialist ölkələri ilə münasibətləri çərçivəsindən kənara çıxmamışdı. Lakin bu ölkələr arasında diplomatik əlaqələrin 1992-ci ildən başlaması mədəni əməkdaşlığın da demokratik qaydalar, prinsiplər əsasında yenidən qurulmasına təkan verdi.

İki ölkə arasında mədəni əməkdaşlığın və ikitərəfli əlaqələrin qurulmasında ilk addım 1995-ci il iyulun 29-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı atıldı. Görüş zamanı Bolqarıstan prezidenti Jelyu Jelevbildirdi ki, onun ölkəsi yeni müstəqillik qazanılmış Azərbaycanla bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində əməkdaşlığa böyük maraq göstərir və bunun üçün bütün imkanlar mövcuddur. Həmin görüşdə imzalanmış "Dostluq münasibətləri və əməkdaşlıq barədə müqavilə", "Elmi-texniki yardım haqqında saziş" bir çox cəhətinə, o cümlədən, mədəni aspektlərinə görə də əhəmiyyət kəsb etdi.

"Beynəlxalq mədəni əlaqələr" kitabında göstərilir ki, 1999-cu ilin dekabrında Azərbaycana rəsmi səfər etmiş Bolqarıstan Prezidenti Petr Stoyanovun şərəfinə verilən ziyafət zamanı Prezident Heydər Əliyev öz nitqində iki ölkə arasında olan mədəni əməkdaşlığın müasir vəziyyətini şərh edərkən demişdi: "1995-ci ildə mən Bolqarıstana səfər edərkən şairimiz Səyavuş Məmmədzadə tərcüməçi kimi mənimlə getmişdi. O, bolqar ədəbiyyatının böyük bilicisidir, bolqar şairlərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsi üçün çox işlər görmüş və 80-ci illərin axırlarında burada hətta bolqar şairləri əsərlərinin böyük antologiyasını buraxmışdır".

Müasir tarixi şəraitdə Azərbaycan-Bolqarıstan mədəni əməkdaşlığının inkişaf perspektivlərinin müəyyənləşdirilməsində 2004-cü ilin oktyabrında Bolqarıstan prezidenti Georgi pirvanovun Bakıya rəsmi səfəri və iki ölkə arasında mədəniyyət sahəsində ikitərəfli sazişlərin imzalanması mühüm əhəmiyyət kəsb etdi. Həmin sazişlərə Şəki və Qabrova arasında qardaşlaşmış şəhər münasibətləri yaradılması haqqında birgə bəyannamə, Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə Bolqarıstan Teleqraf Agentliyi arasında əməkdaşlıq sazişləri aiddir. Bolqarıstan Prezidentinin Bakı Slavyan Universitetinin fəxri doktoru seçilməsi ilə əlaqədar bu təhsil müəssisəsində təşkil olunmuş görüşçox maraqlı olmuşiki ölkənin mədəni əməkdaşlığının gücləndirilməsinə əhəmiyyətli şəkildə təsir etmişdir. Bakı Slavyan Universiteti nəzdində "Bolqar dili və mədəniyyəti" mərkəzinin açılışından sevinən Bolqarıstan prezidenti G.Pırvanov təhsil müəssisələrinin bir-birilə əməkdaşlığına əlverişli şərait yaradacağına söz verdi. Səfər çərçivəsində Bolqarıstan prezidenti xanımı ilə Azərbaycan Dövlət İncəsənət Muzeyində, Müasir Təhsil Kompleksində olmaqla Azərbaycan mədəniyyətilə tanış olmuşdu.

Azərbaycan və Bolqarıstan arasında tarixən yaranmış mədəni əlaqələrin müasiri olduğumuz hazırkı dövrdə daha da inkişaf etdirilməsi ənənəsi davam etdirilməkdədir. Mədəni əməkdaşlıq sahəsində imzalanan sənədlər mədəni əlaqələrin hüquqi-normativ bazasını təşkil etməklə əməkdaşlığın ikitərəfli şəkildə inkişafını təmin edir.

Azərbaycan və Bolqarıstan arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bolqarıstan prezidenti J.Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişləndi. Heydər Əliyev və Jelyu Jelyev siyasi, ticarət-iqtisadi, mədəni, elmi-texnikis. sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılmasını və inkişafını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzaladılar.1998-ci il iyunun 5-də Yaltada Bolqarıstan prezidenti P.Stoyanov ilə görüşündə Heydər Əliyev iki ölkə arasındakı tarixi dostluq əlaqələrinə toxunaraq bildirmişdi: "...Azərbaycan ilə Bolqarıstan arasında daim dostluq əlaqələri olmuşdur. Bu əlaqələr uzun müddət davam etmişdir. Bizim əlaqələrimiz 70 il ərzində - Sovetlər İttifaqı dövründə də çox sıx və yaxın idi. Biz həmişə bir-birimizin təcrübəsini öyrənmişik. Hesab edirəm ki, bu əlaqələrin inkişaf etməsi, genişlənməsi üçün bizim tərəfimizdən böyük addımlar atılmalıdır". 1999-cu ilin dekabrında Bolqarıstan prezidenti Peter Stoyanov Azərbaycanda rəsmi səfərdə olarkən prezidentlər ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla yanaşı, elm, təhsil, mədəniyyət sahəsində də əlaqələrin möhkəmləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğuladılar. Heydər Əliyevin özünün sonrakı diplomatık fəaliyyətində də Bolqarıstanla münasibətlərə böyük əhəmiyyət verdiyini həmin dövlətin prezidenti G.Pırvanov belə vurğulamışdır: "Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz surətdə bağlı olacaqdır. Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi töhfəsini yüksək qiymətləndiririk."

