"Dini radikalizmxurafat - bir medalın iki üzü" mövzusunda konfrans keçirilib

Gündüz İsmayılov: "Arzuolunmaz halların qarşısının alınması üçün davamlı müzakirələrin aparılması vacibdir"

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dini radikalizmxurafat - bir medalın iki üzü" mövzusunda konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Dini Qurumlarla üzrə Dövlət Komitəsinin  (DQİDK)  sədr müavini Gündüz İsmayılov konfransa qatılan qonaqları və media işçilərini salamlayaraq, bildirib ki, hazırda qurum bir neçə faktorlarla yanaşı, dini xurafatçılıq və dini radikalizmlə də ciddi mübarizə aparır. "Bu istiqamətdə həm inzibati, həm də maarifləndirmə işləri görülür ki, görülən tədbirlərdə bizə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də yaxından dəstək göstərir"-deyə qeyd edən Gündüz İsmayılov, o cümlədən, bildirib ki, hüquq-mühafizə orqanları da sözügedən məsələdə onlarla birgə aparır.

Komitə sədrinin müavini bildirib ki, istər dini xurafatçılıq, istərsə də dini radikalizm bir medalın iki üzüdür: "Biz iki pis arasındakı ən az zərərli olan prinsipi heç vaxt qəbul etmirik. Çünki bütün hallarda bu amillərin hər ikisi zərərlidir və onlara qarşı mübarizə bizim prioritet istiqamətimizdir. Bu baxımdan, apardığımız işlərdə biz medianın dəstəyini hər zaman hiss etmişik. Jurnalistlər dini radikalizm və xurafatçılığa qarşı mübarizədə daim komitəmizə dəstəyini göstərib. Buna görə media nümayəndələrinə təşəkkürümü bildirirəm. Çünki medianın bu sahədə potensialı var və əlbəttə ki, mətbuatın təcrübəsindən daim istifadə olunur".

Gündüz İsmayılov dini radikalizmdini xurafatçılıqla mübarizədə QMİ-nin tanınmış ilahiyyatçılarının fikirlərinin də önəmli olduğunu deyərək, vurğulayıb ki, maarifləndirmə işlərində erkən nikah, təhsilə maneələr, qadınlara qarşı zorakılıq məsələləri aktuallıq təşkil edir: "Çünki bəzi dırnaqarası dindarlar bu kimi məsələlərdə fəallıq göstərirlər və düşünürük ki, belə halların qarşısının alınması üçün davamlı müzakirələrin aparılması vacibdir".

QMİ-nin aparat rəhbəri Simran Həsənov təmsil olunduğu idarənin rəhbəri Hacı Allahşükür Paşazadənin konfrans iştirakçılarına salamlarını çatdıraraq deyib ki,  QMİ və DQİDK  arasında hər zaman sıx əməkdaşlıq olubbu kimi məsələlərdə birgə işlər bu gün də görülməkdədir: "O cümlədən, mətbuatın bu kimi işlərdə bizə göstərdiyi daimi dəstəyinə görə təşəkkürlərimizi bildiririk".

Simran Həsənov xatırladıb ki, sözügedən mövzu nəinki Azərbaycanı, eyni zamanda, Avropanı və dünyanı da narahat edən bir məsələdir: "Hələ 2011-ci ildə Müqəddəs Taxt-tacın (Vatikanın) Avropa Şurasındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə dini radikalizmdini xurafatçılıq məsələləri ətrafında böyük müzakirələr səsləndirildi. Mən də həmin tədbirin işinə qatılmışdım. Həmin tədbirdə görkəmli akademikimiz Ramiz Mehdiyevin apardığı araşdırmalara, hazırladığı məqaləyə və oradakı faktlara da toxunuldu. "Ceyşül-İslam", "Hizmut-Təhrir" və s. radikal təmayüllü qrupların fəaliyyətlərinin bəşəruyyətə nə qədər zərər vurduğu barədə fikirlər səsləndirildi. Təəssüflə qeyd etməliyik ki, bu kimi radikal dini qruplar arasında azərbaycanlılar da var. Məsələn, onların əksəriyyətinin "Sumqayıt camaatı" adı altında radikal qruplara üzv yazıldıqları da bəlli olub. Artıq sirr deyil ki, radikalizm düşüncəsi sonda cinayətə gətirib çıxarır. Dini radikalizm isə dini xurafatçılıqdan başlayır. Əgər bu kimi hallara qarşı vaxtında tədbir görülməsə, daha arzulolunmaz nəticələr yarana bilər. Ona görə də, həm hüquq-mühafizə orqanları, həm də mətbuat bu cür məsələlərdə bizimlə birgə əməkdaşlıqlarını davam etdirməlidirlər".

