Hüquqi dövlətdə informasiya təhlükəsizliyi

 

 

        

     Sovet ittifaqı dağıldıqdan, Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən və suveren bir ölkə kimi özünün müstəqil xarici siyasətini formalaşdırmağa başladıqdan sonra informasiya təhlükəsizliyinin məzmunu genişlənmiş, informasiya cəmiyyətinin quruculuğunu daha vacib etmiş, milli təhlükəsizlik sistemində bu komponentin rolu və əhəmiyyəti xeyli artmışdır. Politologiya elmində göstərilir ki, informasiya təhlükəsizliyi həm də hər bir vətəndaşın və ictimai qrupun öz mövqe və maraqlarına uyğun olaraq, KİV vasitəsilə azad şəkildə informasiya axtarmaq, almaqonu yaymaq imkanına nə dərəcədə malik olması ilə müəyyən edilir. KİV bu funksiyanı şəxs, cəmiyyət və dövlət arasında vasitəçi, cəmiyyətin öz maraqlarını müdafiə etməsi üçün yaratdığı alət və ictimai fikrin formalaşdırması vasitəsi kimi yerinə yetirir. Cəmiyyətin təhlükəsizliyi ona təhrif edilən, uydurulanya idarə olunan informasiya verilib- verilməməsindən olduqca asılıdır. Eyni zamanda kütləvi informasiya azadlığına zəmanət verilmiş vətəndaş cəmiyyətində şəxsin qanuni hüquqları, cəmiyyətin və dövlətin konfidensial informasiyanın qorunması üzrə maraqlarına ciddi riayət olunmalıdır.

     İnformasiyanın cəmiyyətdən gizlədilməsi, müəyyən sosial qüvvələrin mənafeyi naminə hadisələrin qeyri-obyektiv işıqlandırılması, cəmiyyət üçün həyati əhəmiyyətli informasiyaların ictimaiyyətə vaxtında çatdırılmaması, etibarsız və yanlış informasiyanın təqdim olunması, qəsdən dezinformasiya və s. kimi, KİV-in fəaliyyətində cəmiyyətdə qeyri-sabitlik yaradan proseslərin dərinləşməsinə və mənəvi dəyərlərin parçalanmasına şərait yaradan neqativ ənənələr milli təhlükəsizliyə, bütövlükdə cəmiyyətin təhlükəsizliyinə real təhdidlər törədir. Məsələn, "Milli təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 7.9 maddəsində milli təhlükəsizliyə informasiya sahəsində aşağıdakı əsas təhdidlər öz ifadəsini tapmışdır:

       informasiya texnologiyaları sahəsində geriləmə və dünya informasiya məkamına daxil olmağa maneələrin mövcudluğu;

       informasiya azadlığı əleyhinə yönəlmiş qəsdlər,

       dövlət sirlərinin aşkarlanmasına yönəlmiş qəsdlər;

     • digər ölkələr tərəfindən informasiya təcavüzü, beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin təhrif edilməsi;

     informasiya sisteminə və ehtiyatlarına yönəlmiş qəsdlər. Beynəlxalq təcrübədə dövlətin informasiya təhlükəsizliyinə təhdidin aşağıdakı 4 əsas növü özünü büruzə verir:

     1. Mənəvi həyat və informasiya fəaliyyəti sahəsində insanın və vətəndaşın konstitusiya hüquq və azadlığına fərdi, qrup şəklində və ictimai şüura olan təhdidlər;

     2. Dövlət siyasətinin informasiya təminatına olan təhdidlər;

     3. İnformasiyalaşdırma, kommunikasiya və rabitə sənayesi də daxil olmaqla, ölkənin informasiya sənayesinin inkişafına, məhsulların daxili bazarda tələbatı ödəməsinə və dünya bazarına çıxarılmasına, həmçinin yerli informasiya ehtiyatlarının toplanılmasına, saxlanılmasına və səmərəli istifadəsinin təmin edilməsinə olan təhdidlər;

     4. Ölkə ərazisindəki informasiyatelekommunikasiya vasitə və sistemlərinin təhlükəsizliyinə təhdidlər.