Avropaya inteqrasiya xəttinin intensivləşməsi və Azərbaycanla Bolqarıstan arasında ikitərəfli qarşılıqlı əlaqələrin inkişafında Prezident İlham Əliyevin 2005-ci il sentyabrın 23-24-də Bolqarıstana rəsmi səfəri mühüm rol oynamışdır. Azərbaycanın dövlət başçısı İlham Əliyevin Bolqarıstan prezidenti Georgi Pırvanov, Bolqarıstan parlamentinin sədri Georgi Pirinski, baş nazir Sergey Staniş, eləcə də, digər dövlət nümayəndələri ilə görüşlərində ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə iqtisadi, mədəni və humanitar imkanlardan hərtərəfli istifadə olunması məsələləri ətraflı müzakirə edilmişdir.

Görüşlərdə Bolqarıstanın ATƏT-in sədri kimi Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində obyektiv mövqe tutduğubunun problemin aradan qaldırılmasına mühüm təsir göstərə biləcəyi qeyd olunmuşdur. Xüsusilə, hər iki dövlətin xarici siyasətinin əsas istiqamətlərinin üst-üstə düşdüyü, ölkələrarası ikitərəfli dialoqu inkişaf etdirmək və intensivləşdirmək üçün siyasi iradənin mövcudluğu bir daha təsdiqlənmişdir. "Yeni qonşuluq siyasəti" çərçivəsində ölkələrarası əməkdaşlığın vacibliyi və Bolqarıstanın bu sahədə Azərbaycana mənəvi dəstəklə yanaşı, həm də ekspert yardımı göstərəcəyinin vurğulanması Avropa İttifaqı ilə əməkdaşlığın inkşafı sahəsində yeni perspektivlər açır.

Prezident İlham Əliyevin Bolqarıstanda keçirdiyi görüşlər, eləcə də, dövlətlərarası münasibətlərin daha da dərinləşməsinə təkan verən sənədlərin imzalanması ikitərəfli əlaqələrin köhnə təməllər əsasında uğurla davam etdiyinin təzahürüdür. Sentyabrın 23-də Azərbaycanla Bolqarıstan arasında yeni sənədlərin imzalanması ilə dövlətlərarası tarixi və çoxtərəfli əlaqələrin inkişafına geniş perspektivlər açan zəruri normativ-hüquqi baza daha da genişlənmişdir. Azərbaycan və Bolqanstanın dövlət başçılarının imzaladığı birgə bəyannamədə, həmçinin, "AvropaAvratlantik inteqrasiyası sahəsində əməkdaşlıq haqqında memorandunm"da hər iki dövlətin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasında və ölkələrarası çoxtərəfli əlaqələrin intensivləşməsində maraqlı olduğu öz əksini tapmışdır. Sadələşdirilmiş viza rejimi haqqında saziş, gömrük sahəsində kadrların peşəkar hazırlığının artırılması üzrə protokol, aviasiya hakimiyyəti orqanları arasında gələcək əməkdaşlıq haqqında protokol, televiziyalar arasında əməkdaşlıq haqqında sazişdostluq cəmiyyətlərinin birgə fəaliyyətini təmin edən müqavilədə dövlətlərarası münasibətlərin müxtəlif sosial-iqtisadi sahələr üzrə inkişafı nəzərdə tutulmuşdur. Mühüm tarixi əhəmiyyət daşıyan bu sənədlər hər iki ölkənin beynəlxalq terrorizm, digər qlobal təhlükələr və qarşıya çıxa biləcək problemlərlə mübarizədə daha səmərəli əməkdaşlığına, regional təhlükəsizlik və sabitliyin inkişafına öz töhfəsini verəcəkdir.

2012-ci il aprelin 26-da Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana səfəri və Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüşü Azərbaycan-Bolqarıstan mədəni əməkdaşlığının inkişafına yeni təkan verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Bolqarıstan Respublikasının baş naziri Boyko Borisovu qəbul edib.

Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən, iqtisadi sahədə yüksələn xətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin səviyyəsinin razılıq doğurduğunu dedi. Dövlətimizin başçısı Bolqarıstanın baş naziri Boyko Borisovun Azərbaycana səfərinin ikitərəfli münasibətlərimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini qeyd etdi və səfərin uğurlu olacağına əminliyini bildirdi.

Baş nazir Boyko Borisov Bolqarıstan ilə Azərbaycan arasında yaxşı əməkdaşlıq ənənələrinin mövcudluğunu vurğulayaraq, əlaqələrimizin genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etdi. Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirildi.

Dövlətimizin başçısı baş nazir Boyko Borisovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin önəmini qeyd etdi. Prezident İlham Əliyev ölkəmizin Bolqarıstan ilə ikitərəfli əlaqələrin konkret layihələrlə daha da genişləndirilməsində maraqlı olduğunu dedi. İqtisadi sahədə əlaqələrə toxunan dövlətimizin başçısı enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı, nəqliyyat, turizm, informasiya texnologiyaları, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı inkişaf etdirməyin önəmini qeyd etdi. Prezident İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovun ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsi baxımından konkret nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Bolqarıstanın baş naziri Boyko Borisov müzakirə olunan məsələlərin xalqımız və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Baş nazir ayrı-ayrı sahələrdə əməkdaşlığımızın inkişafı ilə bağlı qarşıda duran məsələlərin həyata keçirilməsi üçün müvafiq struktur rəhbərlərinin qarşılıqlı sahələrinin əhəmiyyətini vurğuladı. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının baş naziri Boyko Borisov birgə nahar etdilər.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2013.- 1 oktyabr.- S.23.