Azərbaycan cəmiyyətində insan hüquqları və multikulturalizm

Multikulturalizm  - Qərb fəlsəfi fikrində özünə yer almış mədəniyyətlərin müxtəlifliyi və çoxçalarlılığı mənasında işlənir.

Multikulturalizm - mədəni müxtəliflik bütün bəşəriyyəti düşündürən problemə çevrilmişdir. Qərb tədqiqatçısı S.Xantinqtan "Sivilizasiyaların toqquşması" əsərində multikulturalizm məsələsinə də toxunaraq yazır: "Soyuq müharibə"dən sonra dünyada insanlar arasındakı ən mühüm fərqlər, nə siyasi, nə iqtisadi, nə də ideoloji fərqlərdir. Bunlar mədəni fərqlər və müxtəlifliklərdir. İnsanlar ən sadə suala cavab istəyirlər: "Biz kimik?" sualını din, dil, tarix, dəyərlər, adət-ənənələr, yəni mədəniyyət anlayışı ilə cavablandırırlar. Yalnız "kim" olduğunu biləndən, müəyyənləşdirəndən sonra hər bir xalq yaşayış siyasətini müəyyənləşdirməyə başlayır...

Hüquqi dövlət quruculuğu prosesində vətəndaş cəmiyyətinin təşəkkülü zamanı mədəniyyətdə mədəni-milli identik, mədəni özünəməxsusluq və multikulturalizm arasında qarşılıqlı təsir güclənir.

R.Aslanova multikulturalizmin müasir qloballaşma və demokratikləşmə dövründəki vəziyyətindən bəhs edərək göstərir ki, "multikulturalizm" konsepsiyası qloballaşma, müasir dünyada baş verən mədəni universalizasiyaunifikasiya meyillərinə əks olaraq, mədəni müxtəlifliyin ifadəsi olan bütün fenomenlərin (dil, din, adət-ənənə, sənət və s.) mühafizə və qayğısını bəşər mədəniyyətində harmoniyanın əsas şərti hesab edir. Uzun illər nümayiş etdirilən biganəlik mövqeyi tədricən - yerli-lokal, immiqrat mədəniyyətlərinə diqqət və qayğının beynəlxalq qurumlar səviyyəsində dəstək almasına qədər təkamül etmişdir.

Müəllif diqqətə çatdırır ki, Qərbdə mədəniyyətin texniki-texnoloji aspektinin inkişafı, onun bütün dünyaya yayılaraq texnosivilizasiya kimi təzahür etməsi biz bilirik ki, mədəniyyətin "məhvi, sonu, qürub fəlsəfəsi" kimi konsepsiyaların ortaya gəlməsini haqlı olaraq şərtləndirmişdir. Bu, başa düşülən, dərk edilmiş bir narahatlıq idibu istiqamət modernləşmə dalğasında bir daha aktuallaşdı. Elmi tərəqqisi ilə, maddi bolluqla, mənəvi kasadlıq və "qıtlıq" arasındakı uçurum genişləndikcə, elmin özünə də şübhə ilə yanaşan irrasionalizmə meyilli mövqelər çoxalmağa başladı.

Müasir Azərbaycan mədəniyyətinin təhlili göstərir ki, problemə siyasi-fəlsəfi yanaşma iki səviyyədə özünü göstərməlidir: o, dünyanı və onun mədəniyyətini anlamalıdır. Azərbaycanda müxtəlif mədəniyyətlər, şüur tipləri mövcuddur. Bütün müasir mədəniyyətlər kimi, Azərbaycan mədəniyyəti vətəndaş cəmiyyəti şəraitində multikultural xarakter daşıyır. Qloballaşmahüquqi dövlət quruculuğu bütün mədəniyyətlərdə multikultural xüsusiyyət yaradır. Mədəniyyətin milliliyi ilə yanaşı, multikulturalizmbu sahəyə daxil olur, bu isə keçmişə, mədəni, mənəvi irsə, tarixə yeni baxışlarla yanaşmağı tələb edir. Kütləvi şüurda özünəməxsusluq dedikdə ənənəviliklə bağlılıq, müasirlik dedikdə isə, qərbləşmə nəzərdə tutulur. Professor İ.Məmmədzadə qlobal mədəniyyətin mənşəcə Amerika mədəniyyətinin olduğunu göstərir. O, amerikanizmin qlobal mədəniyyət kimi meydana gəlməsinin səbəblərindən biri kimi ABŞ-ın öz mədəniyyətlərini multikultural mədəniyyət kimi qəbul etdiklərini göstərir. Avropada multikulturalizm ünsürləri gec yarandı. ABŞ-da multikulturalizmin inkişafda əhəmiyyətini yaxşı anladılar. Qloballaşma və demokratikləşmə sayəsində multikulturalizm ümumi xarakter kəsb edir.

