III Bakı Beynəlxalq Teatr Konfransına həsr olunan mətbuat konfransı keçirildi

 

Bu gün Azərbaycan Dövlət Musiqili Teatrında III Bakı Beynəlxalq Teatr Konfransı keçirilir.

APA-nın məlumatına görə, konfransda Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, vitse-spiker Ziyafət Əsgərov, mədəniyyət turizm naziri Əbulfəs Qarayev, millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdula təhsil naziri Mikayıl Cabbarov iştirak edirlər.

Konfransda çıxış edən Ə.Qarayev bildirib ki, konfransın keçirilməsi Azərbaycan dövlətinin teatra qayğısı Azərbaycan cəmiyyətinin teatra diqqətinin göstəricisidir. Onun sözlərinə görə, konfransda iştirak edən 45 ölkənin teatr xadimləri, teatrşünaslar müxtəlif təkliflərlə gəliblər:

Biz teatr xadimləri teatrşünaslarla teatr haqqında müzakirələr aparacağıq.

K.Abdulla deyib ki, bu teatr konfransının multikultral dəyərlər mövzusunda keçirilməsi son dərəcə əhəmiyyətli qanuna uyğundur.

 

O qeyd edib ki, Azərbaycan dövləti cəmiyyəti multikultural dəyərlərə sadiq şəkildə yaşayır inkişaf edir.

 

Səs.- 2014.- 5 noyabr.- S.12.