GƏNCƏNİN XAN ÇİNARI - ALTAY MƏMMƏDOV YERİ GÖRÜNƏN YAZIÇI

Hər dəfə adı çəkiləndə qəribə bir kövrəklik vicudumu bürüyür. Çünki bu ad mənə daha çox doğmadır. Bu da səbəbsiz deyil. Səbəb isə məhz çox yaxın ailə dostluğuonun insani səmimiyyətidir. Hətta bu dostluq mərhum atam, Respublikanın xalq artisti Məhəmməd Bürcəliyevin vəfatından sonra da sona qədər davam edib. Altay Məmmədov hər zaman ona xas olan xüsusiyyətləri ilə seçilməyi sevirdi. Dostluq məfhumu onun üçün vacib amillərdən biri idi. Hər dəfə zəng edəndə ilk deyəcəyi kəlmə bu idi: "Oğul, Altay əmindir. Anan evdədir ?" O, hər zaman zəng edər, atamın həyatda yoxluğunu sanki bizə unutdururmuş kimi problemlərimiz ilə maraqlanar və ailəmizə olan dostluq, qardaşlıq hisslərini bildirərdi. Onunla birgə mərhum həyat yoldaşı Almaz xanım da hər zaman yanımızda olar və sevincimizlə, kədərimizlə bölüşərdi.

Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmişbu yazıları ilə ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edə bilmişdir. O, həm də ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin mükəmməl bilicisi kimimühüm fundamental fikirləri, mülahizələri ilə diqqət mərkəzində olamağı bacarmışdır.

Altay Yusif oğlu Məmmədov 1930-cu il mayın 15-də Gəncə şəhərində anadan olmuşdur. O, 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində calışmışdır. 1949-cu ildə Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji Institutun dil-ədəbiyyat fakültəsinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmiş, həmin institutun "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında baş müəllim vəzifəsində saxlanılmışdır. İstedadı və bacarığı ilə hər zaman diqqət cəlb etməyi bacaran Altay Məmmədov hələ tələbəlik illərində "Kirovabad fəhləsi" qəzeti redaksiyasında korrektor, "Gəncə kommunisti" qəzeti redaksiyasında ədəbi işçi vəzifələrində çalışmışdır.1950-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilən "Fəhləlikdən alimliyə" oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmədov özü artıq belə bir işıqlı ömür yolunun yolçusuna çevrilmişdir.

O, filologiya elmləri namizədi (1964), dosent (1965), əməkdar mədəniyyət işçisi (1971) idi. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaqla yanaşı, 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Gəncə filialına rəhbərlik etmişdir. Məhz onun rəhbərliyi ilə Gəncənin neçə-neçə sayılıb-seçilən, bu gün də hekayələri, oçerkləri maraqla izlənilən şair və publisistləri yetişdirilmiş, Altay Məmmədov dühasından bəhrələnmişlər.

Bir sözlə, Altay Məmmədov doğma Gəncənin əsl nüfuz sahibi, mərd kişisi, Xan çinarı idi. Onun sadəliyi, təvazökarlığı isə bir başqa aləm idi. Hər zaman qamətində Gəncənin Xan çinarını xatırladan Altay Məmmədov həm də dərs dediyi tələbələrinin mənəvi atası və yaxın dostu idi. Onun dərs dediyi tələbələrin əksəriyyətinin 10-15 ildən sonrakı düşkün, əzgin görkəmi bir insan olaraq qəlbini hər zaman sızladırdı. Altay Məmmədov həssas bir sənətkar, həm də şox kövrək bir insan idi. Kamil bir şəxsiyyət olaraq o, yaxşı bilirdi ki, bu düşkünlük, əzginlik sovet həyat tərzinin yerlərdə ziyalılara olan təpkisindən qaynaqlanır. Elə ona görə də məhz bu təpkilərə sinə gəlmək üçün hər zaman dostlarının, tələbələrinin yanında idi. Altay Məmmədov yaşadığı mühitin qanunlarına üstüörtülü ironiyaları ilə yanaşmaqla hekayələri, oçerkləri, məqalələri və dram əsərləri ilə diqqət mərkəzində idi. Qələmə aldığı hər bir əsər Altay Məmmədov dühasından süzülərək sovet idarə sisteminin dəmir mancanağını, onun puc bir idarə sisteminin ifşası demək idi. Belə olmasa idi nə "Həmyerlilər", nə "Kişilər", nə də ki "Dəli Domrul" yaranmazdı.

"Həmyerlilər" in maraqlı taleyi və ya Altay Məmmədov dramaturgiyası ...

Altay Məmmədov ilk dram əsərinin qələmə alınmasının maraqlı tarixçəsini öz xatirələrində bu çür bölüşür : "Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından sonra oturub yeyib-içirdik. Söhbət əsnasında çox yaxın ailəvi dostum olan, xalq artisti Məhəmməd Bürcəliyev qəfil mənə dedi:

- Altay, deyirəm bəlkə bir dram əsəri yazasan. Hə?...

- Nə? Mən? Dram əsəri? Nə danışırsan, ay Məhəmməd? Heç düşünmə.

- Niyə ? Çox duzlu və məzəli qələmin var. Elə hekayələrin, oçerklərin bir dünyadır. Sən gəl bir düşün.

- Yaxşı, baxarıq - dedim.

Bu söhbətdən bir müddət keçsə də, Məhəmməd Bürcəliyev yenə də öz fikirlərində israrlı idi və mənə dram əsəri yazmağımı təklif edirdi. Bir gün isə o, mənə "Həmyerlilər"in ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki, bir özümü sınayım. Belə də oldu. "Həmyerlilər" i yazdım və pyesi Gəncə Dövlət Dram Teatrının bədii şurasına təqdim etdim. Pyes oxundu və qəbul edildi. Tamaşanın quruluşçu rejissoru isə elə xalq artisti Məhəmməd Bürcəliyev özü oldu. İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu."

