Mədəniyyət hüququ

İqtisadi-sosial və mədəni hüquqlar uzun müddət insan hüquqları sahəsinə daxil edilmirdi. Buna səbəb olaraq isə burda göstərilən hüquqi müddəaların daha çox proqram xarakteri daşıması göstərilir və qeyd olunurdu ki, onlara praktikada əməl edilməsi o qədər də asan deyil. Eyni zamanda, bu hüquqların əsas insan hüquqları sırasına daxil edilməsi digər insan hüquqlarının təsir gücünü azalda bilər. İlk dəfə olaraq 1966-cı ildə "İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq paktda" bu hüquqlar bir sistem halına salınmış və onların yerinə yetirilməsi bütün dövlətlərə tövsiyə olunmuşdur. Bu paktda mədəni hüquqlara da geniş yer verilmişdir. Bundan sonra ayrı-ayrı dövlətlərin qanunvericiliyində mədəni hüquqlar müxtəlif şəkildə öz əksinin tapmışdır.

Mədəniyyət hüququ ümumbəşəri mədəniyyətin ən güclü qatıdır. Onsuz mürəkkəb siyasi-sosial, iqtisadi-hüquqi və beynəlxalq münasibətlərin bütün sistemini qiymətləndirmək qeyri-mümkündür. Mədəniyyət hüququ XXI əsrdə həyatın ümumi normalarından biri kimi universal dəyərlərdən hesab olunur.

Yüksək səviyyəli mədəniyyət hüququnun öyrənilməsinin nəzəri-metodoloji və praktik əhəmiyyəti vardır. Mədəniyyət hüququ mədəniyyətin tərkibinə daxil olmaqla hüquq anlayışı insan hüququ ilə bağlıdır.

Mədəniyyət anlayışı əvvəllər bilik və təcrübənin əldə olunması ilə əlaqədar olmuşdur. Orta əsrlərdə mənəvi-əqli mədəniyyət, XIV-XVI əsrlərdə isə humanitar mədəniyyət anlayışları meydana gəlmişdir.

Professor D.A.Siliçevanın fikrincə, "mədəniyyət" üç əhəmiyyət kəsb etmişdir:

1) yaradıcılıq, istehsalat, becərmə;

2) təhsil, tərbiyə, inkişaf;

3) ehtiram, dini mədəniyyətə sitayiş.

Müəllif mədəniyyət dedikdə, daha çox təhsili, tərbiyəni və inkişafı nəzərdə tutur.

R.Aslanovanın fikrincə, mədəniyyət insanın mahiyyət qüvvələrinin inkişafi üçün adamların yaradıcılıq fenomeninin başa düşülməsinə yardımçı olur. Yer kürəsində mədəniyyətin tarixi təqribən 30-40 min illik bir dövrü əhatə edir. Elə buna görə də mədəniyyəti homo sapiens-in (ağıllı insanın) yaşıdı hesab edirlər. Təsadüfi deyildir ki, onların hər ikisi Yer üzərində yeni hadisə hesab olunurdialektik cəhətdən qarşılıqlı əlaqədə və qarşılıqlı asılılıqdadır. Bir tərəfdən, mədəniyyətin yaranması ilə, əslində, şüurlu insan tipinin tarixi yolu başlanmışdır, digər tərəfdən, ağıllı insanın formalaşması ilə onun mədəniyyətinin inkişafı başlanmışdır. Doğrudan da, həmin dövrdən başlayaraq, insanın təkamülündə bioloji inkişaf tempi enir, sonra isə tamamlanır. Bu mərhələnin axırında onun sosial varlıq kimi tarixi təkmilləşmə prosesi başlayır. Bütün bu dövr ərzində bəşəriyyət unikal fenomenin mahiyyətini - insanların ictimai varlığını başa düşməyə, dərk etməyə cəhd göstərmişlər. Bunsuz isə onları insan deyil, insanaqədərki canlılar hesab etmək olar.

