Ulu Öndərin anadan olmasının 93-cü ildönümü Xəzər rayonunda qeyd olunub

 

Dünən Zirə qəsəbəsində yerləşən Zirə Mədəniyyət Mərkəzinin "Eko" Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, rayon icra hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşəbbüsü ilə keçirilən tədbirdi açıq elan edən YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinin qurulmasında, azərbaycançılıq məfkurəsinin formalaşmasında apardığı uğurlu faəliyyətdən bəhs edib. N.Əhmədov Ulu Öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının Azərbaycan üçün böyük qurtuluş olduğunu deyib: "Ulu Öndər Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın tarixində yeni bir səhifə açıldı.1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələr fonunda ölkəmizi yalnız və yalnız Ulu Öndər Heydər Əliyev kimi nadir şəxsiyyət xilas edə bilərdi. Onun hakimiyyətə qayıdışı məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanı xilas etdi. Bu gün Onun yaratdığı, formalaşdırdığı siyasiiqtisadi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı, məhz Ulu Öndər siyasətini dəstəkləyir, Onun ətrafında sıx birləşir. Əminliklə söyləyirəm ki, Azərbaycan dövləti Ulu Öndərin bizlərə miras qoyduğu siyasət nəticəsində bundan sonra daha böyük uğurlara imza atacaq".

Çıxış edən "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Ulu Öndər Heydər Əliyev bugünkü Azərbaycanın müstəqil Azərbaycan dövləti kimi formalaşmasına öz töhfəsini verib: "Məhz bugünkü Azərbaycan bizlərə Ulu Öndərdən miras qalıb. O zaman böyük layihələr həyata keçirilməsəydi, peşəkar kadrlar hazırlanmasaydı, bu gün müsair Azərbaycandan danışa bilməzdik. Ulu Öndər hələ 1969, 1970, 80-ci illərdə peşəkar, işinin və vəzifəsinin öhdəsindən layiqincə gələ biləcək kadrların yetişməsində böyük xidmət göstərib. Eyni zamanda, ziyalıların, yaradıcı insanların sovet ideologiyasından çıxmağına dəstək oldu. Bu insanlar sovet basqılarından bir növ qurtuldular. 1991-1993-cü illərdə ölkədə vətəndaş müharibəsi gedirdisə, bu gün isə vətəndaş cəmiyyətinin formalaşması prosesi gedir. O illərdə sosial-iqtisadisiyasi çətinliklərlə üzləşən Azərbaycan bu gün müstəqil Azərbaycan kimi dünya arenasında söz sahibinə çevrilib, dünyaya yeni bir modellə təqdim olunur. Baxın budur Ulu Öndər siyasəti! O dövrlə bu dövr arasındakı fərqə nəzər yetirəndə, hər birimiz bu göstəricilərin, bu uğurların şahidi oluruqbir daha Dahi Şəxsiyyətin uzaqgörənliyi qarşısında baş əyirik".

B.Quliyev onu da qeyd edib ki, müasir Azərbaycan Ulu Öndərin şah əsəridir: "Ölkəmizi Ulu Öndərin memarı olduğu Azərbaycan kimi xarakterizə etsək, yanılmarıq".

B.Quliyev, həmçinin Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışında "SƏS" qəzetinin oynadığı roldan da bəhs edib. O bildirib ki,1991-ci ildə fəaliyyətə başlayan "SƏS" qəzeti, o dövrün ağır, acınacaqlı vəziyyətində xalqın səsinə səs verdi: "Belə ki, Azərbaycan ziyalıları, məhz "SƏS" qəzeti vasitəsilə Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ulu Öndər də "SƏS" qəzeti vasitəsilə xalqın səsinə səs verdi. Bununla da "SƏS" qəzeti o dövr üçün tarixi missiyasını layiqincə yerinə yetirdi. Bu gün "SƏS" Yeni Azərbaycan Partiyasının ideoloji işində də yaxından iştirak edir və azərbaycançılıq və dövlətçilik ideologiyasının tərənnümündə var gücü ilə çalışır".

"Ulu Öndər bütün dövrlərdə xalqına arxalanırdı"-deyə vurğulayan baş redaktor qeyd edib ki, Azərbaycan xalqı da daim Ulu Öndərə güvəndi, inandı və Ona etibar etdi.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında qeyd edib ki, Azərbaycanın bugünkü varlığında Ulu Öndərin imzası var: "Ulu Öndər kimi Dahi Liderimiz olmasaydı, Azərbaycanın varlığından söhbət edə bilməzdik. Ölkəmizin bugünkü inkişafı və tərəqqisi Onun apardığı uğurlu siyasətin nəticəsidir. Bütün həyatını Vətəninə, xalqına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı daim bu böyük məktəbdən, Ulu Öndərin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Dahi Şəxsiyyət öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış, xalqımızı xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirmişdi. Azərbaycanı xaosdan, anarxiyadan, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas edən Dahi Şəxsiyyətin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunması növbəti uğurlar üçün möhkəm zəmin yaratdı. Bundan başqa, 1994-cü ilin 20 sentyabrında tarixə "Əsrin Müqaviləsi" kimi daxil olan neft müqaviləsi imzalandı ki, bu müqavilə Azərbaycanın iqtisadi imkanlarının artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında əhəmiyyətli rol oynadı, növbəti sazişlərin imzalanmasına geniş yol açdı. Məhz bu uğurlu yolun nəticəsidir ki, bu gün dünya artıq Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki oynadığı roldan danışır. Məhz onun nəticəsidir ki, regionda bir dənə də olsun qlobal layihə Azərbaycansız icra edilmir".

