EYDƏR ƏLİYEVİN
NƏQLİYYAT SAHƏSİNDƏ HƏYATA
KEÇİRDİYİ İSLAHATLAR
Azərbaycanın müasir
tarixində Ulu Öndərimiz Heydər Əliyev xidmətlərinin
mahiyyəti hələ uzun illər tədqiqatçıların
diqqət mərkəzində olacaqdır. Ümummilli Lider Heydər
Əliyev Azərbaycan üçün bütün sahələrdə,
o cümlədən nəqliyyat sistemində böyük,
genişmiqyaslı işlər görmüşdür.
XX əsrin 20-30-cu illərində, Bakıda neft sənayesinin
sürətlə inkişaf etməsi, yeni sənaye obyektlərinin
tikilib istifadəyə verilməsi əhali axınının
güclü şəkildə artmasına səbəb oldu. Bu da Azərbaycan paytaxtında nəqliyyat sahəsində
ciddi problemlər yaradırdı. Bakıda 1924-cü ildə
tramvay, 1926-ci ildə şəhər ətrafı elektrik
qatarı, 1932-ci ildə avtobus, 1941-ci ildə isə troleybus xəttinin
çəkilməsi, sərnişindaşıma sahəsindəki
çətinlikləri nəzərə çarpacaq dərəcədə
aradan qaldırdı. Bakı isə günbəgün
böyüyüb inkişaf edirdi.
Bakıda metropoliten tikintisi ideyası hələ
keçən əsrin 30-cu illərində ortaya
atılmış və Bakının yenidən
qurulmasının baş planında nəzərdə
tutulmuşdur. Metropolitenin tikilməsi haqqında qərar
1947-ci ildə qəbul edilmiş və bu işlərə
1949-cu ildə başlanmışdır. Metro
tikintisi üzrə mürəkkəb geoloji şəraitdə
gərgin inşaat işləri aparılmasına baxmayaraq
keçmiş SSRİ hökumətinin 20 sentyabr 1953-cü il
tarixli qərarı ilə Bakı metropolitenin tikintisi
dayandırıldı. Mərkəzdə qərəzli
qüvvələrin səyi nəticəsində qəbul
olunmuş bu qərar yalnız 1960-cı
ildə N.S.Xruşov Bakıya gələndən sonra 1961-ci ildə
tikintiyə başlandı. Metro
inşaatçılarının səyi nəticəsində
1967-ci ilin noyabr ayında Bakı metropoliteninin birinci növbəsi
işə salındı. Bunun üçün bir milyon
kubmetrdən artıq monolit və yığma dəmir
beton işləri yerinə yetirilmiş, 120 min ton çuqun
elementlər quraşdırılmış 1500 kilometrdən
çox kabel xətti çəkilmişdi.
Bakı metropolitenin birinci növbəsindən
sonra, tikintinin tempi aşağı düşməmiş,
1968-ci ildə fevral ayının 22-də "Xətai",
1970-ci ildə aprel ayında "Ulduz" stansiyaları istifadəyə
verilmişdir. 1972-ci ilin noyabr ayında "Koroğlu",
"Qara Qarayev" və "Neftçilər"
stansiyalarını birləşdirən 5,3 km metro xətti
istifadəyə verilməklə 120 min əhalisi
olan 8-ci km massivi şəhərlə birləşdirilmişdir.
1976-cı ildə "Nizami", 1979-cu ildə
"Bakmil", 1985-ci ilin sonunda "Elmlər
Akademiyası", "İnşaatçılar", "20
Yanvar" və "Memar Əcəmi", 1989-cu ildə
"Xalqlar Dostluğu" və "Əhmədli",
1993-cü ilin oktyabrında isə "Cəfər
Cabbarlı" stansiyaları işə salındı.
1993-2002-ci illərdə Bakı metropolitenin
saxlanmasına 180 milyard manatdan çox vəsait sərf
edilmişdir. 2002-ci ildə metropoliten üçün 25 yeni
vaqon alınmış və 50-si sifariş olunmuşdur.
