Mənəviyyatdan qaynaqlanan
multikulturalizm
Tolerantlıq da, multikulturalizm də hələ leksikonumuza daxil olmadan, bu sözlərin
mənasına varmadan
Azərbaycan xalqı,
sadə camaat tolerantlıq şəraitində
yaşayırdı və
multikultural idilər. Yəni ölkə
başçısının da dediyi kimi
bu bizim həyat tərzimizdir.
60-70-ci illərdə də
belə olub, bu gün də,
yarın da belə olacaq, çünki başqa xalqları, millətləri,
dinləri, adət-ənənələri
sevmək, onlara hörmətlə yanaşmaq,
onlara qoşulub şad günlərini, bəd günlərini özümüzünkü kimi
qeyd etmək, amma heç bir vəchlə onların olana sahiblənməmək bizim
mənəviyyatımızdadır. Ədəbiyyatımıza nəzər salmaq
yetər ki, bunun deyildiyi kimi də olduğuna
əminlik yaransın.
Füzulidən tutmuş:
Ey, cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə
bir hərif yoxdur.
Gəldim
ki, olam qəmin hərifi,
Gəl,
təcrübə eylə
mən zəifi!
Hər qanda qəm ola, qılma
ehmal,
Cəm'
eylə, dili-həzinimə
sal!
Həm ver mənə qəm yemək kəmali,
Həm aləmi qəmdən eylə xali!
Vaqif Bayatlı Odərə qədər:
Min ildi, milyon ildi
Sənə sarı qaçıram
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?!..
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşavirliyi xidmətinin
təşəbbüsü ilə “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi”
fənləri üzrə
tədris proqramları
Təhsil Nazirliyində
tez bir zamanda
təsdiq olundu. İşlərin həyata keçirilməsi
də özünü
çox gözlətmədi.
Mərkəzin imkanları hesabına xarici ölkə universitetləri ilə bu fənlərin tədrisi haqda danışıqlar aparıldı
və artıq 15-dən
artıq xarici ölkə ali
məktəblərində multikulturalizm
fənni tədris olunur.
Fənnin ötən ildən tədris edildiyi Bolqarıstanın Müqəddəs
Kliment Oxridski adına Sofiya Universiteti, Gürcüstanın
İvan Cavaxişvili adına Tbilisi Dövlət
Universiteti, Rusiya Federasiyasının Ural Federal Universitetinin
Yekaterinburq filialı,
Litva Pedaqoji Universiteti, Çexiya Respublikasının Praqa Karlov Universiteti , İtaliyanın Roma Sapienza
Universiteti və
Belarus Dövlət Universitetinə
bu ilki tədris
ilindən daha 4 xarici ölkə universiteti - Portuqaliyanın
Lusofona Humanitar və Texnologiya Universiteti, Ukraynanın
Poltava İqtisadiyyat və
Ticarət Universiteti, İsveçrənin Frayburq
Universiteti və Türkiyənin Erciyez Universiteti və sair də əlavə
edilib.
2015-2016-cı tədris
ilində isə Azərbaycanın 40-a yaxın
ali təhsil ocağında - Bakı Slavyan Universiteti, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Mədəniyyət İncəsənət
Universiteti, Azərbaycan
Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçiliyi Akademiyası,
Azərbaycan Dövlət
Neft Akademiyası, Azərbaycan Dövlət Dənizçilik Akademiyası,
Dövlət Sərhəd
Akademiyası, FHN Akademiyası,
Koorperasiya Universiteti, Gəncə Dövlət Universiteti, Naxçıvan
Dövlət Universiteti,
Lənkəran Dövlət
Universiteti, Sumqayıt
Dövlət Universiteti,
Mingəçevir Dövlət
Universiteti, Qafqaz Universiteti və Qərb Universitetinin bakalavr və magistr pillələrində
də tədrisə başlanılıb.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayevin tövsiyəsi ilə Mərkəz ölkəmizdə
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənlərinin
daha çox texniki yönümlü, qeyri-humanitar ixtisaslı mütəxəssislər hazırlayan
universitetlərdə geniş
tədris edilməsinə
üstünlük verir:
“Texniki universitetlərdə
Azərbaycanın tarixi,
mədəniyyəti, ədəbiyyatı
və incəsənəti
haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmi” çərçivəsində
əhatəli tədrisinə
nail olmaq lazımdır”.