Məlumdur ki, mədəni birlik mədəniyyətin sosial həyatının bütün tərəflərini əhatə etməsidir.

R.Aslanova mədəniyyətin etnik, milli və bəşəri səviyyələrinin formalaşmasında mədəni xüsusiyyət və amillərin oxşarlığının mühüm rol oynadığını göstərir. "Mədəniyyətin differensiyası gedişində dil, din, sənət, siyasi-mədəni təsisatlar və s. kimi identiklik nümunələrindən biri, sistemyaradıcı faktor qismində, konkret etnik birliyi başqasına münasibətdə təşkilatlandıran qüvvə rolunda çıxış edir.

Buya digər amilin rolu və əhəmiyyəti, əsasən, nisbi xarakter daşıyır. Etnik mədəniyyətin hansısa bir xüsusiyyəti, başqa mədəniyyətdə bunun olmamasına rəğmən müxtəliflik və fərqliliyin əsas göstəricisi olur. Bu fərqli xüsusiyyət tarix boyu yalnız mədəniyyətlərin təbii mahiyyət əlaməti kimi deyil, onları ayıran ziddiyyət, qarşıdurma, özgəlik kimi başa düşülmüşdür".

Politoloqlar multikulturalizmdə iki əsas cəhətə diqqət yetirirlər: 1. Mədəniyyətin inkişafında fərqlilik əsas amilə çevrilir; 2. Mədəniyyətdə perarxlıq dağılır. Sosial-mədəni paradiqmaların əvəzlənməsi prosesi baş verir. Mədəniyyətlərin qarşılıqlı əlaqəsi böyük mədəni innovasiyaların inkişafına səbəb olur. 

Müasir Azərbaycan Respublikası milli-hüquqi dövlət quruculuğunda uğurlar qazanan bir ölkə kimi regional qloballaşma parlaq nümunə hesab edilir. Bütün millətlərin milli azlıqların bərabər hüquq əldə olunduğu multikulturalizmin inkişaf etdiyi Azərbaycanda millətlərin milli azlıqların mədəniyyətləri arasında dialoq azadlığı mövcuddur. K.Qasımovanın göstərdiyi kimi, Azərbaycanda müxtəlif parlaq milli-mənəvi konfessional özəlliklərini hərtərəfli şəkildə inkişaf etdirmək imkanına malik olduqları kimi, başqa mədəniyyətdən istifadə etmək imkanına malikdirlər. Bu mənada, Azərbaycan hüquqi milli dövlət olmaqla yanaşı, həm , qloballaşdırıcı dövlətdir. Azərbaycanda multikulturalizmin yaranmasında inkişafında müasirləşmə azərbaycançılıq ideologiyası əsas rol oynamışdır. Əsas qayəsini milli, dünyəvilik, sosial ədalət, demokratiya, milli tərəqqi təşkil edən azərbaycançılıq ölkəmizdə multikulturalizmi, Azərbaycanı özünə vətən seçmiş bütün millətlərin etnik qrupların vəhdət halında, dostluq, əmin-amanlıq şəraitində yaşadığı mədəniyyətlərinin inkişaf etdiyi ümumi talelərini əks etdirən mənəvi fenomendir. Azərbaycançılığın ümumi universal ruhi-mənəvi əhəmiyyəti haqqında E.Aslanovanın fikirləri diqqətəlayiqdir.

Yalnız torpağımızda yaşayan müxtəlif etnik dini mənsubiyyətli insanlara ünvanlamaqla kifayətlənməyib, coğrafi sərhədə məkanların ayırdığı, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı da bizimlə bir ideya-fəlsəfi, mədəni məkanda bütövləşdirən qüvvə , məhz azərbaycançılıq ideologiyasıdır. Azərbaycançılıq cəmiyyətimizin sosial-mədəni siyasi nizamlanmasının, insanların mənəvi səfərbərliyi vəhdətinin başlıca amilidir.

İctimai varlığın meyil istiqamətlərini müəyyən edən ideologiya olmadan cəmiyyət "ideya boşluğuna" yuvarlana, nəticədə, tənəzzülə uğraya bilər. İdeologiya elə ümumi, ruhi-mənəvi təməldir ki, onsuz heç bir mədəniyyət sivilizasiya mövcud ola bilməz.