"Kultura" - "mədəniyyət" sözü ilk dəfə XVIII əsrdə işlədilmişdir. Ancaq həmin əsrdə İ.X.Adelunq (1739-1806) "İnsan nəslinin mədəniyyət tarixinin təcrübəsi" (1782) adlı kitabında mədəniyyət haqqında "insan ruhunun tarixi" kimi söhbət açmışdır. Görünür, onun bu fikirləri ilə razılaşmaq lazımdır ki, mədəniyyət nəinki xalqın və onun ayrı-ayrı nümayəndələrinin ruhudur, o, həm də onların ağlı və vicdanıdır. Yaradıcı şəkildə düşünməyən, məsuliyyəti və yaradıcı qabiliyyəti olmayan adamlarda mədəniyyət ola bilməz. XVIII əsrin görkəmli maarifçisi İ.Herder (1744-1803) mədəniyyətə aşağıdakı tərifi vermişdir: "Biz insanın bu genezisini istədiyimiz kimi adlandıra bilərik, ikinci mənada, bunu mədəniyyət adlandırmaq olar. Daha dəqiq desək, torpağın becərilməsini, işığı yada salaraq, maarif adlandıra bilərik, bu zaman mədəniyyət və maarif zənciri dünyanın o başına qədər çata bilər".

Rusiyalı alim A.Medvedko, "mədəniyyət", "kultura" sözünün İraqdakı Ur məbədi ilə bağlı olmasını irəli sürür. O yazır ki, "kult"Ur"a", "Ur kultu", Ur şəhərinin kultu deməkdir. "Ur kultuna" sitayiş deməkdir.

Herderin fikrincə, əgər insan cəmiyyətdə yaşayırsa fəaliyyət göstərirsə, o, mədəniyyətdən xali ola bilməz. Həqiqətən , yalnız mədəniyyət insana bəşəri (mənəvi) sima verir yaxud onun yoxluğu insanı daha da eybecərləşdirir. Ona görə mədəniyyətin başlıca mənası əsas təyinatı insanı yüksəltmək xeyirxah etmək, eləcə , onda ən yaxşı hisslər fikirlər doğurmaqdır. Əks təqdirdə, insan kobud olmaq, eləcə , amansızlaşmaq təhlükəsi qarşısında qalır.

vaxtsa Yer kürəsində mədəniyyət (kultura) adı altında yaranmış o qədər sadə olmayan ictimai hadisənin fəlsəfi təhlilinə başlayarkən, hər şeydən əvvəl, diqqət onun ayrıca bir adamın bütövlükdə bəşəriyyətin rolunun, daha dəqiq desək, insanın mahiyyət qüvvələrinin daimi aydınlaşdırılmasına yönəldilməsidir. Ernst Kassirerin (1874-1945) fikrincə, mədəniyyətin fəlsəfi cəhətdən aydınlaşdırılması diqqətimizi onun son məhsul kimi təminatı ödəməməsinə həmin məhsulun istehsal üsulunu başa düşməyə cəlb edir. Axı həmin məhsuldar fəallıqdan, ruhun uzun sürən daim təzələnən işindən təkcə dil deyil, həm mif, din incəsənət asılıdır. İnsanın mənəvi fəaliyyətinin ayrı-ayrı sahələrini aydınlaşdırmaq, onun fərdi xüsusiyyətlərini, mövcudluğunun üsul təkrarolunmaz formalarını başa düşmək üçün vacib olan fəlsəfə elmidir. Çünki mədəniyyətin həqiqi mənasını, onun insanın hansı yaradıcı qüvvəsi ilə doğulmasını ancaq fəlsəfə aydınlaşdırır.

Mədəniyyətin bir fenomen kimi dərk edilməsi nəinki böyük alimlərin, yazıçıların, sənətkarların elmi bədii yaradıcılığını nəzərdə tutur, eyni zamanda, onların maarifçilik fəaliyyətini tələb edir. Harada kütlələr mədəniyyətə yiyələnibsə, orada mədəniyyət vardır. Ona görə mədəniyyət üzvi surətdə görkəmli maarifçilərin adları ilə əlaqədardır. Onlardan Hobbs (1588-1679), Lokk (1632-1704), Volf (1679-1754), Volter (1694-1778), Didro, D.Alamber, Russo, Kant, M.F.Axundov, A.N.Radişşev bir çox başqalarını göstərmək olar. Onlar, insanın fizioloji-mədəni funksiyalarının vəhdəti haqqında fikri inkişaf etdirərək, insanın həyat fəaliyyətinin əsas növləri sırasına, həm yaradıcılığı daxil etmişlər. Onlar mədəniyyəti təbiətdən asılılığı aradan qaldırmağın yaradıcılıq aktı, instinktin hüdudlarından kənara çıxma, təbiət üzərində yüksəlmə kimi başa düşürdülər. Elə buna görə onlar mədəniyyəti şəxsiyyətin azad özünü reallaşdırmasının təcəssümü kimi başa düşürdülər. Mədəni adam öz gələcəyini müəyyənləşdirmək bunun uğrunda çalışmaq qabiliyyətinə malik olur. İnsan şəxsiyyətinin formalaşması mədəniyyətin əsas vəzifəsi əsas məqsədi kimi dərk olunurdu.