Metronun hər bir stansiyası funksional vəzifəsini yerinə
yetirməklə yanaşı öz tərtibatı baxımından
Azərbaycanın milli memarlıq sənətinin gözəl
bir nümunəsidir. Azərbaycan xalqının
tarixinə, onun sənət incilərinə müraciət edən
memarlar müxtəlif tikinti materiallarından, müasir
texnologiyalardan, habelə şəbəkə, miniatür kimi
milli ornament elementlərindən istifadə edərək,
yaraşıqlı zalların yaradılmasına nail
olmuşlar.
Ulu Öndərimiz Heydər Əliyev
metropolitenin 35 illik yubileyini keçirəndə demişdir:
"35 illik yubileyin özü də qeyri adi bir yubileydir. Adətən
yubileylər olur 50-70-80-100. Bele yubileylər isə daha
çox böyük elm, mədəniyyət xadimlərinə,
yaxud iri mədəniyyət təhsil müəssisələrinə
həsr olunur. Ancaq metropolitenə indi çox
adi bir nəqliyyat vasitəsi kimi baxılır.Mən sərəncamı
imzalamamışdan əvvəl düşündüm,
düşünərək qərar qəbul etdim ki, bəli bu
hadisə yəni 35 il bundan öncə, Bakının sakinləri
üçün belə gözəl
nəqliyyat vasitəsinin işə salınması və
bu nəqliyyatın 35 il insanlara, Azərbaycan vətəndaşlarına
xidmət etməsi böyük hadisədir".
1998-ci ilin iyul ayında Heydər Əliyev mənə
metropolitenə rəhbərliyi tapşıranda, belə
söhbət etdi:
-Sizin sədr mən Moskvada işləyəndə,
yanıma gəlmişdir və dedi ki, tikinti materialı
çatışmır. Mən Sosnovu çağırıb
ona tapşırdım ki, gör o nə deyir, başa
düşürsən bu nə demək idi?!
Mən dedim: - Bəli Hörmətli Prezident bu
onunla bitdi ki, o vaxt Leninqradın Kirov zavodunun bir sexi tubinq
istehsal edirdi. Sizin tapşırığınızdan sonra
sexin istehsal etdiyi bütün tubinqlər Bakıya göndərildi.
Buradan Sosnova teleqramma vuruldu ki, artıq tubinq
göndərməyin, yığmağa yerimiz yoxdur. Sosnov isə
teleqramın cavabında yazdı: "Kabinetlərinizdən
çıxın tubinqi kabinetlərinizə yığın,
yoxsa Siz istəyirsiniz ki, Heydər Əliyev məni işdən
azad eləsin!!!"
Bu göndərilən tubinqlərin
hesabına "Xalqlar Dostluğu" - "Əhmədli",
"Əhmədli" - "Həzi Aslanov" stansiyalar
arası tunellər və "Memar Əcəmi"
stansiyasından "Dərnəgül" stansiyasına qədər
olan tunelin 7923 metrinin 4647 metrini məhz Heydər Əliyevin
göstərişi ilə göndərilən tubinqlərin
hesabına tikilmişdir.
Ulu Öndərimiz Heydər Əliyev Moskvada
işlədiyi zaman nəqliyyat onun tabeçiliyində idi.
Odur ki, "Mıtışı" vaqonqayırma zavoduna
gedir və orada istehsalı artırmaq üçün Nazirlər
Sovetinin sədr müavini Antonov, Dövlət Plan Komitəsinin
sədrinin müavini Voronin, yollar
naziri N.S.Konarev, nazirlərdən; Afanasev,
Polyakov, Kazanets və digər rəhbərlər, o cümlədən
maşınqayırma zavodunun direktoru Y.A.Qulko da iştirak
edirdilər. 1983-cü ilin 23 dekabrında keçirilən bu
iclasın qərarı bu oldu ki, indi əksəriyyət
böyük şəhərlərdə
metro tikintisi aparılır, ona görə
də zavodun sahəsi genişləndirilməli, yeni istehsalat
sexləri tikilməli, istehsal gücü
artırılmalıdır. İki ay ərzində yeni sexlər
tikildi və zavodun sahəsi genişləndi, istehsal
gücü 3 dəfədən çox artırıldı. Həmin
dövrdə zavodun bütün fəhlə, texniki
işçilər, yeni tikilmiş istehsalat sexlərinə Ulu
Öndərimiz Heydər Əliyevin adını vermişdilər.
