Oğurluq erməni mədəniyyəti

 

Azərbaycanın mədəni sərvətlərinin, irsimizin erməniləşdirməsi meyllərinin, erməni əqli oğurluqlarının kifayət qədər qədim tarixi vardır. Bunların kökündə ermənilərin Azərbaycana ərazi iddiaları durur. Çünki ərazi iddialarını əsaslandırmaq üçün torpağın əsil sahibinin maddiqeyri-maddi (mənəvi) irsinə sahib çıxmaq lazımdır.

Erməniləşdirilmə xətti isə bir neçə mərhələ yolunu keçir, o cümlədən yiyələnmə (mənimsəmə), özününküləşdirmə və nəhayət erməniləşdirmə. Bu məqsədlə Azərbaycan dilini bilən, heç də müvafiq istedaddan məhrum olmayan erməni ifaçıları, müğənniləri və s. Azərbaycan əsərlərini orijinalda qavrayıb, geniş şəkildə istifadə, ifa edirlər. Daha sonra daha geniş erməni kütləsini (erməni əhalisini) yiyələnmə prosesinə cəlb etmək üçün Azərbaycan nümunələri erməni qrafikasında yazıya alınır. Bundan sonra həmin nümunələr erməni dilinə tərcümə olunaraq, erməni əlamətləri qoşulur, maksimum dərəcədə erməni mühiti (obrazlar, personajlar, adlar, coğrafi məntəqələr və s.) yaradılmaqla Azərbaycan nümunələri təhrif olunur.Beləliklə, yiyələnmə, mənimsəmə mərhələsi qarət edilmək, saxtalaşdırmaq, plagiat, təhrif olunmaqla müşayiət olunan geniş istifadə mərhələsidir, özü də bunlar yad olan əqli nəticələrin kütləvi erməni şüurunun özününkü kimi qəbul etməsinə və qavramasına yönəldilmişdir. Folklor mənəviyyatımızın güzgüsü, milli dəyərlərimizin və adət ənənələrimizin göstəricisi, mədəni sərvətimizin ayrılmaz tərkib hissəsidir. Folklor, öz-özlüyündə qədim bir mədəni ənənədir. Bu canlı ənənə "qocalmır", çünki folklor daim inkişafdadır. Çünki hər zaman xalqımızın mədəniyyətinin qəlbi onun qəlbinin mədəniyyəti kimi çıxış etmişdir. Digər tərəfdən bizim qədim folklor ənənələrimiz ümumbəşəri dəyərlər sırasına daxildir və dünya mədəniyyətinin varidatıdır. Bununla yanaşı, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Qanuna əsasən, Azərbaycanda folklora əqli mülkiyyət kimi, millətimizə məxsus əqli mülkiyyətin yeni, qeyri - ənənəvi növü kimi baxılır. Bu isə o deməkdir ki, biz folklor nümunələrimizə münasibətdə, həm də hüquqi müstəvidən, müstəsna hüquqlar mövqeyindən çıxış edirik. Həmin müstəsna hüquqların, yəni əqli mülkiyyətin hüquq sahibi isə Azərbaycan xalqıdır. Odur ki, Azərbaycan folklor nümunələrindən hər hansı şəkildə istifadə, Qanunda təsbit olunmuş tələblərin yerinə yetirilməsi ilə həyata keçirilməlidir. Bu tələblər hansılardır? Əvvəla, istifadə olunan folklor nümunəsinin təyinatı və məqsədi dəyişdiriləndə bədii forması işləndikdə, onun təbii mahiyyət və məzmununa heç bir halda xələl gətirilməməlidir. İkinci tələb isə ondan ibarətdir ki, istifadə zamanı folklor nümunəsinin dürüst mənşəyi, xalqımıza mənsub olduğu, mənbəyi mütləq göstərilməlidir. Qanunla nəzərdə tutulmuş tələblərin pozulması hüquqi məsuliyyət törədir. Belə ki, folklora əqli mülkiyyət kimi yanaşma onun qorunub saxlanması, yayılması və zənginləşməsi üçün əlavə imkanlar yaradır. Çünki yaşadığımız xxi əsrin iqtisadiyyatı isə əqli mülkiyyətə əsaslanır və onda cəmləşən intellektual kapital əsas valyuta kimi çıxış edir. "İnsan ruhunun arxeologiyası adlanan folklor"un, mühüm milli özünəməxsusluğunu yaşadan bu alətin qorunub-saxlanmasının kulturolojı və humanitar baxımdan vacibliyi ilə yanaşı, müasir araşdırmalara əsasən, mühüm təbii - elmi əsasları da vardır. Həmin mədəni ənənənin instinktidrak arasındakı təbii yaranmainkişaf yolu müəyyən ərazidə iqlim, flora, faydalı qazıntıların yoluna bənzərdir və tarixi prosses bu ənənəni vacib resursamilli sərvətin dəyərli hissəsinə gətirib çıxarır.bu mənəvı sərvətin iqtisadi rolu heç də təbii sərvətlərin rolundan kiçik deyil. Belə ki, folklorun hüquqi qorunması canlı ənənələrin və mədəni varisliyin qorunması ilə yanaşı, gələcək inkişafımızın, xalqımızın rifahının qorunması deməkdir. Bir sözlə, inkişafda və zəngin ənənəyə malik olan dövlətimiz üçün folklorumuzun qorunması böyük əhəmiyyət kəsb edir.

