Milli qəhrəmanlarımızın döyüş yolundan bəhs edən film təqdim olunub

Qazaxda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “İgidlərin beşiyi elim mənim” adlı milli qəhrəmanlarımızın döyüş yolunu əks etdirən filmin təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin məsul işçiləri, fəal gənclər, əsgərlər, filmdə adları çəkilən milli qəhrəmanların yaxınları, döyüş yoldaşları, idarə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Mansur şəhidlərimizin qəhrəmanlığından bəhs edən qısametrajlı filmin gənclərimizə vətənpərvərlik hissinin aşılanmasında dəstək olduğunu bildirib.Sonra “İgidlərin beşiyi elim mənim” adlı qısametrajlı filmi nümayiş olunub.Rejissor Şamil Muradlı, “Aveyİdman Klubunun prezidenti Arzuman Abdulkərimov, AYB Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, “Göyəzən” qəzetinin baş redaktoru Elçin İsmayıl və başqaları çıxış edərək film haqqında fikirlərini bölüşüblər.

Səs.- 2016.- 28 yanvar.- S.4