Hüquqi dövlətin KİV siyasəti

 

 

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın demokratik mətbuatı mühüm rol oynayır

 

Ulu Öndər Heydər Əliyev mətbuat günü münasibətilə demişdir: "Azərbaycan mətbuatı zəngin və şərəfli tarixi boyu həmişə böyük ictimai idealların carçısı olmuş, xalqımızın azadlıq istəyinin, müstəqillik amalının güclənməsində, mənəvi tərəqqisində, yüksək əxlaqi dəyərlərinin qorunub saxlanılmasında və daha da inkişaf etdirilməsində müstəsna xidmətlər göstərmişdir."

1992-ci ildə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu yeni mətbu orqanların yaranmasına şərait yaratdı. 1989-cu ildən çıxan "Azərbaycan", "Azadlıq", "Yeni Müsavat", 1990-cı ildən çıxan "SƏS" "Ədalət", "Aydınlıq", "Ayna", "İki sahil" qəzetlərinin cərgəsinə yeniləri - "525-ci qəzet", "7 gün", "Yeni Azərbaycan" qəzetləri qoşuldu. Bu qəzetlər "müstəqil düşüncə tərzi" formalaşdırırdı. Az vaxtda 300-ə yaxın qəzet fəaliyyətə başladı.

Onu da qeyd edək ki, müstəqillik qazandıqdan sonra da siyasi sabitsizlik nəticəsində mətbuata senzura tətbiq olundu. Bu da səbəbsiz deyildi, müharibə şəraiti bunu tələb edirdi. Bu qayda televiziyaya (15 mart 1992) və mətbuata (2 aprel 1993) şamil edilmişdi. Hərbi senzura 1996-cı ildə ləğv edilsə də, QLAVLİT 1998-ci ilin yayına kimi formal da olsa, fəaliyyətini davam etdirirdi. Yalnız 1998-ci il avqustun 6-da Prezidentin Fərmanı ilə senzura birdəfəlik ləğv edildi. Senzuranm ləğvi KİV-i inkişaf yoluna çıxardı. Fərmanda deyildiyi kimi, "KİV-də istənilən fikir demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır." Bu Fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur. Fərman, eləcə də, kütləvi informasiya vasitələri əməkdaşlarının beynəlxalq mərkəzlərin tədqiqat və təhsil proqramlarında, beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirakı üçün geniş şərait yaradılmasını nəzərdə tuturdu.

Jurnalistlər onlar üçün verilmiş bu imkanlardan bəzən sui-istifadə edirlər. Belə ki, son illər mətbuatla hökumət arasında qarşıdurma çoxalmışdır. Qeyd edək ki, bu qarşıdurma informasiya vasitələrinin özünə də xeyir deyil. Mətbuat özünü məmurlara qarşı qoymamalıdır.

Akif Rüstəmov yazır ki, KİV sahəsində Azərbaycan dövlətinin siyasəti aydındır. Bu siyasət söz və mətbuat azadlığın məhdudlaşdıran süni maneələri aradan qaldırmağa yönəlib. İlk növbədə, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırıldı. 1999-cu ildə qəbul olunmuş və 2001-2002-ci illərdə dəyişikliklər edilmiş "Kütləvi informasiya vasitələri haqqında" AR-nin Qanunu söz və məlumat azadlığına təminat verir. "Azərbaycan Respublikasında kütləvi informasiya azaddır" fikri qanunun 1-ci maddəsində öz əksini tapıb.

Dövlətin təşəbbüsü əsasında "Məlumat azadlığı haqqında" (1998), "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" (1997), "Dövlət sirri haqqında" (1996), "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" (1998), "İnformasiya azadlığı haqqında" (2005) qəbul olunmuş qanunlar KİV-in fəaliyyət mexanizmini təşkil edir.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bu, da o deməkdir ki, dövlətin mətbuat üzərində nəzarət etmək funksiyasından imtina edildi. Həm də kütləvi informasiya vasitələrinin təsis olunması sahəsindəki süni əngəllər aradan qaldırıldı. Onun nəticəsidir ki, Azərbaycanda 4 minə yaxm KİV müvafiq dövlət orqanlarında qeydiyyatdan keçmişya uçota götürülmüşdür. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir.

Respublikamızın ictimai-siyasi həyatında demokratik dəyərlər bərqərar olduqca, qarşıya qoyulan vəzifələr də uğurla həyata keçir. Ölkə rəhbərliyi də "söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir".

1998-ci ilin sonunda KİV-lərin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə qəzet redaksiyalarının əlavə dəyər vergisindən azad edilməsi, Prezidentin Sərəncamı ilə 2000-2001-ci illərdə KİV-lərin maddi-texniki şəraitinin yaxşılaşdırılması haqqında tədbirlər proqramı, habelə, 27 dekabr 2001-ci il tarixli "Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması sahəsində əlavə tədbirlər haqqında" və 2003-cü ildə qəzetlərin "Azərbaycan" nəşriyyatına borcların 3 il müddətinə dondurulması haqqında sərəncamları mətbuata göstərilən qayğının bariz nümunəsidir. Qeyd edək ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər də vardır.

Ölkə başçısının 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları dövlət-mətbuat münasibətlərini tənzimlədi.

Fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev qeyd edir ki, KİV-i "dördüncü hakimiyyət" adlandırırlar. Əslində, onu hakimiyyət təsisatı hesab etmək olmaz. KİV elə bir funksional mexanizmdir ki, onun sayəsində demokratik cəmiyyətin bütün təsisatları legitim sayılır. Dövlət-siyasi tənzimləmə, iqtisadi stimullaşdırma kimi hakimiyyət tiplərindən fərqli olaraq medianın "hakimiyyəti"nin gücü onun mənəvi-ideoloji təsirində, kütləvi şüuru formalaşdıra bilməsindədir.

