"Yarımçıq xatirələr"ə baxış keçirilib

"Bizim kino günləri: Audiovizual məkanda peşəkarlıq" layihəsi çərçivəsində bu dəfə "Yarımçıq xatirələr" filminə baxış və sonra "Audiovizual məkanda vətənpərvərlik" mövzusunun müzakirələri olub.

Mədəniyyət və Turizm Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının birgə keçirdiyi "Bizim kino günləri - Audiovizual məkanda peşəkarlıq" layihəsinin növbəti üçüncü mərhələsində, Nizami Kino Mərkəzində keçirilən tədbirdə rejissor Elxan Cəfərovun "Yarımçıq xatirələr" filmi nümayiş etdirilərək kinosevərlər tərəfindən müzakirə edilib. Müzakirələr günümüzün ən əhəmiyyətli və aktual məsələsinə - vətənpərvərlik mövzusuna həsr edilib.

 Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev vətənpərvərlik mövzusunun kinoda ən çox maraq doğurandaim müraciət edilən mövzulardan olduğunu qeyd edib:"Sovet Azərbaycanında bu mövzu, təbii ki, İkinci Dünya müharibəsi ilə başlayırdı. Azərbaycan kinosunun həmin dövrlərə aid uğurlu layihələri var. "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Mən ki gözəl deyildim", "Tütək səsi" kimi filmlərdə arxa cəbhədə baş verən hadisələrdən, Azərbaycan xalqının qəhrəmanlığından, şücaətindən bəhs olunur. Azərbaycan kinosunda hərbi vətənpərvərlik mövzusunun əks olunması iki istiqamətdə müşahidə olunur: sovetmüasir dövr. Müasir dövrdə vətənpərvərlik mövzusunda çəkilən filmlər əsasən Qarabağ müharibəsinə və orada qəhrəmanlıq göstərən igid vətən oğullarına həsr edilir. Buna misal olaraq "Fəryad", "Dolu" və digər filmləri göstərmək olar". C.Quliyev Azərbaycan və Belarus kinematoqrafiyasının dərin ənənələrə malik olmasından söz açaraq, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov haqqında çəkilən "Sizi dünyalar qədər sevirdim" və  bu gün təqdim ediləcək "Yarımçıq xatirələr" filmləri Belarus və Azərbaycan kinematoqrafçılarının müştərək istehsalı olduğunu bildirib.

Sonra "Yarımçıq xatirələr" filmi nümayiş olunub. Film Brest Qalasını faşistlərdən qəhrəmancasına qorumuş və 50 ildən sonra doğma Dağlıq Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış bir əsgərin taleyini əks etdirir. Baxışdan sonra rejissor Elxan Cəfərov jurnalistlərin və kino həvəskarlarının suallarını cavablandırıb. Müzakirələr zamanı milli kinomuzda vətənpərvər obrazının yaradılması, Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması, çəkiliş zamanı yaşananlar, ssenaristrejissorun məqsədi və məramı, düşmən, dost, qonşu anlayışlarının ekran yozumu kimi fəlsəfi məqamlara toxunulub, vətənpərvərlik filmlərimizin kinoteatrlardateleviziya müstəvisində yayımlanması ətrafında müzakirələr aparılıb. Müzakirələr zamanı film barədə müxtəlif fikirlər səslənib, jurnalistlərin sualları cavablandırılıb. Filmin quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, əməkdar artistlər Gülzar Qurbanova, Şamil Süleymanlı, aktyorlar Bəhruz Vaqifoğlu, Rza Rzayev filmin ərsəyə gəlməsi və ideyası, məzmunu, yaratdıqları obraza yanaşmaları haqda fikirlərini bölüşüblər.

Filmdə Mixail Kaminski, Georgi Saava, Gülzar Qurbanova, Andrey Milyuxin, Zurab Nicaradze, Veronika Plyaşkeviç, Aleksandr Pavlov, İvan Matskeviç, Kərim Pokaçakov, Qurban İsmayılov, Rövşən Ağayev, Anatoli Quryev, Otar Mikeladze, Faiq Məmmədov, Cavanşir Hadıyev və başqaları da çəkiliblər.

ZÜMRÜD

Səs.- 2015.- 4 dekabr.- S.3