Cəlil  Məmmədquluzadə nəslinin  davamçıları Bakıda

 

 

Görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın iştirakçıları noyabrın 18-də Fəxri xiyabanda ədibin məzarını ziyarət ediblər.

 

AZTV.AZ xəbər verir ki, anım mərasimində dövlət rəsmiləri, millət vəkilləri, eyni zamanda C.Məmmədquluzadə nəslinin davamçıları olan nəticəsi Martin Cavanşiri kötücəsi Przemislav Cavanşiri iştirak ediblər.

 

Anım mərasimindən sonra Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi olub.

 

Mərasimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək ədibin yaradıcılığından, onun həm böyük azərbaycanlı olmasından danışıblar. Eyni zamanda Prezident İlham ƏliyevinCəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqındaSərəncamına əsasən ölkəmizdə xaricdə böyük ədibin yubileyinin keçirildiyini diqqətə çatdırıblar.

 

Daha sonra C.Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri çıxış edərək ulu babasına göstərilən bu diqqətə görə təşəkkürünü bildirib.

 

Səs.- 2019.-  19 noyabr.- S.11