Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı

 

Dövlət başcısının qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyinin qeyd olunması ilə baglı imzaladıgı Sərəncam ədəbiyyatımıza, söz sənətinə dövlətimizin qaygı diqqətidir

 

Azərbaycan ədəbiyyatı çoxəsrlik yol keçərək zamanla cəmiyyət arasında olan reallıqları özündə cəmləşdirmiş, insanlıq, humanizm prinsiplərini real lövhələrlə təcəssüm etdirmişdir. Bu ədəbiyyatı yaradan, yaşadan zaman, insanlıq meyarlarını, cəmiyyətdəki prosesləri diqqətə çəkən nümayəndələri - görkəmli yazıçı şairlərimiz olmuş, bədii nümunələri ilə Azərbaycan sərvətini, irsini bədiiləşdirərək dünya klassikasında yerini qazandıra bilmişdir. Kimlərin həyat səhifəsi vərəqlənmir bu yaşanılan tarixdə. Nizamilər, füzulilər, qətran təbrizilər, nəsimilər, xaqanilər yetişdirən bu torpağın hər bir qələm sahibi vətənin gələcəyi, onun insanlarının firavan həyatı naminə söz səltənətində imzaların atmışlar. XIX-XX əsr Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri başqalarını yetirmişdir. Belə nurlu insanlara qarşı hər zaman xalq məhəbbəti olmuş əsərləri əldən-ələ keçərək diqqətlə mütaliə edilib, tədqiq belə olunmuşdur. Müasir dövrümüzdə Azərbaycan ədəbiyyatı tarixinin yaradıcıları olan simalara diqqət xüsusilə artmışdır. Bildiyimiz kimi, Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İıham Əliyev Sərəncam imzalayib. 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu Sərəncam Azərbaycan ədəbiyyatına, söz sənətinə dövlətimizin qaygı diqqətidir.

 

Xatırlatmaq yerinə düşər ki, milli-mənəvi dəyərlərimizin dövlət səviyyəsində qorunması onların YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na salınması Heydər Əliyev Fondunun həyata keçirdiyi beynəlxalq əhəmiyyətli tədbirlərin nəticəsidir. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına salınmış mənəvi sərvətlərimizə məhəbbətdir.

 

Sərəncamda qeyd olundugu kimi, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə qədirbilənliklə yanaşan Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

 

Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvəsi sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, şəxsiyyəti, yaradıcılığı ədəbiyyatimızda xüsusi mərhələ təşkil edir. Aşıq Ələsgər bir böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənəsini, toyunu-yasını, sevincini-kədərini, ictimai dərdlərini çox böyük ustalıqla, uca sənətkarlıqla öz əsərlərində əks etdirmiş, açıb göstərmişdir. Onun əsərlərində Azərbaycan təbiəti, onun dağları, düzləri, çayları, gölləri, bulaqları, göy yaylaqları bütün ətri, təravəti gözəlliyi ilə öz əksini tapmışdır. Elə bu səbəbdən onun bizə gəlib çatan zəngin yaradıcılığı özündən sonra gələn istedad sahiblərinin şairlərin, aşıqların, bəstəkarların, xanəndələrin, müğənnilərin, rəssamların diqqətini çəkmiş, hər kəs öz imkanı daxilində bu böyük sənətkara öz töhfəsini vermişdir.

 

Sərəncama əsasən, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəltmiş el sənətkarı Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümünün təntənəli qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Aşıqlar Birliyinin təklifləri nəzərə alınmaqla, ustad sənətkar Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

 

Aşıq Ələsgərin tərcümeyi-halindan məlumdur ki, o, 1821-ci ildə İrəvan xanlığının Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Ailəsi böyük olduğundan Alməmməd kişi Ələsgəri 14 yaşında Kərbəlayi Qurban adlı bir varlıya nökər vermiş, Ələsgər onun həyətində 4 il nökərçilik etmişdir. Aşıq Ələsgər xüsusi təhsil ala bilməmiş, sənətin sirlərini el sənətkarlarının ağsaqqalların yanında öyrənmişdi. İlk şeirini yeniyetməlik çağlarında aşıqların, xalq sənətkarlarının təsiri ilə söyləmişdir. Aşıq qoşmalar, təcnislər, gəraylılar, dodaqdəyməzlər yazıb, onları şövqlə sazda ifa etmiş, dastanlar söyləyən aşıq olmuşdur. O, aşıq sənətini müəllimi - böyük ustad Aşıq Alıdan öyrənmişdi. Aşıq Alının yanında şəyirdlik edən Ələsgər aşıqlıq sənətinin sirləri ilə bərabər ondan ədəb mərifət qaydalarını

da öyrənmişdir. Şəyirdlik dövrünü başa vurduqdan sonra Ələsgər Göyçə ilə yanaşı İrəvanda, Naxçıvanda, Qazaxda, Qarabağda, Gəncədə məşhurlaşmış, Göyçə aşıq məktəbinə rəhbərlik etmişdir.

 

Ömrünün çoxunu xalqın içərisində, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyədə, İranda Dağıstanda da ustad sənətkar kimi tanınmışdır. 1918-1919-cu illərdə daşnakların türklərə qarşı törətdiyi qırğın nəticəsində Göyçə mahalının var-yoxu talanmış, əhali öz dədə-baba yurdunu tərk edib başqa yerlərə köçməyə məcbur olmuşdur. İki ilə qədər Yanşaqda yaşayan Aşıq Ələsgər sonra Tərtərə köçmüş, bir neçə ay da orada qalmışdır. Bu yerlərin hər

birində aşığı hörmətlə qarşılasalar da, onun ürəyi-gözü Göyçədə idi. O gözünü açıb gördüyü doğma yerlər: Srınər, Murov, Muşoy dağları, Xaçbulaq yaylaqları üçün çox darıxırdı. Nəhayət, 1921-ci ildə o, Ağkilsəyə qayıtmış, ömrünün son illərini doğma kəndində yaşamışdır. Ancaq onun çal-çağırlı günləri arxada qalmışdı. Ömrünü toylarda, şadlıqlarda keçirən aşıq evdə oturmaqdan darıxır, qocalıqdan, xəstəlikdən şikayətlənirdi. O, tez-tez keçmiş günləri xatırlayır, dünya, həyat barədə düşünüb kədərlənirdi:

Səksəni, doxsanı keçibdir yaşım,

Əzrayıl həmdəmim, məzar yoldaşım.

Gor deyə tərpənir bəlalı başım,

Daha köç təbilin çal, qoca baxtım.

Aşıq Ələsgər 1926-cı il mart ayının 7-də doğulduğu Ağkilsə kəndində vəfat etmiş burada da dəfn edilmişdir. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 90-cı illərin əvvəllərində Azərbaycanın böyük aşıq-şairinin qəbri ermənilər tərəfindən vəhşicəsinə yerlə yeksan edilmişdir. Aşıq Ələsgərin sözlərinə yüzlərlə mahnı romanslar bəstələnmişdir. Aşıq Ələsgərin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun adına küçə, mədəniyyət sarayı, respublika Xalq Yaradıcılığı evi fəaliyyət göstərir. O, xalq tərəfindən bu gün sevə-sevə dinlənilir.

 

Zümrüd BAYRAMOVA

 

Səs.- 2021.- 14 aprel.- S.12.