Elə onun hesabına idi ki, MDB ölkələrinə
vaqonu baha qiymətə versələr də Heydər
Əliyevin nüfuzuna, şəxsiyyətinə
və verdiyi töhvələrinə görə Bakı
metropoliteninə, Azərbaycana, Moskvaya satılan qiymətə
satılırdı. Heydər Əliyev Nazirlər Soveti Sədrinin
birinci müavini işləyərkən təklif edir ki,
iş vaxtlarını müxtəlif sahələr
üçün dəyişsin. Belə ki, güc orqanları
işə saat 900 930 da, ali məktəblərdə
isə fəaliyyət əvvəl başlasın.
Yollar naziri Nikolay Semyonoviç Konarev ilə
Xarkov metropoliteninin 10 illiyində görüşdük və
Moskvaya qatarla bir yerdə getdik. Ulu Öndərimiz
Heydər Əliyev haqqında onun dəmir yolunu necə gözəl
təhlil etməsi, yüklərin bütün növlərini
əzbərdən bilməsi, rus dilində qrammatik
danışması, BAM-da olan görüşləri, bir
sözlə M.S.Qorbaçovun ünvanına nalayiq sözlər
yağdırmaqla dedi: "Heydər Əliyevi qoruyun. Heydər
Əliyev nə sizindir nə bizim, o bütün bəşəriyyətə
lazımdır".
2002-ci ilin noyabr ayının 6-da respublika tədbirində
Heydər Əliyevə metropolitenə göstərdiyi
qayğıya görə öz təşəkkürümü
bildirdim. Lakin "Metrovaqonmaş" səhmdar
cəmiyyəti direktorlar şurasının sədri Yuri
Petroviç Soldatov öz çıxışında bildirdi
ki, o dediklərimlə razı deyil, çünki Heydər
Əliyev təkcə Bakı metropoliteninə yox, MDB dövlətlərinin
bütün metropolitenlərinə öz köməyini əsirgəməyib.
Şəhər nəqliyyatında metronun əhəmiyyətli rolunu və onun inkişaf perspektivlərini hərtərəfli
dərk edən Heydər Əliyev metropolitenin tikintisi və
istismarı ilə bağlı bütün məsələləri
xüsusi nəzarət altında saxlayır, respublikada rəhbərliyinin
ilk günlərindən etibarən ona böyük diqqət
və qayğı göstərirdi. Sonralar Heydər Əliyev
çıxışlarından birində Bakı metropoliteni
ilə əlaqədar olaraq belə deyirdi: "Azərbaycana 14
il rəhbərlik etdiyim zaman, sonra beş il də Moskvada Sovetlər
İttifaqının rəhbərliyində olduğum zaman mən
Bakıda metropoliten tikintisi ilə daim məşğul
olmuşam və bu işə nail olmuşam. Buna görə də
özümü xoşbəxt hesab edirəm."
Hazırda şəhərimizin
inkişafını yeraltı polad magistrallar olmadan heç
cür təsəvvür etmək mümkün deyildir. Hesab edirik ki, bakılıların metro kimi ən
mükəmməl və rahat nəqliyyat növünə
sahib olmasında Heydər Əliyevin gördüyü əzəmətli
işləri, onun bu sahəyə göstərdiyi
qayğını, diqqəti işıqlandırmaq, Azərbaycan
oxucularının, gələcək nəsillərin
nəzərinə çatdırmaq zəruridir. "Əsrin
memarı Heydər Əliyev"
adlanan unikal rəngli
illüstrasiyalı kitabın Ümummili Lider metropolitenin
tarixində böyük əhəmiyyət kəsb edən sərəncamları
ilə və Bakı metropolitenin 35 illik yubileyinə həsr
olunmuş təntənəli mərasimdəki tarixi nitqilə
açılmasının özündə də simvolik
məna var. Çünki əsrin memarı
adlandırdığımız Ulu Öndər Heydər
Əliyev həm də Bakı metrosunun
yaradıcılarından, qurucularından biridir. Bakı metropolitenində Heydər Əliyevin
gördüyü unikal işləri əks etdirən
"Əsrin memarı Heydər Əliyev" kitabında biz,
bu dahi insanla bir dövrdə yaşayan, onun rəhbərliyi
altında işləyən və bununla da özünü
xoşbəxt sayan nəslin nümayəndəsi kimi, öz
üzərimizə düşən məsuliyyətli vəzifənin
öhdəsindən gələ bilmişikmi?