       Birinci növə informasiya fəaliyyəti sahəsində insanların və vətəndaşların konstitusiya hüquq və azadlıqlarını məhdudlaşdıran hüquqi aktların qəbul və tətbiq edilməsi; informasiya fəaliyyəti sahəsində inhisarın yaranması; vətəndaşların şəxsi və ailə sirləri, yazışma və telefon danışıqları və s. fərdi məlumatları ilə bağlı konstitusiya hüquqlarını reallaşdırmalarına qarşı, o cümlədən kriminal strukturlar tərəfindən edilən qanuna zidd hərəkətlər; vətəndaşların ictimai və açıq informasiyaya buraxılmalarının qanunsuz olaraq məhdudlaşdırılması; fərdi, qrup şəklində və ictimai şüura qanunazidd xüsusi təsir vasitələrinin tətbiqi; informasiya sahəsində münasibətləri tənzimləyən qanunvericiliyin yerinə yetirilməməsi; milli informasiya agentlikləri və KİV-lərin sıxışdırılması və xarici informasiya qurumlarından asılılıq; cəmiyyətdə qəbul olunmuş mənəvi və əxlaqi dəyərlərin zorakılığa əsaslanan dəyərlərlə əvəz olunması; yeni, o cümlədən informasiya texnologiyalarının tətbiqi sahəsində əhalinin ümumi hazırlıq və yaradıcılıq potensialının aşağı düşməsi; informasiya ilə manipulyasiya (informasiyanın gizlədilməsi, təhrif edilməsi) və s. aid edilir.

       İkinci növə ölkənin informasiya bazasının və ya onun ayrı-ayrı sektorlarının milliyaxud da xarici informasiya qurumları tərəfindən inhisarlaşdırılması; dövlət kütləvi informasiya vasitələrinin millixarici auditoriyanın məlumatlandırılması üzrə fəaliyyətlərinin qapadılması; ixtisaslı kadr çatışmazlığı, dövlətin informasiya siyasətinin formalaşması və həyata keçirilməsi sisteminin olmaması səbəbindən dövlət siyasətinin informasiya təminatının səmərəsizliyi və s. təhdidlər daxildir.

       Uçüncü növə adətən ölkənin yeni informasiya texnologiyalarına yiyələnməsinə, informasiya xidmətləri sənayesi, informasiyalaşdırma, telekommunikasiya və rabitə vasitələri, informasiya məhsulları sahəsində dünya əmək bölgüsündə ölkənin bərabər səviyyədə iştirakına mane olan hərəkətləri; həmçinin müasir informasiya texnologiyaları sahəsində xarici ölkələrdən texnoloji asılılığı artıran şəraitin yaradılması; dövlət orqanları tərəfindən yerli analoqu ola-olatexniki götəricilərinə görə xarici avadanlıqlardan heçgeri qalmayan xarici informasiyalaşdırma, kommunikasiya və rabitə vasitələrinin satın alınması; milli istehsalçıların yerli bazardan sıxışdırılıb çıxarılması; yüksəkixtisaslı kadrların və intellektual mülkiyyət sahiblərinin xaricə axını və s. bu kimi təhdidləri aid edirlər.

       Dördüncü növə informasiyanın qanunazidd yollarla toplanılması və istifadə olunması; informasiyanın hazırlanması texnologiyasının pozulması; aparatproqram məhsullarının istehsalına sənədləşmə ilə nəzərdə tutulmayan komponentlərin tətbiq edilməsi; informasiyainformasiya - telekommunikasiya sistemlərinin, o cümlədən informasiyanın mühafizəsi sistemlərinin normal fəaliyyətinə mane olan proqramların işlənib hazırlanması və tətbiq edilməsi; informasiya, telekommunikasiya və rabitə vasitə və sistemlərinin məhv edilməsi, zədələnməsi və radioelektron üsullarla susdurulması; informasiyanın hazırlanması və ötürülməsinin avtomatlaşdırılmış mühafizə sisteminə parol-açar sisteminin təsir etməsi; informasiyanın kriptoqrafik mühafizəsinin açar və vasitələrinin komprometasiyası (inamsızlıq); texniki kanallarla informasiya axını; texniki vasitələrə ötürülən zaman informasiyanın ələ keçirilməsi üçün elektron qurğuların tətbiqi; informasiyanın maşın və digər daşıyıcılarının məhv edilməsi, zədələnməsi və ya oğurlanması; informasiyanın məlumatların ötürülməsi şəbəkəsində ələ keçirilməsi, şifrinin açılması və bu məlumatlara yanlış informasiyanın qatılması; milli informasiya qurumlarının yaradılması və inkişafı zamanı sertifikatlaşdırılmamış informasiya texnologiyalarının, informasiyanın mühafizəsi, informasiyalaşdırma, telekommunikasiya və rabitə vasitələrindən istifadə edilməsi; məlumat bank və bazalarında olan informasiyaya sanksiyalaşdırılmamış çatım; informasiyanın yayılmasına qoyulmuş qanuni məhdudiyyətlərin pozulması və s. kimi təhdidlər daxil edilir.