 Modernləşmə nəticəsində cəmiyyətin bütün təsisatlarının, o cümlədən, KİV-in transformasiyası, yeniləşməsi baş verir. Eyni zamanda, modernləşən KİV həm də özü dövlətin modernləşmə siyasətinə təsir göstərir. Kütləvi media ictimai şüurda liberal- demokratik dəyərlərin, aşkarlığın, fikirsöz azadlığının, siyasi, ideoloji, mədəni plüralizmin, tolerantlıq, dialoq, kompromis, konsensus mədəniyyətinin, ictimai rəyin, gerçəkliyə tənqidi münasibətin formalaşmasına, siyasi mədəniyyətə, milli ideyaideologiyaya, dövlətçilik şüuru və ənənələrinin formalaşmasına təsir edir, milli-dövlət maraqlarını müdafiə edərək dövlətin ictimai-siyasi, sosiomədəni modernləşmə siyasətində başlıca amillərdən birinə çevrilir.

Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyət başına keçməsi ilə Azərbaycanda modernləşmə daha sürətlə inkişaf etmiş, Onun həyata keçirdiyi söz və məlumat azadlığı, kütləvi informasiya vasitələrinin müstəqilliyi demokratik cəmiyyət quruculuğunun atributuna çevrilmiş və "nəticədə Azərbaycanda inkişaf ideologiyasının - konstruktiv funksiyalar yerinə yetirən sintetik, açıq, yeni ideologiyanın formalaşması" reallaşmışdır. Şübhəsiz ki, burada söhbət azərbaycançılıq ideologiyasından və "güclü Azərbaycan ideyası"ndan gedir. Bu ideyalar kütləvi informasiya vasitələrinin optimal fəaliyyət strategiyasının yaranmasında həlledici rol oynayır kı, bu da mövzunun tədqiqinin aktuallığını göstərən əsas şərtlərdən biridir.

Kütləvi informasiya vasitələrinin inkişafına əngəl törədən senzuranı ləğv edən konstitusiya ilə təsbit olunmuş söz və mətbuat azadlığını təmin edən, demokratik medianın fəaliyyətini tənzim edən hüquqi bazanı yaradan müstəqil mediaya geniş imkanlar yaradan Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, Onun ənənələrini uğurla davam etdirən ölkə Prezidenti Cənab İlham Əliyev özünün 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvit informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası" haqqında, 2009-cu il aprelin 3-də isə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncamları ilə kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısını nümayiş etdirdi.

Ölkəmizdə milli-mənəvi dəyərlərin, azərbaycançılıq ideyalarının təbliğini təmin edən dövlət informasiya və modernləşmə siyasətinin tərkib hissəsi kimi çıxış edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi özündə "cəmiyyətdə söz azadlığını, insanların obyektiv informasiya əldə etmək hüququnu, həmçinin, kütləvi informasiya vasitələrinin müstəqilliyini təmin etmək məqsədilə dövlət tərəfindən müəyyən olunan təşkilati-texniki, hüquqi, iqtisadi və digər tədbirlərin məcmuusunu ehtiva edir."

Bir sözlə, modernləşmə prosesində kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi, dövlət informasiya və modernləşmə siyasətinin əsas məqsədi demokratik prinsiplərin, vətəndaş cəmiyyəti quruculuğu prosesində azad medianın rolunu nəzərə almaqla onun müstəqilliyini, şəxsiyyət, dövlət, cəmiyyət maraqlarının tənzimlənməsini təmin etməkdir.

Etiraf edək ki, demokratik cəmiyyətdə hökumətin həyata keçirdiyi tədbirlər barədə informasiya əldə etmək mümkündür. Bu, ona görə lazımdır ki, vətəndaşlar siyasi həyatda iştirak edə bilsinlər. Bu azadlıq olmayanda vətəndaşlar avtoritar rejimlərin təsiri altına düşürlər. Söz yox ki, demokratik cəmiyyətin jurnalistikası, qeyri-demokratik cəmiyyətin jurnalistikasından fərqlənir. Bu, hər şeydən əvvəl mətbuat və söz azadlığında özünü göstərir. Bu "jurnalistikanın ən ciddifundamental problemlərindən biridir."

 Qərb ölkələri bunu tez başa düşdüklərindən azad sözə, fərqli fikrə "yaşıl işıq" yandırdılar. Bu da onların inkişafına səbəb oldu. Deməli, mətbuat və söz azadlığının bərqərar olması üçün demokratik dəyərlərə söykənmək lazımdır. Bunun üçün qanunların bizə verdiyi hüquqlardan yararlanmaq vacibdir.

Azərbaycan Respublikası bir sıra beynəlxalq təşkilatlara qoşulmuşonlara hörmətlə yanaşmağı üzərinə götürüb. Ona görə də, KİV haqqında qanunvericiliyin əsas maddələrindən biri də beynəlxalq konvensiya və sazişlərə, Birləşmiş Millətlər Təşkilatının qərar və qətnamələri ilə bağlıdır. BMT- nin 1948-ci ildə qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsinə diqqət yetirsək, bu mötəbər təşkilatın fikirsöz azadlığına hörmətlə yanaşdığının şahidi olarıq. BMT-nin bu sənədi bütün dünyaya bəyan edir ki, "hər bir insanın əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək hüququ var, bu hüquqda əqiədsinə mənaeəsiz etiqad bəsləmək, dövlət sərhədlərindən asılı olmayaraq informasiyalarideyalar almaqyaymaq azadlığı daxildir."

 

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktorou

Səs.- 2015.- 1 may.- S.15.