Azərbaycan sivilizasiyalararası dialoqamultikultural dəyərlərin qorunmasına mühüm töhfələr verir

Milli Məclisin deputatı Kamilə Əliyeva

- Kamilə xanım, ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq dialoq məkanına çevrildiyini göstərir. Bu yaxınlarda keçirilən IV Qlobal Bakı Forumunu, o cümlədən aprelin 25-dən 27-dək Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu bu mənada xüsusi qeyd etmək lazımdır. Bu barədə nə deyə bilərsiniz?

- Azərbaycan dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanınır. Siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olanpozitiv imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunlara paralel olaraq Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.

Təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət - ayrı-ayrı təşkilatlar, siyasətçilər, dövlət xadimləri əminliklə ifadə edirlər ki, Azərbaycan mədəniyyətlərin, dinlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir. Bildiyiniz kimi, 10-11 mart tarixində Azərbaycanın paytaxtında “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunda bu dəfə münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizminteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlər müzakirə edilib. Bundan başqa, enerjiqlobal idarəçiliyin perspektivləri ilə bağlı məsələlər də Forumun gündəliyinə daxil edilib. Albaniya, Monteneqro, Bolqarıstan, Gürcüstan prezidentlərinin də qatıldığı Forumda 27 sabiq prezident və 23 sabiq baş nazirdaxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib ki, bütün bunlar Forumun əhəmiyyətini bir daha göstərir. Bu Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlikinkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi səciyyələndirilib. Ümumiyyətlə, ölkəmiz dinlərarası, millətlərarası əlaqələrin inkişafı üçün də fəal rol oynayır. Bakıda Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin zirvə görüşləri keçirilir, eyni zamanda, qeyd etdiyiniz kimi, paytaxtımızda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçiriləcək.

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu aktual sivilizasiyalararası dialoq və müxtəlif formatlarda əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu platforma kimi xarakterizə edilə bilər. Bu həm də ona dəlalət edir ki, Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzi, həmçinin humanitar məsələlərin müzakirə olunduğu məkan kimi öz rolunu və əhəmiyyətini təsdiqləməkdədir. Bununla yanaşı, mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır. Başqa sözlə, ölkəmizin qlobal mədəniyyətlərarası dialoq mərkəzinə çevrilməsi təsadüfi xarakter daşımır. Hazırda dünyanın bir sıra inkişaf etmişinkişaf etməkdə olan ölkələrində fərqli mədəniyyətlərin toqquşmasının nəticəsində xoşagəlməz tendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli meyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir, nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycanda isə əsrlərdən gələn multikulturalizm, dözümlülük və qarşılıqlı hörmət mühitində sabitlik, təhlükəsizlik təmin edilib.

- Yeri gəlmişkən, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib. Bu kontekstdə həm multikultural dəyərlər sistemli şəkildə təbliğ edilir, həm ölkəmizdə multikulturalizm mühitinin möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılır. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Azərbaycan elə bir məkandır ki, burada milli-dini-irqi müxtəliflik insanlar arasında fərq yaradan, kimlərəsə üstünlük verən yaxud kimlərisə ayrı-seçkiliyə məruz qoyan amil kimi çıxış etmir. Əksinə, burada tolerantlıq, milli-dini-irqi müxtəliflik cəmiyyətin əsas üstün dəyəri kimi təqdim olunur. Azərbaycanda xalqların, milli dini icmaların heç bir fərq qoyulmadan bərabər yaşamasına, sıx inteqrasiya etməsinə həm dövlət güclü siyasi iradə nümayiş etdirir, həm cəmiyyətdə buna böyük istək var.

Beləliklə, Azərbaycanın təcrübəsi multikulturalizmin təbliği üçün müsbət nümunə kimi çıxış edir. Azərbaycan müxtəlif xalqların nümayəndələrinin yanaşı, sülh təhlükəsizlik şəraitində yaşadığı ideal arzuolunan məmləkət kimi dəyərləndirilir. Şübhəsiz, bunun fonunda ölkəmizin timsalında, sözün əsl mənasında, multikulturalizm ənənələrinin təntənəsi müşahidə edilir.

