XOCALIDA SON GECƏ

SƏS Media Qrupunun hazırladığı filmin təqdimatı olub

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində SƏS Media Qrupunun hazırladığı Xocalıda son gecə filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova, millət vəkilləri Rövşən Rzayev, Kamilə Əliyeva, Leyla Abdullayeva, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov, Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov və digər fəal gənclər iştirak ediblər.

Xocalıda həlak olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra təqdimat mərasimini giriş sözü ilə açan SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev film haqqında fikirlərini bildirib. O, qeyd edib ki, ötən əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı bəşər tarixində silinməz iz buraxıb: Bu gün sizlərə təqdim etdiyimiz sənədli film də məhz Xocalı sakinlərinin faciəsindən bəhs edir. Filmi izləyərkən, həmin tarixi elə xocalılıların öz dillərindən eşidəcəyik. Bu, həm də bizim qan yaddaşımızdır. Biz heç bir zaman bu tarixi unutmadıq, unutmayacağıq.

Daha sonra Xocalıda son gecə filminə baxış keçirilidi. Filmin nümayişindən sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Bahar Muradova qeyd etdi ki, öz yurd-yuvasından ayrı düşən bir azərbaycanlı kimi bu hadisələrdən danışmaq onun üçün çox çətindir: Xocalı hadisəsi və bu hadisə zamanı itirdiklərimiz barədə düşünəndə insanın digər düşündüklərinin hamısı arxa plana keçir. Bu günlərdə ATƏT Parlament Asambleyasının qış sessiyasına qatıldığım zaman bütün məsələlərlə yanaşı əlbəttə ki, Xocalı hadisələri, Qarabağ problemi, Ermənistanın təcavüzkar siyasətinin mahiyyəti barədə bacardığımız qədər parlamentarilərə məlumat verdik. Bu məsələni gündəmdən düşməyə qoymadıq. Nəzərə alsaq ki, illər öncə Xocalı hadisəsinin başvermə səbəblərinin izahını axtarırdıqsa, erməni diasporasının, lobbisinin fəaliyyəti qarşısında çətinliklərimizi açıqlayırdıqsa, bu gün güclü dövlətimiz sayəsində ermənilərin üzünü dünyaya çatdırmağa çalışırıq. Bu gün Azərbaycan həqiqətləri artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunaraq, bütün şübhələri alt-üst edib. Dünyada gedən hadisələr fonunda sanki itirilən canlara, itirilən qanlara beynəlxalq təşkilatlar getdikcə öyrəşəməyə başlayıblar. Getdikcə daha artıq ciddi faciələr baş verməyə başlayır. Bu bizi düşünməyə vadar edir ki, görəsən, ədaləti bərpa edə biləcəyikmi? Biz ümidimizi itirmirik. Bunun üçün gücümüzün yetəcəyinə inanıram və hər kəsi buna inanmağa çalııram. Güclü, qüdrətli Azərbaycan dövlətinin imkanlarını hər bir vətəndaşımızın haqqını bərpa etməyə yönəldəcəyik. Əminik ki, bu hadisələri törədənlər bir gün ədalət qarşısında cavab verəcək. Gec-tez cinayət və cinayətkar öz cəzasını alacaq.

Çıxış edən millət vəkilləri filmdə bir çox həqiqətlərin əksini tapdığını və bunun gənclərə çatdırılmasını yüksək dəyərləndirərək qeyd ediblər ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə məhz Xocalı həqiqətlərinə hüquqi qiymət verilib: Ulu Öndər qeyd etmişdi ki, yüz illər boyu Azərbaycan xalqı ermənilərin törətdikəri vəhşilikləri yaddan çıxarmayacaq. Gənclər bu həqiqətləri dünya müstəvisinə çıxarmağı öz mənəvi borcları hesab edirlər, bu yolda xidmətlərini əsirgəmirlər. Azərbaycanın bundan sonra da çiçəklənməsində, inkişafında gənclərimizin rolu danılmazdır. Bu gün Azərbaycan xalqı ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ərazi bütövlüyümüzün bərpa olunması üçün var gücüylə çalışacaq.

Mətbuat sahəsində Qarabağ həqiqətlərinin dünya xalqlarına çatdırılmasında müsbət uğurlara imza atıldığını qeyd edən İki sahil qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Xocalı faciəsinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin faciəsi olduğunu qeyd edib: Hər bir azərbaycanlı harada olmasından asılı olmayaraq bu faciəni insanlara çatdırmaqda öz rolunu, öz missiyasını göstərməlidir. Düşünürəm ki, Azərbaycan mətbuatı bu yöndə bir çox uğurlara imzasını peşəkarlıqla atıb və ədalətin bərqərar olduğu günə qədər də bu istiqamətdə öz işini davam etdirəcək. Aparılan düzgün siyasət Xocalı sakinlərinin qisasının yaxın zamanda alınacağından xəbər verir.

Daha sonra çıxış edən Yeni Azərbaycan qəzetinin baş redaktoru Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının gənclərinin sosial şəbəklərdə Xocalı faciəsi ilə bağlı apardıqları təbliğatı yüksək dəyərləndirib. Baş redaktor qeyd edib ki, gənclər Azərbaycanın səsini dünyaya çatdırmaqda misilsiz rol oynayır: Əminliklə qeyd edirəm ki, ölkəmizin hər bir gənci Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyir.

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov isə öz çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalıya ədalət kampaniyası çərçivəsində bir sıra dövlətlərin Xocalı faciəsini tanıdığını və bu siyahının daha da genişlənəcəyinə inandığını qeyd edib: Ermənilərin 1992-ci il soyuq qış gecəsində Azərbaycan xalqına qarşı yönəltdiyi bu cinayət dünya dövlətlərinə daha geniş şəkildə təbliğ edilməkdədir. Qisasımız bütövlükdə erməni xalqını məhv etməyə yönəlməlidir. Bunu silah gücünə deyil, ağıl gücünə həll etmək daha labüddür. Kim hansı sahədə çalışır, hansı sahədə bacarırsa elə onunla da ermənini məhv etməlidir.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, YAP Gənclər Birliyinin ofis rəhbəri Əli Pənahov da çıxışlarında bir çox önəmli məqamlara toxunaraq faciə ilə bağlı fikirlərini gənclərlə bölüşüblər.

Tədbir gənclərin mövzu ilə əlaqədar disskusiyları ilə davam edib. Qeyd edək ki, filmin ideya müəllifi Bəhruz Quliyev, rejissoru Bəxtiyar Məmmədov, baş operator Orxan Elxanlı, müxbiri isə Ceyran Əsgər qızıdır. Film SƏS productionsun təşkilatçılığı ilə hazırlanıb.

İntizarə Məmmədova

Səs.- 2015.- 27 fevral.- S8-9.