V.Rəhimzadə vurğulayıb ki, Ulu Öndərin yürütdüyü siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: "İstər daxili, istər xarici siyasət, istərsə də regionlarda quruculuq işləri gedir. Bu gün Azərbaycan müasir şəkildə dünyaya təqdim olunur, deyərdim ki, bütövlükdə yenidən qurulur. Deyərdim ki, bu gün Azərbaycan dövlətinin mövcudluğu, varlığı, bütövlükdə vətəndaşlarının varlığı Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanımızı qurdu, qorudu və bizlərə miras buraxdı. Məhz Heydər Əliyev qətiyyəti, cəsarəti və sevgisi sayəsində bugünkü müstəqil Azərbaycanın varlığından sevə-sevə danışırıq".

Tədbirdə çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının unudulmaz şəxsiyyətidir: "Ümummilli Lider ölkəmizin dövlətçilik tarixinin əsasını yaratmaqla, onu möhkəmləndirməklə Azərbaycan tarixində böyük iz buraxdı. Nə qədər Ulu Öndərin fiziki-bioloji mövcudluğu dövründə Azərbaycan dövləti var idisə, ondan sonrakı mərhələdə də Dahi Şəxsiyyətin ideyaları və əməlləri vardır. Əgər biz bu gün müstəqil Azərbaycanı Ümummilli Liderin şah əsəri kimi səciyyələndiririksə, deməli, tamamilə haqlıyıq. Çünki yalnız böyük dövlət xadimlərinin qurduğu dövlət, formalaşdırdığı ideologiya uzunömürlü olur. Heydər Əliyev məhz elə o böyük dövlət xadimlərindən idi. Ulu Öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən , müasir inkişafımızın hüquqi- siyasiiqdisadi əsaslarını yaradan yeni azərbaycançılıq ideologiyasının banisidir. Bu gün Ulu Öndərin qurduğu müstəqil Azərbaycan dövləti dünya siyasətində özünəməxsus yer tutub. Ümummilli Liderin həmişəyaşar ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizə yeni-yeni uğurlar qazandıracağı isə şübhəsizdir".

H.Məmmədov onu da vurğulayıb ki, ötən hər gün Ulu Öndərin nə qədər böyük bir insan, şəxsiyyət, siyasətçi, dövlət xadimi, dahi olduğunu bir daha göstərir: " Zaman keçdikcə, dünyada baş verən siyasi prosesləri dərk etdikcə, Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, nə qədər ağır zəhmət, fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub- yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq. Ümummilli Lider özündən sonra çox böyük irs qoyub. Bu irsin tədqiq olunması, öyrənilməsi və yeni nəslə ötürülməsi bizim nəslin Azərbaycan ziyalılarının, elm adamlarının qarşısında duran başlıca vəzifələrdən biridir. Çünki Heydər Əliyevçilik Azərbaycan milli dövlətçiliyi, onun əsasları və təməlləri deməkdir".

Milli Məclisin deputatı Rauf Əliyev çıxışında bildirib ki, 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən faciəli anlarını yaşayırdı: " Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, başıpozuqluq və xaos ölkəni iflic etmişdi. Hakimiyyətdəki AXC-Müsavat cütlüyü mövcud təhlükələrə son qoymaq üçün düşünülmüş tədbirlər görmək iqtidarında deyildi. Siyasi baxımdan təcrübəsiz, dövlət idarəçiliyində heç bir təsəvvürə malik olmayan hakimiyyət təhlükənin qarşısını almaq üçün güc strukturlarının imkanlarından istifadə etmək haqqında düşünməyə başladı. 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadiminin apardığı siyasət nəticəsində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xaricidaxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı".

Rauf Əliyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən, bütövlükdə məhv olmaqdan qurtardı: "Bu gün biz Ulu Öndərin qurub-yaratdığı müstəqil Azərbaycanın vətəndaşları olaraq dünyada söz sahibinə çevrilmişik. Bu gün biz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsini ölkəmizin uğurlarında görürük. Fəxr edirik ki, bizim məhz Ulu Öndər kimi Dahi Liderimiz var".

Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa İslamov bildirib ki, Azərbaycan adında müstəqil, güclüiqtisadi cəhətdən inkişaf etmiş bir dövləti bizə, məhz Ulu Öndər ərməğan edib: "Ümummilli Lider cəmiyyətin bütün sahələrində islahatların aparılması ilə bağlı qanunlar imzalayıb. İstər dövlətə, istər cəmiyyətin ayrı-ayrı təbəqələrinə münasibətdə çox böyük bir strategiyanı hazırlayıb bizlərə miras buraxıb. Bu gün XXI əsrin Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Ona görə də 2003-cü ildə Ulu Öndər məhz öz imzası ilə dövlətimizin başçısı İlham Əliyevi Azərbaycan xalqına təqdim etdi. Bu gün xalqımız o imzanın nə qədər doğru imza olmasının şahididirPrezident İlham Əliyevin apardığı uğurlu daxili, xarici siyasətin ardınca gedir".

 

İntizarə Məmmədova

Səs.- 2016.- 4 may.- S.6.