Azərbaycan-Gürcüstan mədəni-mənəvi inteqrasiyası: Nizaminin "XosrovŞirin" əsəri gürcü dilində

Nizaminin "XosrovŞirin" əsərində Fərhad Şirini dərin bir məhəbbətlə, həqiqi bir eşqlə sevir. Bu məhəbbət Fərhadı çalışmağa və yaratmağa ruhlandırır. O, Şirinə qovuşmaq üçün Xosrovun təklif etdiyi hər cür ağır şərti qəbul edir, keçilməz Bisütün dağını yarır.

Gürcü tədqiqatçısı M.Todua Məcnunu əflatuni eşqin mücəssiməsi, Fərhadı isə onun üçün bir hazırlıq mərhələsi hesab edir. Bu, yalnız M.Toduanın səhvi deyildir. Onun köklərini gürcü ədəbiyyatşünaslığında Nizami haqqında yazılmış başqa əsərlərdə və məqalələrdə axtarmaq lazımdır.

Dilarə xanım Əliyeva yazır ki, doğrudur, müqəddimədə M.Todua Nizami ilə Rustaveli yaradıcılığının müqayisəsində ifrata varan ədəbiyyatşünasları qismən tənqid edir. O, Nizami ilə Rustaveli poemaları arasında oxşarlıq tapıb buya digər epizodu Rustavelinin hökmən Nizamidən götürməsi fikrinə etiraz edir. Tədqiqatçı bu mövqedən çıxış edib Tariyellə Məcnunu, Nestanla Leylini müqayisə etmək üsulu əleyhinə çıxır. Lakin çox təəssüf ki, o da özündən əvvəlki müəlliflərin buraxdıqları səhvlərdən yaxa qurtara bilmir.

Qədim gürcü ədəbiyyatı mütəxəssisləri K.KekelidzeA.Baramidze öz tədqiqatlarında Rustaveli yaradıcılığı ilə əlaqədar olaraq Nizami əsərlərindən də bəhs etmişonun poemalarında tərənnüm edilən eşqin cismani, həqiqi məhəbbət deyil, məhz əflatuni məhəbbət olduğunu, yəni o dünyada qovuşmaq istəyənlərin duyğularını alleqorik şəkildə ifadə etdiyini dəfələrlə bildirmişlər. Burada çıxış edərək Nizaminin özünüsufi, asket kimi qələmə vermişlər.

A.Baramidze 1958-ci ildə nəşr olunmuş "Şota Rustaveli" monoqrafiyasında Nizaminin "Leyli və Məcnun", "XosrovŞirin" poemalarını "Pələng dərisi geymiş pəhləvan" əsəri ilə müqayisə edir. Alim Nizaminin poemalarında tərənnüm edilən məhəbbətin əflatuni eşq olduğunu, şairin qəhrəmanlarının bu dünyada deyil, ancaq o dünyada öz sevgililərinə qovuşmaq istədiklərini göstərir, Məcnunu əsil divanə sayır. "Tariyel əlindən hər gələn bir qəhrəman, həyati eşqlə sevən bir aşiq, məharətli dövlət xadimidir. Məcnun isə ancaq acınmalı bir sərsəri, həyata arxa çevirmiş, heyvanlarla ünsiyyət bağlamış bir insandır."

Gürcü ədəbiyyatşünaslığında adətən Nizami ilə Rustavelinin qadına münasibəti məsələsinin müqayisəsinə xüsusi diqqət yetirilir və həmişə üstünlük Rustavelinin qadın sürətlərinə verilir. Məsələn, K.Kekelidzenin fikrincə, Nizaminin qadın surətləri məzlum, fəaliyyətsiz, Rustavelinin qadın surətləri isə cəsur, tədbirli və mübarizdirlər.

Şübhəsiz, Nizaminin ölməz əsərlərinə, yaradıcılığının ideya, fəlsəfə vüsətinə dərindən elmi şəkildə nüfuz etməməyin nəticəsidir ki, hörmətli gürcü həmkarlarımız belə yanlış nəticələrə gəlib çıxmışlar, görkəmli nizamişünasların sənətkara verdikləri yüksək qiymətləri nəzərə almamışlar. Çox təəssüf ki, onlar Nizaminin öz kamalı və gözəlliyi ilə Xosrovu doğru yola sövq edən Şirinini, öz zəkası ilə İsgəndəri məğlub edən Nüşabəsini, ağıllı Fitnəsini unudurlar.

