Türk kinosunun ulduzları Bakıdadır

Nizami Kino Mərkəzində Türkiyə kinematoqrafçılarının çəkdiyi "Delibal" filminin təqdimatı olub.

Nümayişə yaradıcı heyət də qatılıb.

Filmin qala gecəsində Türkiyənin məşhur ekran ulduzları - Çağatay Ulusoy, Leyla Lydia Tuğutlu kinosevərlərin qonağı olub.

Rejissor Ali Bilginin Yıldırım Türkerin ssenarisi əsasında ekranlaşdırdığı "Delibal" filmi Türkiyədə dekabrın 25-dən ekranlara çıxıb. Ekran əsərinin Avropanın bir sıra şəhərlərində də qala gecəsi keçirilib.

Tamaşaçıların böyük marağını cəlb edən film romantik dram janrında çəkilib.

2010-cu ildə Türkiyənin "Best model" yarışmasının birincisi olan Çağatay Ulusoy həmin vaxtdan çoxsaylı serial və filmlərə dəvət olunur. "Delibal" filmindəki Barış obrazı onun bədii kino sahəsində ikinci baş roludur. O, bu obrazla bağlı xüsusi dərslər alıb. Belə ki, aktyor ilk dəfə filmdə özünü musiqiçi kimi də sınayıb.

 İlk dəfə Bakıda olsa da, aktyor özünü burada yad hiss etməyib.

Filmdəki digər rollara Hüseyin Avni Danyal, Laçin Ceylan, Mustafa Avkıran, Nazan Kesal və digərləri cəlb olunub.

Qeyd edək ki, film ilk dəfə Nizami Kino Mərkəzində Azərbaycan dilində subtitrlərlə nümayiş etdirilib.

ZÜMRÜD

Səs.- 2016.- 9 yanvar.- S. 12