İnsanlara nur bəxş edən alim

Aprelin 28-də görkəmli oftalmoloq alim, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi tamam olur.     AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Alimlər Evi”ində Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgəİnsanlara nur bəxş edən alimmövzusunda tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AMEA-nın ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, AMEA-nın Biologiya Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Zərifə xanım Əliyevanın həyat fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndiriblər. Qeyd olunub ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Taleyini tibb elminə həsr edən akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, bu xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi müalicə metodlarının tapılması istiqamətində böyük xidmətlər göstərib. 

Bildirilib ki, Zərifə xanım Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətlərindən birini peşə oftalmologiyası təşkil edib. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb praktik olaraq elm aləmində yeni bir istiqamətin - “peşə oftalmologiyası”nın əsasını qoyub.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafat olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.  Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib.  Tədbirdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan musiqi nömrələri səsləndirilib

Səs .- 2016.- 22 aprel.- S.4