Azərbaycan ədəbiyyatşünaslığında "Leyli və Məcnun" poemasının həqiqi təhlilini verən elmi əsərlər çoxdur. Bunlarda Məcnunun eşqinin həyatiliyi, hər cür mistikadan uzaq olması, bütünlükdə poemanın həyat eşqi, tibii hissələrlə zənginliyi tutarlı dəlillərlə sübuta yetirilmişdir. Bununla belə, gürcü həmkarlarmızın müddəalarının nə qədər yanlış olduğunu göstərmək üçün birpoemaya müracit etməli oluruq. Qeys Leylinin nəcib, romantik bir məbəbbətlə sevir. Qeysin məhəbbəti hər cür xudbinlikdən uzaqdır. O öz dövrünün düşüncəli, istedadlı gənclərindəndir. Onun eşqi yalnız əflatuni eşq deyildir. O, vüsaldan qaçan, Leylinin ancaq xəyali ilə yaşayan aşiq deyildir. Məcnunun da Leylininvüsal üçün sevdikləri aydındır. Leylinin xəyalına şikayət edərkən Məcnun vüsal dəmlərindən danışır və s.

Nizami "Xəmsə"sində, eləcə də, lirikasında tərənnüm edilən eşqi akademik M.C.Cəfərov çox düzgün səciyyələndirmişdir: "Nizaminin eşqə düşmüş lirik qəhrəmanı real insandakı təbii sevgi hisslərini hər dürlü ilahiləşdirilməsinə, əflatuniləşdirilməsinə yabançıdır."

"XosrovŞirin" poemasından bəhs edəndə isə A.Baramidze bu əsərdəki qadın surətləri ilə müqayisədə Rustavelinin qadın surətlərinə üstünlük verir, hətta Şirinin xarakterində zəif cəhətlər də axtarır. "Şirində qadın mənliyi, şəxsi vüqar yoxdur." Bunu müəllif Xosrovun Şəkər və Məryəmlə evləndikdən sonra da Şirinin ona məhəbbət bəsləməsi ilə izah edir. Halbuki Şirinin üstünlüyü məhz ondadır ki, o, ömründə bir məhəbbət tanımış və ömrünün axırına qədər ona sadiq qalmışdır. "Şirinin eşqi Şirinin özündən güclüdür... O öz həyatında yalnız ilk məhəbbəti tanıyan vüqarlı və saf Şirindir."

D.Əliyeva yazır: "Təəssüf ki, bizim ədəbiyyatşünaslığımızda həmin gürcü müəlliflərinin Nizami haqqında yazdıqları əsərləri hələ lazımınca araşdırılmamışdır. Bu sahədə ilk cəsarətli addımı görkəmli ədəbiyyatşünasımız Ə.Ağayev və R.Azadə atmış və çox haqlı olaraq bu cəhətdən Ş.Nutisubidzeni kəskin tənqid etmişlər. Buna baxmayaraq, Nizami haqqında həmin yanlış fikirlər Şota Rustavelinin 1966-cı ildə keçirilmiş 800 illik yubileyi münasibətilə gürcü ədəbiyyatçılarının yazdıqları məqalə və kitablarda yenə də təkrar edilmişdir. Məsələn, yubiley günlərində çap etdirdiyi "Orta əsr epik poeziyası" və "Pələng dərisi geymiş pəhləvan" məqaləsində A.Baramidze dünya ədəbiyyatı xəzinəsini zənginləşdirən Nizami yaradıcılığından bu ruhda danışır: "Biz "Leyli və Məcnun" üzərində çox dayanmayacağıq. Bu əsər dünya ədəbiyyatında aşiqlik poeziyasının qiymətli incilərindəndir. Ancaq Leyli və Məcnunun məhəbbəti bu dünyada xoşbəxtlik qazanmaq məqsədi güdmür. Leyli və Məcnunda şair o dünyalıq məhəbbəti tərənnüm edir. "Leyli və Məcnun" sufi dünyabaxışı ilə aşılanmış ədəbi bir abidədir."