       Informasiya təhlükəsizliyi sahəsində dövlət siyasətinin əsası ölkənin informasiya məkanının parçalanmasına, rabitə və telekommunikasiya sistemlərinin funksiyalarının, həmçinin informasiya sahəsində şəxsin başlıca hüquq və azadlıqlarının pozulmasına ünvanlanmış, xaricidaxili məzmunlu təhdidlərin güclənməsi ənənələrinin öncədən qiymətləndirilməsi üzərində qurulur. Bununla əlaqədar olaraq, bəzi tədqiqatçılar informasiya təhlükəsizliyi sisteminin üç tərkib hissəsinin nəzərdən keçirilməsini məqsədəuyğun hesab edirbu tərkib hissələrinə aşağıdakı təminat növlərini aid edirlər: a) normativ-hüquqi, b) təşkilati, c) texnoloji. Bu təminat növlərinin hər biri beynəlxalq, milliregional inkişaf aspektlərinə malik ola bilər.

       İnformasiya təhlükəsizliyi sisteminin normativ-hüquqi təminatı informasiya qanunvericiliyinin formalaşması və inkişafı çərçivəsində həyata keçirilir. Xüsusilə də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanun qəbul edildkdən sonra bu sahədə əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Qanuna informasiya təhlükəsizliyi məsələlərinə aid "İnformasiyanın mühafizəsi, başlıqlı ayrıca fəsil daxil edilmişdir. Bundan əlavə, "Kütləvi informasiya vasitələri haqqında", "Kommersiya sirri haqqında", "Elektron imzaelektron sənəd haqqında", "Dövlət sirri haqqında", "İnformasiya əldə etmək haqqında", "Fərdi məlumatlar haqqında" və s. qanunlar informasiya təhlükəsizliyi sahəsindəki tənzimləmə prosesində uğurla tətbiq edilir.

       Əlbəttə, yuxarıda sadalanan qanunların işlənib hazırlanması və qəbulu informasiya təhlükəsizliyinin təmin olunmasına öz faydasını verir. Müasir dövrdə konkret insanlar onların sosial vəziyyətləri, sağlamlığı, cəmiyyətin həyatında iştirakı və s. haqqında məlumatların toplanılması sisteminin bəzən kortəbii şəkildə informasiyalaşdırılması şəraitində, bu cür məlumatların toplanılması və yayılması qaydaları tənzimləyən qanunvericilik normalarının, xüsusilə də "Fərdi məlumatlar haqqında" Qanunun qəbul edilməsi olduqca təqdirəlayiqdir. Demokratik ölkələrin təcrübəsi ilə tanışlıq belə deməyə əsas verir ki, vətəndaşların şəxsi həyatına aid informasiyanın qorunması mexanizmi yaradılmadan sivil informasiya cəmiyyətinin qurulması mümkün deyildir. Bu mexanizmlər informasiyalaşdırma ilə bağlı sahələrdə fəaliyyəti əlaqələndirən ayrı-ayrı qanunlar və müxtəlif qanunların müvafiq müddəaları ilə müəyyən olunur.

     Azərbaycan Respublikasında informasiya təhlükəsizliyi sahəsində hüquqi bazanın yaranması və inkişafında kifayət qədər hiss olunacaq tərəqqi əldə olunmasına baxmayaraq, qanunvericilikdə müəyyən çatışmazlıqların - deklarativliyin, təzadların və uyğunsuzluqların olub-olmaması barədə müəyyən elmi polemika aparmaq olar. Məsələn, mövcud normativ aktlarda informasiya təhlükəsizliyi sahəsində 20-dən artıq hüquq pozuntusu növü göstərilsə də, çox hallarda bu pozuntulara görə aidiyyəti kodekslərdə məsuliyyəti müəyyən edən dəqiq normalarya da sanksiyaların həyata keçirilməsi mexanizmləri öz əksini tam tapmır. Məsuliyyət yalnız məlumatın təqdim edilməməsi, əhalinin məlumatlandırılmaması, informasiyanın mühafizəsi rejiminin lazımi səviyyədə təmin edilməməsi, dövlət sirri ilə bağlı məlumatların açıqlanması halları ilə əlaqədar olaraq təsbit olunmuşdur.

   

 Vahid Ömərov,

 fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2015.- 23 may.- S.15.