Azərbaycançılığın məfkurəsi dəyəri bundadır ki, onun ətrafında ölkəmizdə yaşayan bütün xalqlar, milli-etnik qrup azlıqlar birləşir, "azərbaycanlı" adlanırlar.

Torpağımız çox qədimdən ən müxtəlif xalqların mədəniyyətlərin vətəni olmuşdur. Azərbaycan dövlətinə, tarixinə coğrafiyasına onların sürəkli sadiqliyi mənsubluğu, bünövrədən bütün dünya üçün açıq olan mənəvi-mədəni dəyərlərimizin mahiyyətindən intişar tapmışdır. Azərbaycanın azərbaycançılığın əzəməti bu müqəddəs diyarı öz vətəni hesab edən onun adi ilə adlanmaqdan qürur duyan bütün insanların maddi-mənəvi gücündə qüdrətindədir. Bu səbəbdən , azərbaycançılığın ortaq dəyər sərvətlərə dayaqlanaraq, doğuracağı potensialın təsir miqyasını az-çox təsəvvür edəndə, yalnız xoş məram niyyətlə sevinənlər deyil, narahatlıq duyanlar da həmişə olmuşdur. Azərbaycanda multikulturalizmin yaranması xalqın özünün tolerantlığı, demokratikliyi, açıqlığı ilə bağlı amildir: xalqımızın tarixi kökləri taleyin hökmü ilə bütün dünyaya səpələnmiş ümumtürk etnosuna gedib çıxır. Bununla yanaşı, coğrafi geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır.

Bütün bu cəhətlər Azərbaycanı çoxmillətli, çoxdilli, multikultural, demokratik ölkəyə çevirmişdir. Azərbaycanın multikultural keyfiyyətləri bütün dünyada etiraf edilir. Bu mənada, rus tədqiqatçısı Y.Jdanovun fikirləri ölkəmizdə multikulturalizmin inkişafı barədə ümumi təsəvvürləri ifadə edir: planetdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarla xalq çox uzun müddətə birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər. Yəqin buna görədir ki, bu ölkənin ictimai-elmi fikri millətlərarası münasibətlər, əməkdaşlıq qarşılıqlı anlaşma probleminə dünyanın diqqətini bu qədər cəmləşdirməyə çalışır. Azərbaycanın tarixi təcrübəsi bu baxımdan dəyərli intəhasızdır.

Azərbaycanda multikulturalizmin inkişafına ümumdünya marağını sübut edən dəlillərdən biri yaxınlarda multikulturalizmə həsr edilmiş "Bakı Beynəlxalq Humanitar Forumu"nun keçirilməsi, ən əsası isə demokratik tolerant, multikultural bir ölkə kimi Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir.

Azərbaycanın multikultural ölkəyə çevrilməsində Ulu Öndər Heydər Əliyev Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin xidmətləri əvəzsizdir.

Akademik R.Mehdiyev ölkəmizi multikultural bir məkana çevirən azərbaycançılıq ideologiyası yaratmış və inkişaf etdirmişdir. O, Ulu Öndər Heydər Əliyevin göstərdiyi fəaliyyət haqqında deyir: "Xalqımızın tarixi keçmişinin, günümüzün reallıqlarını, ümummilli psixoloji yönümlərimizi, mentalitetimizi, adət-ənənələrimizi, sivil beynəlxalq təcrübəni nəzərə alan, Azərbaycanın sintetik, yeniliklərə açıq, konstruktiv rol oynayan ideoloji inkişaf konsepsiyası kimi azərbaycançılıq ideologiyasının yaranması və yayılması müstəqillik illərində Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsi olmuşdur".

Azərbaycanda multikulturalizm üzrə tədqiqatçı-professor R.Aslanovanın qeyd etdiyi kimi, ölkəmizdə bir ailə kimi vahid tarixi tale, genetik-etnik yaddaş və münasibətlərin daşıyıcısı olan xalqlar: talışlar, ləzgilər, avarlar, kürdlər, tatarlar və başqaları özlərini azərbaycanlı adlandırırlar. Bu xalqların mənəvi yaddaşı tarix boyu zərdüştlükdən başlamış dünyanın bütün əsas dinlərinin ən ülvi, bəşəri dəyərləri ilə daim zənginləşmişdir və mədəniyyət və əzəmətin çoxsaylı nümunələrini miras qoymuşdur. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Diyarımızda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti, folklor, dialekt, adət, məişət tərzi, inam sistemis. müxtəlifliyin vəhdətini müəyyənlədirmişdir.

Vahid Ömərov, fəlsəfə üzrə fəlsəfə doktoru

Səs.- 2016.- 15 oktyabr.- S.15