Bu konsepsiya kökündən səhvdir. Əvvəla, hələ akademik İ.Y.Kraçkovski ərəb həyatında meydana çıxmış Məcnun ilə Leylinin tarixi şəxsiyyətlər olduğunu, onların məhəbbətinə dair rəvayətin tamamilə real, həyati zəmində yarandığını sübut etmişdir: Nizaminin bu mənbələrə əsasən yazdığı poemaya gəlincə, burada da qəhrəmanların məhəbbəti canlı insanların real, dünyəvi məhəbbəti kimi təvsir olunur. Əsər boyu qəhrəmanlar birləşmək, bir-birinə qovuşmaq üçün çalışırlar, nə Məcnunu sevmədiyi qızla evlənməyə, nə də Leylini istəmədiyi adamla həyat qurmağa məcbur edə bilirlər. Yalnız əsrin sonuna doğru evlənmək, birləşmək ümidi məhv olduqda məhəbbət əflatuni və ya mistik pərdəyə bürünür. Bu bir tarixi həqiqətdir ki, həyatın özündə belə olmuşdur. Burada ilahi, sufi məhəbbət mənası axtarmaq əbəsdir."

Müəllif daha sonra göstərir ki, Nizami "Sirlər xəzinəsi"ndən başlamış "İsgəndərnamə"yə qədər bütün poemalarında həyat sevgisini, əməyin şərəf və qüdrətini, insanlara namusla, ədalətlə xidmət etmək idealını tərənnüm etmiş, sadə zəhmətkeş adamlar içərisindən ağıllı, tədbirli, müdrik, mənəvi-əxlaqi cəhətdən yüksək insanların rəngarəng surətlərini yaratmışdır. Nizaminin qəhrəmanları mətanətli, iradəli və fədakardırlar, insanlara hörmət bəsləyir, doğruluq, sədaqət mücəssəməsi kimi canlanırlar. Böyük şairin yalnız Şirin, Bəhramgur, Nüşabə, İsgəndər kimi qəhrəmanları deyil, Frhad, Fitnə, Leyli, Məcnun kimi qəhrəmanlarının da fəaliyyətsizlikdən və mistikadan çox uzaq olduqları, həyati hisslərlə yaşadıqları göz qabağındadır...

Beləliklə, biz Nizaminin "XosrovŞirin" poemasının gürcü dilində nəşr edilmiş uğurlu tərcüməsini qısaca nəzərdən keçirdik, həm də bu tərcümənin nəşrinin müqəddiməsində şair haqqında söylənmiş doğru və bəzi yanlış mülahizələrin üzərində ayrıca dayandıq, bunların köklərini açıb göstərməyə çalışdıq. "XosrovŞirin"-bu cahanşümul ədəbi abidəmizin gürcü dilinə tərcüməsi və nəşri xalqlarımızın ədəbi əlaqələri tarixində qiymətli, fərəhli səhifələrdən biridir.

Görkəmli Azərbaycan tədqiqatçı D.Əliyevanın fikrincə, XVI-XVII əsrlərdə Nizami mövzularında yazan gürcü şairlərindən "Leyliməcnuniani" müəllif I Teymurazı, "Baramquriani" ("Yeddi gözəl") müəllifi Nodar Tsisişvilini göstərə bilərik. I Teymurazın Nizami üslubunda yazdığı "Vardbulbuliani", "Şamiravariani" pomaları da vardır. Hər iki şair Nizami mövzularını sadəcə olaraq əxz etməmiş, ona yaradıcı tərzdə yanaşmış, öz doğma xalqının ruhuna uyğun şəkildə, müstəqil bədii əsərlər yaratmışlar: "Yaxın Şərq ədəbiyyatındakı bədii yaradıcılıq təcrübəsi aydın göstərir ki, böyük sənətkarlar bir-birini sadəcə təqlid etmək məqsədi ilə deyil, bir növ yaradıcılıq müsabiqəsinə qoşulmaq, yarışmaq yolu ilə eyni mövzuda, eyni janrda əsərlər yaratmışlar."