XIX əsrdə mədəniyyətə təkamül yanaşma nəzəriyyəsi meydana gəldi. Həmin kulturoloji konsepsiyanın görkəmli nümayəndələrindən biri ingilis etnoqrafı tarixçisi E.B.Teylor (1832-1917) olmuşdur. E.Teylora görə, mədəniyyət yalnız mənəvi mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi əxlaqi normalar s. Deməli, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm ayrı-ayrı xalqlar üçün spesifik olan dəyərlər vardır. E.Teylor mədəniyyətin inkişafında təkcə onun daxili təkamülünün deyil, həm tarixi təsirin tarixi dinamikanın əhəmiyyətini göstərmişdir. Onun fikrincə, mədəni inkişaf düzxətlə gedə bilməz. Lakin təkamülçü kimi, o, bütün əsas diqqətini bəşəriyyətin mədəni inkişafının vəhdətdə olmasını sübut etməyə yönəltməklə yanaşı, tənəzzül imkanını, geriyə hərəkəti, mədəni deqradasiyanı da inkar etmirdi. Tənəzzül tərəqqi münasibətlərini təhlil edərkən o, tərəqqinin qələbəsinə şübhə etmədiyini bildirirdi.

Mədəniyyət hüququ geniş bir anlayışdır. Bu hüquq fərdin mədəni-mənəvi tələbatının ödənilməsində ən əsas rol oynayan hüquqdur. Bu anlayış o qədər ümumidir ki, başqa hüquq azadlıqların predmetinə daxil olan davranışları belə, dolayı yolla mədəniyyət hüququ ilə əlaqələndirmək olar. Mədəniyyət maddi mənəvi mədəniyət olmaqla iki yerə bölünür. Mədəniyyət anlayışı kimi mədəni həyat da mürəkkəb anlayışdır. Bura mədəni dəyərləri mənimsəmək onlardan istifadə etmək daxildir. 6 fevral 1998-cı il "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu mədəniyyət fəaliyyətini dəqiqləşdirir. Mədəni fəaliyyət növlərinə muzey, ədəbiyyat, tətbiqi yaradıcı sənət, teatr, musiqi s. aid edilir. Lakin bu fəaliyyət növləri eyni qaydada tənzimlənmir (memarlıq sənəti üçün xüsusi icazə lazımdır, amma rəssamlıq fəaliyyəti üçün icazəyə ehtiyac yoxdur). Dövlət bütün vətəndaşların mədəni dəyərlərdən istifadəsi üçün bərabər imkanlar təmin etməlidir.

Yaradıcılıq şəxsin elə intellektual-psixoloji keyfiyyətidir ki, bu zaman yeni bir şey yaradılır. Yaradıcılıqla məşğul olan şəxslər üçün müstəsna əhəmiyyətə malik olan bu hüquq başqaları üçün digər hüquqlardan heç ilə fərqlənmir. Konstitusiyada göstərilir ki, yaradıcılıq adı altında dini-irqi, sosial ziddiyyətlərin qızışdırılması, dövlət çevrilişinə çağırışlar yolverilməzdir. Konstitusiyada ədəbi-bədii (daha çox insanların zövqünü oxşamaq üçün yaradılır) elmi yaradıcılıq (tədqiqatlara ciddi elmi məntiqə əsaslanır) növləri göstərilir.

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

Mədəni sərvətlərdən istifadə hüququ yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda qaydada məhdudlaşdırıla bilər.

Azərbaycan Respublikasının ərazisində əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər mədəniyyət hüququna malikdirlər.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikasinin Qanununda mədəniyyət yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarının azadlıqlarının müdafiəsi təmin edilmişdir.

Dövlət mədəniyyət yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarına azadlıqlarına təminat verir.

Müvafiq dövlət orqanları mədəniyyət yaradıcılıq fəaliyyəti ilə məşğul olan subyektlərin hüquqlarının azadlıqlarının pozulmasına yönəldilmiş hərəkətlərin qarşısını almalıdırlar.

Vahid Ömərov,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 26 avqust.- S.15.