QMİ aparatının rəhbəri təmsil olunduğu qurumun bəzi hallarda yanlış informasiyalar səbəbindən tənqid olunmasına da münasibətini bildirib: "QMİ-nin əsas işi dini maarifləndirmə və s. məsələlərlə yanaşı,  həm də orada fəaliyyət göstərən Qazılar Şurasının fətvalar verməsindən ibarətdir. Digər tərəfdən, QMİ dini ədəbiyyatların hazırlanmasında və təbliğində, müxtəlif təhsil müəssisələrində, idarə və qurumlarda maarifləndirmək məqsədilə işlər aparır.

O cümlədən, QMİ-nin "qafqazislam.com" adlı yenilənmiş saytı da fəaliyyət göstərir və ictimaiyyəti maraqlandıran istənilən məlumat burada dəqiqliyi ilə göstərilir".

Simran Həsənov sonda qeyd edib ki, dini mövzular yazan jurnalistlər, xüsusilə, məzhəblərarası məsələlərdə həssas olmalıdırlar: "Çünki Azərbaycan geopolitik baxımdan da çox həssas bir bölgədə yerləşir. Biz bir qurum olaraq, gələcəkdə jurnalistlər üçün seminarların keçirilməsini də planlaşdırırıq".

Dini araşdırmaçı Sakit Hüseynov isə çıxışında bildirdi ki, bu kimi məsələlər  - dini radikalizmə və dini xurafatçılığa qarşı mübarizə həm də bir şüur məsələsidir: "Mətbuatın bu işdə rolu çox böyükdür. İnsanlara şüur baxımından aşılanmalıdır ki, radikalizmxurafat, əsla, qəbulolunmazdır. O cümlədən, radikalizm həm də dini ekstremizimdir. Ekstremizmə qarşı isə davamlı şəkildə mübarizə aparmaq lazımdır. Çünki Yaxın Şərqdən başlayaraq, Avropa sərhədlərinə qədər hansı hadisələrin yaşandığını görməkdəyik. Bu səbəbdən, gənclərimiz bu istiqamətdə maarifləndirilməlidirlər. Məsələn, bir sıra TV-lər şou proqramlarını azaldaraq, cəmiyyəti maarifləndirmək istiqamətində təbliğat xarakterli proqramlarla çıxış etməlidirlər".

AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun Dinşünaslıq və Mədəniyyətin Fəlsəfi Problemləri şöbəsinin aparıcı elmi işçisi, ilahiyyatçı Elsevər Səmədov isə bildirdi ki, radikalizm, eyni zamanda, siyasi bir yanaşma olduğu üçün dins. hallara da sirayət edir: "Dini radikalizm və xurafatçılıq, bilavasitə cahil insanları cəmiyyətə daxil edir və nəticədə faciələr yaşanır. Biz bunun nəticələrini Suriyada görürük. Demək olar ki, yüzlərlə azərbaycanlı  cahilliyin qurbanı olaraq dini radikalizmin və xurafatçılığın qurbanlarına çevrilirlər. Ona görə də, cəmiyyəti dini maarifləndirmə işləri ilə təmin etmək lazımdır. Təbii ki, multikulturalizmin təbliğində də alimlərimizin, elm adamlarımızın, ilahiyyatçılarımızın fikirlər önəmlidir. DQİDK-nin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir".

Sonda çıxış edənlər - Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, yazıçı-publisist Xanəmir Telmanoğlu da, öz növbələrində, bildirdilər ki, dini radikalizm və xurafatçılığa qarşı mübarizədə ictimai rəy birgə olmalı, o cümlədən, bu məsələdə fəallıq nümayiş etdirməlidirlər.

 

Rövşən Nurəddinoğlu

Səs.- 2016.- 30 avqust.- S.-7