Gürcü intibah dövru ədəbiyyatının inkişafında Nizami yaradıcılığının böyük rolu olmuşdur. Adətən gürcü alimləri ədəbiyyatın bu dövrdəki inkişafını İran ədəbiyyatının, fars dili poeziyanın təsiri ilə izah edirlər. Böyük Azərbaycan şairi Nizaminin fars dilində yazdığını nəzərə alsaq buna təəccüb etməyə bilərik. N.Marr gürcü ədəbiyyatının intibah dövrünü xarakterizə edərkən yazırdı: "XVI əsrin əvvəllərində İranda Səfəvilərin hakimiyyət başına gəlməsi ilə əlaqədar olaraq iki ölkənin bir-birinə daha da yaxınlaşması nəticəsində gürcü dünyəvi ədəbiyyatı yenidən dirçəldi."

Yuxarıda qeyd etdik ki, Nizami mövzusunda yazılmış əsərlərdən biri XVI əsrin sonu, XVII əsrin ortalarında yaşamış şair Nodar Tsisişvilinin "Yeddi gözəl" poemasıdır. Əsər əlyazmalarında bəzən "Baramiani" ("Bəhramnamə"), bəzən də "Baramquriani" ("Bəhramgurnamə") adlanır.

XVI-XVII əsrlərdə Gürcüstan ayrı-ayrı çarlıqlara (samepolara) bölünmüşdü. Şairlər də, əsasən saraylarda yaşayırdılar. Daha doğrusu, hakimlər öz saraylarında yaşayırdılar. Daha doğrusu, hakimlər öz saraylarında şair saxlayır və bu sahədə bir növ rəqabət aparırdılar. Kaxetiyada poeziyanın başında Şərqi Gürcüstanın hakimibir şair kimi I Teymurazın özü, Kartelidə Məryəm dedopalinin (şahzadə xanımın) sarayında Nodar Tsisişvili dururdu.

Nodarın atası gürcü feodalı, anası isə Kaxetiya hakiminin qızı idi. Şah Abbasın hakimiyyəti illərində Georgi Saakadzenin vaxtında gürcü feodal uşaqları, əsasən, İranda tərbiyə alırdılar. Nodar da başqa feodal uşaqları ilə birlikdə İrana göndərilmiş, orada mükəmməl təhsil almış, fars dili və ədəbiyyatını öyrənmişdir. Nodar vətənə qayıtdıqdan sonra öz şeirləri ilə şöhrət qazanmış, nəhayət, Kartli sarayına aparılmışdı.

Nodar bir şair kimi I Teymuraz ədəbi məktəbinə mənsub olmuş, müasirlərinin də dərin rəğbətini qazanmışdır. "Gürcüstanın qədim və müasir şairləri" adlı əsərində sənətkarın poeziyasına yüksək qiymət verən XVII əsr şairi Arçil onun "Yeddi gözəl" poemasını, xüsusilə, qeyd etmişdir: "Nodarın Bəhramgura həsr etdiyi əsər, özü də yalnız Bəhramgura deyil, yeddi iqlim şahzadəsinə həsr etdiyi bu xütbə qiymətli incilərlə düzülmüşdür. Onun şeirini dinləyən hər kəs heyran olur."

"Yeddi gözəl" poeması XVII əsrin ortalarında yazılmışdır. Poemanın müqəddiməsində Nodar Tsisişvili özündən əvvəl bu mövzuda yazmış şairlərdən Nizami, Əmir Xosrov Dəhləvi, Nəvai və Caminin adlarını çəkir, onların sənətinə yüksək qiymət verir. Bu xəzinəni ilk dəfə üzə çıxaran Nizamini "müdriklər müdriki" adlandırır. "İdrakın dərk edə bilməyəcəyi bu mövzunu farsca müdrikləri müdriki Nizami söyləmişdir" deyir. Sonra şair Əmir Xosrov Dəhləvinin Nizamiyə nəzirə olaraq bu mövzunu şirin dillə fars dilində, Nəvainin şeir deməkdə misli olmayan bu sənətkarın-həmin hekayəti cığatayca, Caminin mütəfəkkir kimi onun farsca qələmə aldağını söyləyir, nəhayət, "bu dörd şairi dinləyən hər kəs nəşə tapar"- deyə dediklərinə yekun vurur.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2014.- 29 yanvar.- S.15.