Cəlilabadda Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirildi.

16 noyabr 2016-cı il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində 16 noyabr- Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov,Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun əməkdaşları hüquq elmləri doktoru Sakit Hüseynov,fəlsəfə elmləri doktoru Şöhlət Zeynalov,rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.Tədbir iştirakçıları ilk öncə Cəlilabad rayon Heydər Əliyev parkında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,önünə tər gül- çiçək dəstələri qoymuşlar.Tədbiri giriş sözü ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov ildirmişdir ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib. RİH başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışaraq, nəticədə ölkəmizin bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanındığına diqqət çəkmişdir.Əziz Əzizov onu da vurğulamışdır ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tolerantlığın Azərbaycan xalqının ruhunda olduğunu bütün ölkələrə göstərir. Ölkəmizin hər yerində olduğu kimi Cəlilabad rayonunda da mədəni müxtəlifliyin və buna müvafiq tolerant münasibətlərin mövcudluğundan söz açdı.Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun hüquq elmləri doktoru Sakit Hüseynov çıxış edərək dünyanın müxtəlif ölkələrində mövcud olan tolerantmultikultural dəyərlərdən danışaraq, onların müqaisəli təhlilini apardı. Eləcədə dünyada və Azərbaycanda mövcud olan tolerantlıq dəyərlərinin oxşar və fərqli cəhətlərini izah etdi. Polietnik tərkibinə görə çox zəngin olan Azərbaycan əhalisinin tolerantmultukultural dəyərlərinin bu gün artıq bütün dünyada böyük marağa səbəb olduğunu vurğulayaraq, bir sıra ölkələrdə Azərbaycandakı tolerant dəyərlərin dərs vəsaiti halında tədris olunduğunu diqqətə çatdırdı. Qonaq Cəlilabad rayonundakı tolerant mühitin həmişə nümunəvi olduğunu qeyd etdi.Tədbirdə çıxış edən digər iştirakçılarda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin və ayrı-ayrı dinlərə mənsub insanların bir ailə kimi yaşadığını, dinimilli tolerantlığın yüksək səviyyədə olduğunu demişlər.

S.Feyruzov

Səs.- 2016.- 19 noyabr.- S.12