IV Bakı Beynəlxalq Teatr Konfransı maraqlı yeniliklər vəd edir...

 

Bildiyiniz kimi bir neçə gündən sonra ölkəmiz dünya miqyaslı beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, cari ilin 7 8 noyabr tarixlərində Bakıda "Teatr multikulturalizm" mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçiriləcək konfransda dünyanın 40-a yaxın ölkəsindən təqribən 150 teatr xadimi - teatr tənqidçiləri, aktyorlar, rejissorlar, rəssamlar, Beynəlxalq teatr qurumlarının prezidentləri - iştirak edəcək.

 

Milli.Az xəbər verir ki, konfrans çərçivəsində beynəlxalq teatr qurumlarına üzv olan Azərbaycan teatrlarının həmin qurumların rəhbərləri ilə görüşləri keçiriləcək. Beynəlxalq ASSİTEJ-ə üzv olan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı konfransda iştirak edəcək 10 Beynəlxalq ASSİTEJ Milli Mərkəz prezidentləri ilə birgə görüş keçirməyi nəzərdə tutur. Konfrans çərçivəsində baş tutacaq görüşdə qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi istiqamətində görüləcək işlər, müştərək layihələr müzakirə olunacaq. Bundan başqa, ölkəmizdə fəaliyyət göstərən teatrlarda bir sıra treninq seminarların keçirilməsi nəzərdə tutulur. Həmin treninqlərdən biri Dövlət Gənc Tamaşaçılar Teatrında "Aktyor sənətində improvizə" mövzusunda təlimçi-pedaqoq Andrey Sidelnikovun rəhbərliyi ilə baş tutacaq. Məlumat üçün bildirək ki, konfransın açılış mərasimində Dövlət Gənc Tamaşaçılar Teatrının 25 əməkdaşı iştirak edəcək.

 

Səs.- 2016.- 2 noyabr.- S.12