Bu gün Azərbaycan inkişaf etmiş nəqliyyat
infrastrukturuna, bu sektorun fəaliyyətini tənzimləyən
mükəmməl qanunvercilik bazasına malikdır.
Respublikamız məhz özünün nəqliyyat
kommunikasiyaları resursları ilə də beynəlxalq
inteqrasiya proseslərinin fəal
iştirakçısıdır. Ölkəmiz beynəlxalq
yük və sərnişin daşımalarını
uğurla və yüksək səviyyədə yerinə
yetirir. Azərbaycanın nəqliyyat müstəqilliyinin
genişləndirilməsi istiqamətində aparılan
davamlı və məqsədyönlü iş nəticəsində
nəqliyyat sisteminin inkişafına irihəcmli investisiyalar
qoyulur, müasir beynəlxalq standartlara cavab verən avtomobil
yolları inşa edilir və müasirləşdirilir. Dəniz
nəqliyyatının imkanları genişləndirilir, Ələt
qəsəbəsində Xəzərdə ən böyük
beynəlxalq dəniz ticarət limanı kompleksi tikilir. Hava nəqliyyatının
inkişafı üçün zəruri tədbirlər həyata
keçirilir, təyyarə parkı yenilənir, hava
daşımalarının həcmi artırılır.
Dəmir yolu nəqliyyatı "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin
2010-2014-cü illərdə inkişafına dair Dövlət
Proqramı" əsasında, demək olar ki, yenidən
qurulmuşdur. "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında nəqliyyat
sektorunun perspektivləri müəyyənləşdirilmişdir.
Azərbaycanın əlverişli geosiyasi
mövqeyi, şimal-cənub və şərq-qərb nəqliyyat
marşrutlarının burada kəsişməsi beynəlxalq
inteqrasiya məsələləri baxımından mühüm
əhəmiyyət daşıyır.üstəlik, ölkəmiz
özünün və bölgənin karbohidrogen resurslarının
Avropa bazarlarına daşınmasında da geniş
logistik imkanlara malikdir. Rrespublikamız 7 neft və qaz magistral kəməri
ilə zəruri ixrac potensialını gerçəkləşdirir.
Azərbaycandan keçən
şərq-qərb nəqliyyat dəhlizi - TRACECA (Transport
Corridor Europe-Caucasus-Asia - Avropa İttifaqının
Avropa-Qafqaz-Asia nəqliyyat dəhlizinin təşkili
proqramı. 1993-cü ildə təsis edilmişdir. 13 üzv
dövləti: Azərbaycan, Türkiyə,
İran, Qazaxıstan, Özbəkistan,
Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova, Rumıniya,
Bolqarıstan, Gürcüstan, Ermənistan təmsil edir, qərargahı
Bakı şəhərində yerləşir) Avropa ilə
Asiyanı birləşdirən ən kiçik marşrut kimi
beynəlxalq iqtisadi inteqrasiya proseslərinin güclənməsinə,
kontinental inteqrasiyasının möhkəmlənməsinə
güclü təkan verir.
Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə 1998-ci ilin
sentyabrında Bakıda Avropa İttifaqı
Komissiyasının təşkilatçılığı ilə
TRACECA Proqramına həsr edilmiş konfrans keçirilmiş,
Bəyannamə qəbul edilmiş, yekun sənəd kimi
Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin
inkişafına dair çoxtərəfli saziş
imzalanmışdır. Ulu Öndər bu sənədlərin
tarixi əhəmiyyəti haqqında demişdir:
"...Onların qəbul olunması Avropa, Qara dəniz, Qafqaz,
Xəzər dənizi və Asiya regionlarından ticarətin
inkişafına, təbii ehtiyatlardan istifadəyə və
onların nəqlinə, qarşılıqlı surətdə
faydalı əməkdaşlığa kömək edəcəkdir.
Tarixi İpək yolunun bərpası, yeni-yeni
ölkələrin və regionlarınona cəlb edilməsi
xalqlarımızın yaxınlaşması və
qarşılıqlı surətdə zənginləşməsi,
yeni müstəqildövlətlərin istiqlaliyyətinin və
suverenliyinin möhkəmlənməsi, bu dövlətlərdə
demokratik islahatların, bazar islahatlarının uğurla
aparılması üçün güclü təkan verəcək,
hamı üçün sülhün, sabitliyin və təhlükəsizliyin
təmin olunmasına kömək göstərəcəkdir".
