"Baku Guide" kataloqunda xalqımızın Novruz bayramından söz açılır

"Su çərşənbəsi"ndə donmuş sular, çaylar hərəkətə gəlir, "Od çərşənbəsi" təbiətdə hərarətin yarandığını göstərir. Sonra "Yel çərşənbəsi" gəlir - bu, qarşıdan gələn yeni ilin mehidir. Nəhayət, ilaxır çərşənbələrin dördüncüsü "Torpaq çərşənbəsi" - şaxtalı qışdan sonra canlanan torpağın simvolu, Novruzun son müjdəsidir".

Azərbaycana gələn turistlərin, paytaxtımızın qonaqlarının bələdçisinə çevrilmiş "Baku Guide" kataloqunun mart sayında xalqımızın tarixi minillərlə ölçülən milli bayramı - Novruz bayramına xüsusi yer ayrılıb. Nəfis tərtibatda işıq üzü görən nəşrdə milli bayramımız haqqında dolğun məlumat verilir, Novruz ənənələrindən söz açılır. Kataloqunun növbəti sayı turistlər, aktiv istirahət həvəskarı olan paytaxt sakinləri üçün maraq doğuracaq informasiyalar, müxtəlif mövzularda yazılarla zəngindir.

Yeni nəşrdə paytaxtımızın ev sahibliyi edəcəyi I Avropa Oyunlarına hazırlığın gedişi barədə "Bakı 2015" Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqə ünvanlanan suallar da yer alıb ki, oxucular onun maraqlı cavabları ilə də tanış olmaq imkanı qazanacaqlar.

Azərbaycan, ingilisrus dillərində hazırlanan nəşrdə şəhərimizin mədəni və işgüzar həyatı, mart ayında nəzərdə tutulan müxtəlif tədbirlər haqqında geniş məlumatlar, teatrkonsert müəssisələrinin repertuarı, muzey və sərgi salonlarının, əyləncə mərkəzlərinin afişası oxuculara təqdim olunur.

"Bakı bulvarında gəzinti" adlı məqalə şəhərimizin qonaqlarında dolğun təəssürat yaratmaqla yanaşı, onları möhtəşəm Dənizkənarı Milli Parkın gözəlliyini yenidən kəşf etməyə sövq edəcək. "Ginnesin rekordlar kitabı"na düşən Miniatür Kitab Muzeyindən reportaj da oxucuların marağına səbəb olacaq. "Azərbaycan mətbəxi" rubrikasını oxuyanlar milli şirniyyatımız şəkərburanın hazırlanma qaydası ilə tanış olacaqlar.

Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalars. barədə məlumatlar yer alıb.

NƏZAKƏT

Səs.- 2015.- 5 mart.- S12.