Azərbaycan perspektivli turizm ölkəsidir

Avropa ilə Asiya arasında yerləşən və qədim adət-ənənələri özündə birləşdirən Azərbaycan bu gün bütün dünyanı sürətli inkişafı ilə heyran edir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, turizmin inkişafına da xüsusi diqqət ayrılıb. Ötən əsrin 90-cı illərinin sonunda turizmin inkişafı ölkənin ali qanunvericilik aktlarında əksini tapıb ki, bu da tarixən neft ölkəsi kimi tanınan Azərbaycanda turizm sektorunda müsbət dəyişikliklərlə müşahidə olunub. Ölkəmizdə tərəqqi və modernləşmənin vəhdət təşkil etdiyi zamanda turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturun yaradılması sahəsində məqsədyönlü işlər görülür. Son illər ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi dövlətin bu sahəyə diqqətini bir daha sübut edir. "2010-2014-cü illərdə Azərbaycanda turizmin inkişafına dair" Dövlət Proqramının, 2011-ci ilin Azərbaycanda "Turizm ili" elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası dövlət tərəfindən turizmin inkişafına verilən dəstəyin göstəricisidir.

Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, hələ də bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Bildiyimiz kimi, Naftalan vaxtilə Ümumittifaq Turizm Mərkəzi idi və dünyanının müxtəlif ölkələrindən buraya turist axını var idi. Bu gün Azərbaycanın Beynəlxalq Turizm mərkəzinə çevrildiyi zamanda artıq Naftalanda iki otel fəaliyyət göstərir, üçüncüsütikilir. "Qalaaltı" Müalicəvi Mərkəzinin bərpası da yekunlaşmaq üzrədir ki, bu da kurort turizminin inkişafına müsbət təsirini göstərəcək. Göründüyü kimi, turizmin inkişafı ilə bağlı böyük işlər həyata keçirilib.

Bu gün Azərbaycan turistləri qarşılamaq və lazımı səviyyədə yerləşdirmək imkanına malik olan ölkədir. Müasir dövrümüzdə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və  hotellər dünya standlartlarına uyğun qurulub. Turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilib, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunub, respublikamıza gələn turistlərin sayı artıb. Yeni turizm zonaları yaradılıb. Bununla yanaşı, hələ də bir çox turizm mərkəzlərinin yaradılması və bərpası da nəzərdə tutulub. Son illərdə Bakıda brend şəbəkələrə aid bir neçə beşulduzlu hotelin açılması Azərbaycanda turizmin inkişafına göstərilən diqqətin bir nümunəsidir. Bu gün "Four Seasons", "Fairmont", "Mariott", "Hilton", "Kempinski", "Jumeirah", "Sheraton", "Hyatt", yəni dünyanın səkkiz aparıcı hotel brendi Bakıdadır. Belə brendlərə yalnız dünyanın ən inkişaf etmiş şəhərlərində təsadüf olunur.

Dövlətimizin başçısı Cənab İlham Əliyevin  qeyd etdiyi kimi, bu gün dünyanın bir çox ölkələrində aparıcı sənaye sahəsinə çevrilən turizm Azərbaycanda da sürətlə inkişaf etməkdədir. Azərbaycanın turizm sahəsində rəqabət imkanları çox yüksəkdir. Ölkəmizin təbii sərvətləri, iqlimi, zəngin mədəniyyəti tarixi irsi cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan turizm sənayesinin inkişafı üçün zəngin ehtiyatlara malikdir. Bu, hər şeydən əvvəl ölkəmizin çox əlverişli iqtisadi-coğrafi mövqeyə malik olması ilə bağlıdır.

Turistlərin sayında ilbəil artım müşahidə olunur ki, 2020-ci ilədək ölkəmizə gələn turistlərin sayının ildə 5 milyon nəfərə çatdırılmasının qarşıya məqsəd olaraq qoyulması da elə bu gerçəkliklərdən qaynaqlanır. Fevralın 29-da Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ölkəmizin turizm imkanlarının Türkiyədə tanıdılması məqsədilə daha bir turizm  nümayəndəliyi İstanbulda  açılıb. Mədəniyyət Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyi, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin Azərbaycan Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri, KİV təmsilçilərinin iştiak etdiyi tədbirdə öncə Azərbaycanın sosial-iqtisadi inkişafı, tarixi, qədim mədəniyyət abidələri turizm imkanlarını əks etdirən sənədli film nümayiş etdirilib. Filmdə Azərbaycanda keçiriləcək "Formula-1" Avropa Qran-Pri yarışları barədə geniş məlumat verilib. Mədəniyyət turizm nazirinin müavini Nazim Səmədov, millət vəkili Qənirə Paşayeva, "Gateway" şirkətinin rəhbəri Halis Çakmak, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov başqaları layihənin əhəmiyyətindən danışıblar. Qeyd edək ki, nümayəndəliyin açılması Azərbaycanın Mədəniyyət Turizm Nazirliyi ilə İstanbulda fəaliyyət göstərən "Gateway Managemental" Avropa Şurası arasında əldə olunmuş razılıq əsasında həyata keçirilib. Bir neçə gün bündan öncə Azərbaycanın daha bir  turizm nümayəndəliyinin Moskvada açılışı olub. Onu da bildirək ki, artıq Azərbaycanın turizm nümayəndəliyi Birləşmiş Ərəb Əmirlikləri, Almaniyada fəaliyyət göstərir.

Bu dövlət başçısının turizmə göstərilən diqqətin nəticəsidir ki,  Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. İlbəil Azərbaycana gələn turistlərin sayı artmaqdadır.    Son zamanlar Azərbaycanın turizm coğrafiyası genişlənib.  Azərbaycan turizmi yüksələn xətt üzrə inkişaf etməkdədir.

ZÜMRÜD

Səs.-2016.- 1 mart.- S.7