Onu da qeyd etmək istəyirəm ki, müstəqil Azərbaycanda tolerantlıq sahəsində dövlət siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoyub. Tolerantlığı azərbaycançılıq ideologiyasının ayrılmaz tərkib hissəsi sayan Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə multikulturalizm dövlət siyasətinin ən vacib istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin fevralında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli Fərmanı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da Azərbaycan dövlətinin tolerantlıq dəyərlərinə verdiyi önəmi bu istiqamətdə güclü siyasi iradə nümayiş etdirdiyini təsdiqləyir. Tolerantlıq nümunəsi olan Azərbaycan isə multikulturalizm ənənələri ilə özünəməxsus model formalaşdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu barədə qeyd edib: “Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Bu, bizim böyük sərvətimizdir... Azərbaycanda pravoslav, katolik, alban kilsələri, sinaqoqlar tikilir, təmir edilir. Azərbaycanda dinlərarası münasibətlər çox sağlam zəmində həllini tapır. Biz dünyada bu istiqamətdə öz rolumuzu oynayırıq”.

Ümumiyyətlə, hazırkı reallıqlar deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur bu, mədəniyyətlər, sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr bəxş edir. Eyni zamanda, bununla xalqlar öz mədəniyyətləri mənəvi dəyərlərini inteqrasiya etdirir. Müasir dövrdə multikulturalizmin əksinə olaraq, özünütəcrid mövqeyi seçən xalqlar dövlətlər nəinki inteqrasiya prosesindən kənarda qalırlar, eyni zamanda, bəşəri dəyər normalardan təcrid olunurlar.

- Kamilə xanım, siz Milli Məclisin Elm təhsil komitəsinin üzvüsünüz. Parlamentin yaz sessiyası çərçivəsində  “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Hazırda layihə üzərində təkmilləşdirmə işləri aparılır. Layihəyə edilən yeniliklərin elmin inkişafı istiqamətində əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan Respublikası Milli Məclisinin Elm təhsil komitəsinin 2016-cı ildə ilk iclasıında yeni hazırlanan “Elm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Sözügeüdən qanun layihəsinin parlamentdə birinci oxunuşda müzakirəsindən sonra müəyyən təkmilləşdirmə işləri aparılıb, sənədə bir sıra yeni müddəalar, həmçinin innovasiya sahibkarlıq fəaliyyəti, multikulturalizm, tolerantlıqla bağlı yeni maddələr salınıb. Eyni zamanda, dövlətin elmi-texniki fəaliyyət sahəsində sərmayə, o cümlədən xarici investorların cəlb edilməsi üçün əlverişli mühitin yaradılması bu məqsədlə sərmayəçilərə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada güzəştlərin verilməsi təklif olunur. Daha da dəqiqləşdirsək, elmin inkişafı üçün zəruri avadanlıqların güzəştli şərtlərlə respublikaya gətirilməsi kimi məsələlər təklif edilir. Yeniliklərdən biri magistr hazırlığı ilə bağlıdır. Magistr pilləsində peşəkar məqsədlər üçün ixtisas magistrləri, elmi fəaliyyətlə məşğul olmaq üçün isə tədqiqat magistrləri üzrə təhsilin həyata keçirilməsi təklif edilir.

Bütövlükdə qeyd edə bilərəm ki, layihə dövlətin elm sahəsində həyata keçirdiyi siyasətə, ölkədə dünyada cərəyan edən proseslərə cavab verir. Yəni burada əks olunan təkliflər elmin inkişafı istiqamətində qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, Azərbaycanda elmin inkişafı strateji bir vəzifə kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən tədbirlər paralel olaraq təhsil sisteminin inkişafına da strateji töhfələr verir. Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq Azərbaycanda elmi tədqiqatların prioritetləri ölkənin mühüm sosial-iqtisadi ictimai-mədəni məsələlərinin həllinə istiqamətləndirilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı vəzifəsi vahid strategiyaya uyğun olaraq ardıcıl şəkildə həyata keçirilir.

- Yeri gəlmişkən, “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının planına daxil edilib. Ümumiyyətlə, belə bir qanun layihəsini zəruri edən amillər hansılardır?

- Bəli, “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilib bu layihənin hazırlanması məqsədi ilə işçi qrupunun tərkibi təsdiq edilib.

Səs.- 2016.- 26 aprel.- S.11.