Özbəkistan portalında İmadəddin Nəsimi haqqında məqalə yerləşdirilib

Özbəkistanın interpress.uz portalında görkəmli şair İmadəddin Nəsimi haqqında özbək dilindəDünyanı zəbt edən Azərbaycan şairisərlövhəli məqalə yerləşdirilib.

 

Məqalədə ötən ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdəNəsimi ilielan olunması, bu məqsədlə ölkəmizlə yanaşı, xarici ölkələrdə çoxsaylı tədbirlərin həyata keçirilməsindən bəhs olunub.

 

Materialda deyilir ki, Nəsimi yaradıcılığı dilçilik, eləcə Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir.

 

Yazıda vurğulanır ki, Azərbaycan ədəbiyyatında, həm eşq şairi kimi tanınan Nəsiminin bu qəbildən olan şeirləri fəlsəfi baxımdan dünya poeziyasının inciləri siyahısına daxil edilib. Vurğulanır ki, Azərbaycanda Nəsiminin adını daşıyan institut, rayon, küçə, məktəb, metro var, “Nəsimiadlı film çəkilib.

 

Bildirilir ki, şairin əsərləri Azərbaycanla yanaşı, Yaxın Şərq, İraq, Kiçik Asiya, eləcə Orta Asiyada geniş şöhrət qazanıb.

 

Qeyd olunur ki, Özbəkistanda İmadəddin Nəsimi çox sevilir. Keçən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə şairinCananı sevərmənkitabı özbək dilində çap edilib.

 

Səs.- 2020.- 16 yanvar.- S.11