Lavaş türk dünyasının ortaq nemətidir

"Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib

 

Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə körpü salan, mədəni əlaqələrin genişlənməsinə töhfələrini verən YUNESKO beynəlxalq əməkdaşlığını genişləndirir, sülh və təhlükəsizliyin möhkəmləndirilməsində müstəsna rol oynayır və 200-ə yaxın dövlətlə əməkdaşlıq edərək coğrafiyasını möhkəmlənidirib. Bu dövlətlər sırasında Azərbaycanın öz məxsusi yeri var. Hər bir xalqın özünəməxsus mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitəyə çevrilən YUNESKO Azərbaycan mədəniyyətinin təbliğində, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rola malikdir. Müasir dövrümüzdə Azərbaycan - YUNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində Heydər Əliyev Fondunun xüsusi xidmətlərini qeyd etməliyik. Fondun prezidenti Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülməsi də bu işlərin məntiqidir.

Azərbaycan-YUNESKO əlaqələri ildən-ilə daha da genişlənir. Ölkəmiz ilə bu qurum arasında əlaqələrin möhkəm şəkildə qurulmasını özündə ehtiva edir. Bu münasibətlər yüksək inkişaf səviyyəsindədir. Bir-birinin ardınca Azərbaycanın mənəvi-maddi  inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Dünya Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan tarixində ilk dəfə olaraq, Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla, İçərişəhər Dövlət-Tarix Memarlıq Kompleksi YUNESKO-nun Dünya Mədəni İrs Siyahısındadır. Aşıq sənəti, Azərbaycan xalçası və Novruz bayramı da YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Daha sonra daha bir sənət nümunəmiz belə möhtəşəm siyahıda yer alıb və tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahına daxil edilib.

Mövcud uğurların davamı olaraq lavaş çörək bişirmə ənənəsi "Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" adı ilə YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. 28 noyabr- 2 dekabr tarixində Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan, Türkiyə, İran, Qazaxıstan və Qırğızıstan tərəfindən YUNESKO-ya birgə təqdim edilən "Lavaş, Katırma, Jupka, Yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti" YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

YUNESKO-nun Qiymətləndirici Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət rəy alan nominasiya faylı YUNESKO Hökumətlərarası Komitəsinin cari ilin 30 noyabr tarixində keçirilmiş sessiyasının qərarı ilə qəbul edilib.

Sözügedən nominasiya sənədi Azərbaycan Respublikası Mədəniyyət və TurizmXarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin və bu sahə üzrə beş ölkənin mədəniyyət nazirlikləri, YUNESKO üzrə milli komissiyaları, həmçinin sahə üzrə ekspertlərinin birgə əməkdaşlığı ilə hazırlanaraq təqdim edilib.

YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilərək, lavaş mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilmişdi. Mənbələrə istinad edərək, onu da qeyd edək ki, 1636-cı ildən 1906-cı ilədək 17 erməni lüğət kitabı çıxıb. Bunlardan 6-sı izahlı lüğətdir. Erməni alimi Sevartyan öz lüğətində yazır ki, bu çörək türklərdən gəlmədir.

Lavaş təndirdə alova toxunan Azərbaycan örəyidir. Ona görə də ona "alov ", türkçə isə "yalov " deyilib. Sonralar "alov" sözünün əvvəlindəki "a" hərfi düşüb və "lavaş" kimi qalıb.

Çörək  bişirmə mədəniyyətinin ölkəmizin təşəbbüsü ilə çoxmillətli  ənənə kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Representative Siyahısına verilməsində məqsəd mədəniyyətin birləşdirici, xalqlar və millətlər arasında paylaşılma gücünü nümayiş etdirərək,  ölkələrxalqlar arasında tarixi bağlılığı, əməkdaşlığı, eyni zamanda nominasiyanı birgə təqdim edən ölkələrin YUNESKO-nun və beynəlxalq hüququn ali prinsiplərinə etimadını birdaha sübut etmiş oldu.

            

Nəzakət ƏLƏDDİNQIZI

Səs.- 2016.- 3 dekabr.- S.10