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin
inkişafında Azərbaycanın aparıcı rol
oynaması onun beynəlxalq inteqrasiyasının dərinləşməsinə
geniş imkanlar açmışdır.
Beynəlxalq inteqrasiyada Azərbaycan ərazisindən
keçəcək digər bir qlobal nəqliyyat xəttinin - cəbub-şimal
dəhlizinin də çox mühüm əhəmiyyəti
vardır. Bu marşrut qonşu Rusiya və İran ərazisindən
keçməklə Yaxın Şərqdən və Cənub-Şəqi
Asiyadan Avropaya daşınan yükdaşımaların sürətini
bir neçə dəfə artıracaqdır. O, Süveyş
kanalı vasitəsi ilə Hindistandan Avropaya uzanan nəqliyyat
xəttindən 3 dəfə qısadır. Dəmir yolu, su nəqliyyatı
və avtomobil xətlərinin ehtiva olunduğu bu nəqliyyat dəhlizi
üzrə bütün zəruri infrastrukturun qurulması
şəraitində planetin Cənubundan Avropaya hər il orta
hesabla 15-20 milyon ton yükün daşınacağı təmin
edilir. Bakı-Tbilisi-Qars dəmir
yolu xətti tarixi Böyük İpək yolu marşrutunda
yerləşir ki,bu da onun mövcud coğrafiyadakı
türkdilli ölkələrin inteqrasiyasından rolunu yüksəldir.
Qəbələ şəhərində Heydər Əliyev
adına Konqres Mərkəzində keçirilən Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının III Zirvə toplantısında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
"Avropanı Asiya ilə birləşdirən
Bakı-Tbilisi-Qars dəmir yolunu, xüsusilə qeyd etmək
istəyirəm. Bu dəmir yolu bundan sonra 100 illiklər ərzində
xalqlarımıza xidmət edəcək. Bu, böyük
geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsidir".
Bütövlüklə
davamlı inkişaf və təhlükəsizliyin təminatına
yönəlmiş, Xəzər hövzəsi regionunun və Mərkəzi
Asiya ölkələrinin Avropa ilə bilavasitə nəqliyyat
əlaqələrinin qurulmasına, yük və sərnişinlərin
Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə birbaşa Avropaya
çıxışına, nəticə etibarilə, Azərbaycanın
Avropaya inteqrasiyası prosesinin sürətləndirilməsinə
xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı
layihəsiAzərbaycan üçün böyük siyasi və
iqtisadi əhəmiyyət daşıyır. Bu amil nəzərə alınaraq, layihə üzrə
maliyyə və digər təşkilati məsələlərin
həll edilməsi və aidiyyəti dövlət
orqanlarının fəaliyyətinin əlaqələndirilməsinin
təmin edilməsi məqsədi ilə xüsusi komissiya
yaradılmışdır. Bakı-Tbilisi-Qars
dəmir yolu xətti layihəsi region dövlətlərinin səmərəli
inteqrasiyası baxımından böyük əhəmiyyət
daşıyır. 25 may 2005-ci ildə Bakı şəhərində
Azərbaycan, Gürcüstan və Türkiyə
respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars yeni dəmir
yolu xətti layihəsinin həyata keçirilməsinin
sürətləndirilməsi haqqında birgə bəyanat
imzalamışlar. Hazırda layihə üzrə əsas
mühüm işlər görülmüş və bu il onun
tam başa çatdırılacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyevin
böyük müdriklik və uzaqgörənliklə dediyi
kimi, Avropanı Asiya ilə birləşdirən, böyük
geosiyasi, geoiqtisadi və əməkdaşlıq layihəsi
olan Bakı-Tbilisi-Qars dəmir yolu bundan sonra yüz illər ərzində
bölgə xalqlarının inkişafına və tərəqqisinə
xidmət edəcək, beynəlxalq inteqrativ prosesləri
dərinləşdirməklə sülh və təhlükəsizlik
faktoru olacaqdır.
Səs.-
2017.- 15 aprel.- S 8-9