Milli-mənəvi sərvətlərimiz dünyaya təqdim olunur

Müasir dünyamızda Azərbaycan iqtisadi, sosial inkişafı, sabitlik məkanı kimi deyil, eyni zamanda maddi-mədəni abidələri, gözəl adət-ənənələri, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdəndir. Çox zəngin potensiala malik olan Azərbaycanın bu məxsusi dəyərlərinə dünya dövlətlərinin maraq göstərməsinin bir çox obyektiv səbəbləri vardır ki, bu da ölkəmizin reallıqları, tarixi, bu günü və panoramasıdır. Azərbaycan xalqının min illər boyu formalaşan milli-mənəvi dəyərləri, mədəniyyəti xalqımızın keçmişi ilə bu günü və gələcəyi arasında mənəvi körpü yaradıb. Bu körpü əsrlərə salınan yoldur. Belə dəyərlərin öyrənilməsi, onların təbliği, hər zaman aktual olduğu kimi, bu günün tələbatı baxımından da zəruri hesab olunur. Məlumdur ki, sovet imperiyası dövründə yaşadığımız zaman kommunist ideoloji mühiti milli-mənəvi dəyərlərimizin, dini-milli adət və ənənələrimizin öyrənilməsinə və təbliğinə müəyyən qədər qadağalar qoysa da, Azərbaycan azad, müstəqil dövlətə çevrildikdən sonra xalqımızın buya digər dəyərlərinə xüsusi olaraq diqqət yetirilməyə başlandı. Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi xalqın fəxr mənbəyi olaraq dünya mədəniyyətinə töhfələrini vermiş oldu. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyevin milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Qərb və Şərq sivilizasiyalarının kəsişməsində yerləşən Azərbaycanın milli dəyərlərinə maraq və məhəbbət hissini daha da artırdı. Təsadüfi deyil ki, milli dəyərlərin, adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolunu yüksək qiymətləndirən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyirdi.

Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident Cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində dövlətçilik ənənələri, milli ənənələr nəzərə alınaraq ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatın bütün sahələrində ciddi dəyişikliklər edildiuğurlar qazanıldı. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən, iqtisadi sahədə yüksək nailiyyətləri əldə edən ölkə olaraq söz sahibinə çevrilib, etibarlı tərəfdaş kimi özünü təsdiq edib, eyni zamanda milli-mənəvi dəyərləri, mədəniyyəti, incəsənəti ilə heyrət doğura bilib.

Milli dəyərlərimizin təbliği istiqamətində müvafiq konseptual proqram və layihələrin həyata keçirilməsi də irsimizə olan diqqəti daha da artırıb. Onu da qeyd edək ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin sərəncamları ilə Bakıda Beynəlxalq Muğam Mərkəzinin tikilməsi, Xalça Muzeyinin inşası, regionlarda yeni muzeymusiqi məktəblərinin yaradılması və s. qədim və zəngin mədəni irsə olan diqqətin bariz nümunəsidir. Gəncə şəhərinin "Azərbaycanın əfsanələr paytaxtı", Şəki şəhərinin "Azərbaycanın sənətkarlıq paytaxtı" və Qazax şəhərinin "Azərbaycanın folklor paytaxtı" elan edilməsi bu şəhərlərdə respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, festivalların, infoturların və sair tədbirlərin təşkili milli dəyərlərimizin təbliğində önəmli rola malikdir.

BEYNƏLXALQ TƏDBİRLƏRƏ EV SAHİBLİYİ EDƏN AZƏRBAYCANIN ADƏT-ƏNƏNƏLƏRİ QEYRİ MİLLƏTLƏRİ RİQQƏTƏ GƏTİRİR

Bu gün Azərbaycan ən mötəbər tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, festivallara ev sahibliyi edir. Bütün bunlar Azərbaycanın beynəlxalq imicinə müsbət təsirini göstərməklə yanaşı, dövlətimizin mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini təqdim etmək baxımından da çox önəmlidir. Bakıda NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər Siyasəti üzrə I Qlobal Forum, Bakı I Elm Festivalı, Bakı Beynəlxalq Teatr Konfransı, "Bakı-2015" I Avropa Oyunları, "Formula-1" və onlarla mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu insanları bir araya gətirir. Bütün bunlar isə dövlətimizin inkişaf göstəricisinin və xalqımızın zəngin tarixə, etnoqrafiyaya və mədəniyyətə malik olmasının təbliği şəbəkəsinin və auditoriyasının daha da genişləndirilməsi deməkdir. Ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi, dinindən, irqindən asılı olmayaraq, saysız insanların Azərbaycana səfəri bu diyarın sivilizasiyaların qovuşuğunda yerləşdiyinə əsaslanır və ölkəmiz mədəniyyətlərarası dialoqa töhfələrini verən məkan kimi dünyada tanınır. Buya digər beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili əcnəbi qonaqların rəylərində də öz əksini tapır və ölkəmizə səfər edənlər gözləri ilə burada hökm-sürən ab-havanı, sabitliyi, adət- ənənələrimizi, xalqımızın qonaqpərvərliyini görür və yüksək qiymətləndirirlər. Böyük Britaniyada nəşr olunan ərəbdilli "əl-Məcəllə" jurnalında, Rusiyanın "Rossiya 24" telekanalında, İsrailin "Vızovı vremeni" saytında, Amerikanın "The Washington Times", "The Hill" qəzetlərində, Almaniyanın "Berlinertageszeitung" qəzetində və onlarla belə mətbu orqanlarında Azərbaycan həqiqətləri, real mənzərə dolğunluğu ilə əksini tapır və hər bir müəllif zəngin təəssürratını qələmə alır. Vaxtilə az sayda dövlətlərin Azərbaycanı tanıdığı halda, bu gün artıq ölkəmiz öz imici ilə dünya miqyasında, geniş miqyasda inkişafda olan, tarixi keçmişi zəngin olan ölkə kimi yüksək imicə malikdir.

