"Baku Guide" bələdçi kataloqunun növbəti sayı işıq üzü görüb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun yeni buraxılışı da müxtəlif materiallar, informativ və təqdimat xarakterli yazılarla zəngindir. "Bakı haqqında hər şey" konseptində, Azərbaycan, ingilisrus dillərində hazırlanan nəşrin mart sayında paytaxtın teatrkonsert müəssisələrinin, kino nümayişi mərkəzlərinin, sərgi salonlarının geniş repertuar və afişası oxuculara təqdim olunur.

Kataloqun bu sayında Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid (Sengstschmid) dərc olunan müsahibəsində  deyib: "Azərbaycanın turizmbiznes baxımından yaxşı perspektivləri var. Ölkədəki sabitlik, mövcud imkanlar, qeyri-neft sektorunun hələ açılmamış potensialı bunu deməyə əsas verir". Azərbaycanda işgüzar turizmin təşviqinə dəstək məqsədilə yaradılan quruma rəhbərlik edən avstriyalı mütəxəssis müsahibəsində paytaxt Bakı və bütövlükdə ölkəmizdə bu turizmin istiqamətinin imkanları barədə danışır.

Kataloqda, həmçinin milli bayramımız olan Novruz haqqında materiallara xüsusi yer ayrılıb. Bayramın qədim adət-ənənələri, şənlik və mərasimləri, ilaxır çərşənbə, bayram süfrəsi, Novruz şirniyyatları, Novruzun 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması, 2010-cu ildən BMT tərəfindən beynəlxalq bayram elan edilməsi barədə yazılar verilib. 

Mart ayında dünyaya gələn məşhur caz bəstəkarı və virtuoz pianoçu Vaqif Mustafazadə haqqında məqalədə onun həyat və yaradıcılığından, İçərişəhərdəki mənzil-muzeyindən söz açılır.

Azərbaycanın müalicə turizmi imkanlarından bəhs edən yazı isə sağlamlığının qeydinə qalmaq, mənalı istirahətlə sağlam həyat tərzini birləşdirmək istəyənlər üçün xüsusilə maraqlı olacaq.

"Yüksək sürət və böyük həyəcan" yazısı Bakının ev sahibliyi edəcəyi "Formula 1" Avropa Qran-Prisinə cəmi üç ay qaldığını, "Bakı şəhər halqası"nda keçiriləcək yarışın özəlliklərini diqqətə çatdırır.

Şəhərimizin aktiv, adrenalin dolu istirahətə üstünlük verən qonaqları bələdçi kataloqun bu sayında da əyləncə gecələri, konsert və partilər barədə məlumatlar ala bilərlər. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda, eyni zamanda turizm şirkətləri, aviakassalar, hotel, restoran, ticarət məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. əksini tapıb.

ZÜMRÜD

Səs.- 2016.- 3 mart.- S.4