Bu fənlərin
ölkəmizdə tədrisinin
inkişafı özündə
yalnız onun tədris olunduğu universitetlərin say artımını
etiva etmir, həmin universitetlərdə
bu fənlərin kafedralarının yaradılması
istiqamətində də
fəal işlər görülür.
Bu istiqamətdə
ilk addım Bakı Slavyan Universitetində atılmışdı. Bu
elm ocağında akademik
Kamal Abdullayevin təşəbbüsülə “Azərbaycan multikulturalizmi”
kafedrası ötən
tədris ilindən fəaliyyətə başlayıb.
Prezident
İlham Əliyevin “Azərbaycanı dünyada
multikulturalizm mərkəzi
kimi tanıtmaq” təşəbbüsünün reallaşması üçün
yaxın gələcəkdə
həm xaricdə, həm də ölkəmizdəki ali təhsil ocaqlarında qeyd edilən fənlərin tədrisi daha da genişləndiriləcək.
Qafqaz Universitetində 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir çərçivəsində
həm də “Azərbaycan multikulturalizmi”
Elm-Tədris Mərkəzinin
açılışı oldu.
Mərkəzin yaradılmasının məqsədi
Qafqaz Universitetində
“Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” fənlərini
tədris etməklə
yanaşı, Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi (BBMM) ilə
birgə ölkədaxili
və xarici universitetlərdə bu fənlərin tədris olunması üçün
kadr hazırlığının
təşkili, Azərbaycan
və dünya multikulturalizm modellərinin
və azərbaycançılıq
ideologiyasının elmi
əsaslarla öyrənilməsi
və bu istiqamətdə yazılmış
əsərlərin oxucusuna
çatdırılmasını təmin etməkdir.
Tədbirdə çıxış edənlər də bu barədə söhbət açdılar.
Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov 2016-cı ilin
Azərbaycan Respublikasında
“Multikulturalizm ili” elan edildiyini xatırladaraq vurğuladı
ki, bu gün
xalqımızın multikultural
ənənələrinin qorunması
və inkişafı sahəsində çox mühüm tədbirlər
həyata keçirilir.
Rektor universitetdə yaradılan
“Azərbaycan multikulturalizmi”
Elm-Tədris Mərkəzini
mühüm hadisə
kimi əhəmiyyətləndirib.
Azərbaycan Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, akademik
Kamal Abdullayev Azərbaycanda multikulturalizmin
inkişaf mərhələlərindən
danışdı: “Heydər
Əliyev multikultural dəyərləri çox
yüksək səviyyədə
qiymətləndirərək onun siyasi, hüquqi
bazasını yaradıb.
Ulu Öndər Azərbaycan multikulturalizminin siyasi banisidir. Ümummilli liderin siyasi xəttini davam etdirən Prezident İlham Əliyev bu gün Azərbaycan multikulturalizmini
dövlət siyasəti səviyyəsinə yüksəltməyə
nail olub. Bu, Azərbaycan ideologiyasının çox böyük qələbəsidir.
Azərbaycanda keçirilən Humanitar Forum və digər beynəlxalq tədbirlər
ölkəmizi dünya multikulturalizminin
mərkəzlərindən birinə çevirib”.
Dövlət müşaviri Qafqaz Universitetində yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil nazirinin müavini Firudin Qurbanov, BBMM-in icraçı direktoru Azad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və digər çıxış edənlər Azərbaycan multikulturalizminin əhəmiyyətindən söhbət açdılar.
Hamılıqla müasir avadanlıqla təchiz edilmiş “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi ilə tanış olduq. Mərkəzin rəflərində multikulturalizmlə bağlı xeyli elmi-kütləvi ədəbiyyat nümunələri var. Bu Mərkəzin yaradılması üçün Qafqaz Universitetinin seçilməsi təsadüfi deyil, Qafqaz müxtəlif xalqların bir yerdə yaşadığı qədim məkandır. Sonda isə tələbələrin ifasında müxtəlif xalqalrın mahnı və rəqslərindən ibarət bədii hissəyə tamaşa elədik. Bir də multikulturalizm, bir də tolerantlıq.
Ramilə Qurbanlı
Səs.-
2016.- 3 noyabr.- S.12