Qloballaşan bugünkü dünyada beynəlxalq tədbirlərin təşkilində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan mədəniyyətinin inkişafı, təbliği, dünya müstəvisində daha əhəmiyyətli yer tutması, eyni zamanda yeni-yeni yaradıcılıq nümunələrinin meydana çıxması, mədəni irsimizin qorunması istiqamətində genişmiqyaslı işlərin görüldüyünüqeyd etməliyik. Hər dəfə dünyanın beynəlxalq təşkilatlarının təşkilatçılığı ilə keçirilən konfranssimpoziumlarda və tədbirlərdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanı ən yüksək şəkildə təmsil edərək, xalqın dəyərlərini, mədəniyyətini, adət və ənənələrini, onun mövcud problemlərini dünya dövlətlərinin diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan reallıqlarına yönəldir.

Musiqi mədəniyyəti ilə fərqlənən Azərbaycanda Beynəlxalq Muğam Festivalı, Mstislav Rostropoviç adına Musiqi Festivalı, Üzeyir Hacıbəyli, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş beynəlxalq festivallar fondun təşəbbüsü ilə təşkil olunur. Bu layihələr çərçivəsində iştirakçı dövlətlər Azərbaycanın milli musiqisi, adət-ənənələri ilə bahəm, qədim zamanlardan Azərbaycanın tolerantlıq ənənələrinin qorunub-saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığını daha aydın sezirlər. İnsanlarxalqlar bir-birini məhz mədəniyyət yolu ilə daha yaxşı tanıyır, daha dərindən öyrənir ki, bu da ölkələr arasında mövcud olan əlaqələrin inkişafında çox vacib rol oynayır.

Azərbaycan musiqisi, onun təsviri sənəti, nadir qədim muğamı minlərlə avropalını bənzərsiz bədii gözəlliyi və mənəvi kamilliyi, habelə fəlsəfi məzmununun dərinliyi ilə fəth edir. Azərbaycan muğamının dirçəldilməsi, onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmlənməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub. Mehriban xanım Əliyevanın Kanadada "İlahi Muza - Azərbaycan Muğamının Hamisi" adlı abidəsinin qoyulması da təsadüfi deyildi.

NƏCİBLİK MÜCƏSSİMƏSİ SAYILAN KƏLAĞAYI NADİR İNCİLƏRİMİZDƏNDİR

Azərbaycanın mənəvi inciləri Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Şirvanşahlar Sarayı və Qız Qalası daxil olmaqla İçərişəhər Dövlət Tarix-Memarlıq Kompleksi YUNESKO-nun "Dünya mədəni irs" siyahısındadır. Aşıq sənəti, Azərbaycan xalçası və Novruz bayramı, tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alıb. Mövcud ənənələrin davamı olaraq Azərbaycanın çövkən oyununun YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması Azərbaycana məxsus qeyri-maddi irsinin növbəti uğuru oldu. Milli dəyərlərimizi yaşadan zərif kəlağayı - Azərbaycan Kəlağayısı "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahıya daxil edilməsi Mehriban Əliyevanın həyata keçirdiyi layihələrin məntiqi nəticəsi idi. Bu, kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiqidir. Azərbaycanın qədim tarixini özündə yaşadan kəlağayı sanki qadın əzəmətidir, zəriflikdir. Əsrlərdən bəri qorunub saxlanılan nəciblik mücəssiməsi sayılan kəlağayını nadir inci kimi, ana və nənələrimizdən qalan əmanət olaraq qoruyan ailələr var. Onun YUNESKO-nun Qeyri-Maddi İrsin Reprezentativ Siyahısına daxil olunması qədim el sənətinə, mədəni irsimizə göstərilən qayğısının nümunəsidir.

Fondun təşkilatçılığı ilə Londonda "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" sərgisi, Fransanın San-Trope şəhərində "Azərbaycanın mədəni zənginlikləri" sərgisi və onlarla belə tədbirlərdə Azərbaycana məxsus irsin təqdimi avropalıları valeh edir. "Bakıya uçuş: Müasir Azərbaycan İncəsənəti" sərgisi Azərbaycanı dünyaya müasir, inkişaf edən və zəngin mədəni irsə malik ölkə kimi tanıtdıra bilir. Azərbaycan rəssamlarının əl işləri müasir dövlətimizin palitrasını rənglərin dili ilə qeyri-millətlərə çatdırır. Azərbaycan müasir incəsənət ölkəsi kimi dünya dövlətləri tərəfindən bir daha kəşf edilir.

Bütün dünyanı, sürətli inkişafı və çiçəklənməsi ilə heyran qoyan Azərbaycan qədim və zəngin tarixə malik ölkə olmaqla yanaşı, Şərqdə ilk baletin, operanın yaradıcısı kimimüasir dünyanın diqqətinə çatdırılır. Azərbaycanda müxtəlif mədəniyyətlərin, millətlərin sülh şəraitində vahid bir ailə kimi yaşaması və tolerant ölkə olması kimi də təbliğ olunur.

Göründüyü kimi, hər bir xalqın ən böyük sərvəti onun milli-mənəvi dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri, mədəniyyət nümunələridir. Belə dəyərləri özündə ehtiva edən xalq qapısını dünyaya açır və sivilizasiyaların qovuşduğu məkan olaraq təbliğ etdiyi zəngin irsi ilə kimliyitarixi haqqında geniş təsəvvür yaradır.

 

ZÜMRÜD BAYRAMOVA

Səs.-  2016.- 6 iyul.- S.13.