"Böyük Ermənistan" xülyası ilə yaşayanlar tərəfindən oğurlanmış xalqımıza məxsus təzahürlər də "böyük erməni mədəniyyətinin" dəlilləri kimi göstərilir. Konkret folklor nümunələrimizin bir neçə mənimsənilmə və oğurluq "mərhələsinə" nəzər salaq.

Qədim dövrlərdən gələn Daş-balıq, Daş-qoç, Daş-at abıdələrimizi özünküləşdirən, qədim Alban torpaqlarını və abidələrini "Şərqi Ermənistan" ərazisinə çevirmək istəyən saxtakarlar tariximizin xristiyan dövrünün kilsələrini, stella və xaçdaşları, nişan-daşları və başdaşları və bunlarda həkk olunmuş milli dekorumuzu, habelə digər maddi abıdələrimizi mənimsəməklə yanaşı Musa Kalanqatlının "Alban tarixi"-ni, Karakos Gəncəlinin "Tarix"ini, Muxtar Kosanın "Alban xronikasını" və "Adət hüququ"na aid Qaydaları da erməniləşdirdilər. Hətta qədim türk kökündən gələn, Gəmiqaya yazıları ilə səsləşən alban əlifbası və yazısını alban dilini bilməyən erməni Mesrop Maştosun adına bağladılar.

Özününküləşdirmə mərhələsində özününküləşdirilmiş Azərbaycan orijinal nümunələri, onların dəyişdirilmiş erməni variantları maddi daşıyıcılara köçürülərkən, süni surətdə qədimləşdirilir, fond və arxivlərdə yerləşdirilir və son nəticədə müxtəlif xarici mənbələrdə erməni əqli istehsalı kimi təqdim (çap, dərc və s.) olunur. Bununla bərabər, bunların təsdiqi üçün elmi tədqiqatlar, araşdırmalar aparılır və bunların erməni mənsubluğu, mənşəyi, qədimliyi barədə elmi əsərlər yazılır, elmi nəticələr çıxarılır.Beləliklə bu mərhələ oğurluğu pərdələyən, elmi dayaqları formalaşdıran və maddi sübutlar yaradan özününküləşdirmə mərhələsidir.

Erməniləşdirmə mərhələsinin səciyyəvi xüsusiyyətləri artıq oğurlanmış (mənimsənilmiş, özünunküləşdirilmiş) nümunələr haqqında onun əsil sahibləri ilə diskussiyalar açmaq, artıq yaradılmış dəlillər və araşdırmalara istinad etməklə həmin nümunələrin erməni mənşəyini göstərmək, geniş informasiya təbliğatı vasitəsilə beynəlxalq ictimaielmi rəyi çaşdırmaq, azdırmaqdan ibarətdir. Bununla yanaşı yalançı, quraşdırılan dəlil və araşdırmalara əsaslanan yeni informasiya, o cümlədən elmi mənbələrin yaradılması və çoxaldılması prosesi təşkil edilir. Saxta kökündən çıxan, biri-birinə istinad edilən uydurma dəlillər ardıcıllığın yaradılmasıdır.Beləliklə, bu mərhələ riyakarlıq, fariseyçiliklə müşayiət olunan, oğru elə bağırdı ki, doğrunun az qala bağrı çatladı, qara məni basınca, mən qaranı basım prinsiplərə əsaslanan mərhələdir.

Rusiyanın Telekafe kanalında yayımlanan verilişinin 2017-ci ilin 8 yanvar tarixində efirə gedən erməni mətbəxinə həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi Sən gəlməz oldun mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb:

"Sən gəlməz oldun adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə. Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan Sən gəlməz oldun mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır. Bütün arxiv sənədlərindən də göründüyü kimi "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır".

Agentlik bəyan edib ki, Ələkbər Tağıyevin varisi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C.Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib:

"Ümumiyyətlə, Ələkbər Tağıyevin Sən gəlməz oldun mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi, Byanka adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi, Soqdiana adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi Sən gəlməz oldun mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus və Özbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.

Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın Sarı gəlin, Süsən - sünbülonlarca digər xalq mahnılarını, Yallı, Vağzalı, Köçəri, Uzundərə, Mirzəyi rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu indidavam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş,tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib.

 

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent

 

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosialsiyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

 

Səs.- 2020.- 19 may.- S.15.