Bundan sonra Altay Məmmədov bir-birinin ardınca daha maraqlı, bitgin sujet xətli və orjinal dram əsərləri ilə diqqət mərkəzində olmağı baçardı. Belə ki, "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə", "Bəraət", "Dəli Domrul", "Üçatılan" və başqa əsərlərinin uğurlu səhnə taleyi yaradıçılığının əsas qayəsini təşkil etmiş oldu. Altay Məmmədovun dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və Iranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. Altay Məmmədov eyni zamanda tərcümə ilə də məşğul olmuş, Əbdüqəhhar Ibrahimovun "Ilk busə", Otar Ioselianinin "Araba hələ aşmayıb", Vasili Şukşinin "Diribaş adamlar" pyeslərini rus dilindən doğma dilimizə - Azərbaycan dilinə çevirmişdir.

Həmçinin Altay Məmmədov 1958-ci ildə çapdan çıxan "On birinci açar" adlı ilk hekayələr kitabı ilə ədəbiyyata istedadlı bir nasir kimi daxil ola bilmişdir. Onun yaradıcılığında hekayə janrı mühüm yer tutur. "Narınc", "Anam qocalmışdı", "Uvertüra", "Məhəbbətin səsi", "Gülab nəfəsli" və s. hekayələri bu janrın gözəl nümunələrindəndir. Xüsusilə, "Məhəbbətin səsi" və "Gülab nəfəsli" hekayələri o illərdə oxucuların ən çox sevdiyi nəsr əsərlərindən hesab edilirdi. Bu iki hekayədə müəllif saf, təmiz məhəbbətin əbədiliyi ideyasını irəli sürürdü.

Altay Məmmədov Gəncədə yaşayırdı, amma onun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və başqa dillərə tərcümə edilirdi, Moskvada üç kitabı çapdan çıxmışdı, "Mahnı" povesti Şri-Lankada, Hindistanda ayrıca kitab şəklində oxuculara çatdırılmışdı.

Qeyd etmək lazımdır ki, Altay Məmmədov iki görkəmli Azərbaycan yazıçısı - Ilyas Əfəndiyevdən və Ənvər Məmmədxanlıdan sonra lirik hekayə janrının gözəl nümunələrini yaradıb, bu iki görkəmli yazıçının yolunu, şərəflə, uğurla davam etdirib. Altay Məmmədov "Azərbaycan hekayəsi" adlı çox sanballı bir monoqrafiyanın da müəllifi olub. Müəllif bu əsərində Azərbaycan hekayəsinin qaynaqlarına üz tutur, realist hekayənin yaranmasına qədərki mərhələni çox geniş bir formada araşdırır. Realist hekayələrin yaranma tarixini geniş şəkildə şərh edir.

Burada heç şübhəsiz, şifahi xalq yaradıcılığı - dastanlar, qaravəllilər, zərbi-məsəllər, rəvayətlər, daha sonra epik poeziyamızda mənzum hekayələri mühüm rol oynayır.

Altay Məmmədov ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də mükəmməl bilicisi idi. Həm klassik, həm də çağdaş ədəbi prosesi dərindən mənimsəməklə yanaşı bu prosesləri daha dərindən təhlil etməklə araşdırmış və böyük oxuçu kütləsinin diqqətinə təqdim edə bilmişdir. "Dədə Qorqud"u, Nizamini, Füzulini, Vaqifi, Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi hansı elmi səriştəliklə şərh edirdisə, S.Vurğunu, R.Rzanı, B.Vahabzadəni, İ.Şıxlını, M.Arazı, Y.Səmədoğlunu, Anarı, Elçini, M.Süleymanlını, R.Rövşəni, Ə.Salahzadəni, İ.İsmayılzadəni də eyni duyum və fikir aydınlığı ilə təhlil edir, maraqlı mülahizələrini, fikirlərini tələbələri ilə bölüşürdü.

Onunla son görüşümü xatırlayıram. Bu, Gəncədə 2002-ci ilin mart ayına təsadüf edir. Novruz bayramı ərəfəsi idi. Gəncənin Xan çinarı olan Altay Məmmədovun görüşünə getmişdim. Yenə də əzəmətli boyu və gözəl nitqi ilə hər kəsi valeh edirdi. Onu dinlkədikcə sanki ruhum dincəlirdi. Söhbət əsanasında maraqlı bir fikri diqqətimi çəkdi və onun bu fikirlərini öz cib dəftərçəmə yazdım. Bu gün yenidən o fikirləri oxuyuram: "Mən Sabir Əhmədlinin "Qanköçürmə stansiyası" əsəri və ümumiyyətlə bu mövzunun dəfələrlə böyründən ötüb keçmişəm, ancaq bu mövzuda belə gözəl bir əsər yazmağın mümkünlüyü heç ağlıma da gəlməyib."

Altay Məmmədov həmçinin öz dövrünün gəncliyinin sevimli şairi Əli Kərimin ən yaxın dostu, sirdaşı idi. Əli Kərim haqqında qəzet-jurnal səhifələrində olan unudulmaz xatirələrini hər zaman böyük şövqlə çap etdirərdi. Çünki onun yaradıçılığı Altay Məmmədov üçün çox əziz idi. Əli Kərim itkisi onu çox ağrıdırdı, bu nisgili daim ürəyində gəzdirirdi.

Bu gün biz də Altay Məmmədov itgisini, ağrısını və nisgilini qəlbimizdə gəzdiriik. Ruhun hər zaman şad olsun, Gəncənin Xan çinarı.

Anar Bürcəliyev,

teatrşünas

Səs.- 2015.- 16 may.- S.12.