Fransalı alim: Şuşa Bəyannaməsi bütün region üçün möhkəm sülh, sabitlik tərəqqi amilidir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü tarixən kök salmış qardaşlıq münasibətləri ilə bir-birinə bağlı olan iki böyük ölkə arasında növbəti tarixi görüşdür. Türkiyənin mühüm rol oynadığı 44 günlük müharibə nəticəsində azad edilmiş Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada baş tutan bu görüş çox böyük rəmzi məna kəsb edir. Bölgənin Уgüclü dövlətiФ, eləcə NATO-nun strateji üzvü olan Türkiyə NATO-nun sonuncu Zirvə görüşündə ABŞ Prezidenti Co Baydenin Prezident Rəcəb Tayyib Ərdoğanla səmimi salamlaşması - bütün bunlar rəmzi məna daşıyır.

 

Şuşada Azərbaycan Türkiyə prezidentlərinin bu görüşü iki qardaş ölkə arasındakı çox mühüm əməkdaşlığı bir daha təsdiqlədi. Həmçinin bu görüş Azərbaycanın mədəniyyətə sülhə verdiyi önəmi əks etdirir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhəri cari ilin mayında Azərbaycanın mədəniyyət mərkəzi elan edildi. Yaxşı bilirik ki, sülhə yer olmayanda, mədəniyyətə yer olmur. Bu baxımdan Şuşa mesajının ünvanı aydındır. Ona görə bu tarixi Bəyannamə bütün region üçün möhkəm sülh, sabitlik tərəqqi amilidir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Ali Tədqiqatlar Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrak AZƏRTAC-a müsahibəsində söyləyib.

 

O bildirib: УQarabağda erməni minasının qurbanı olmuş iki azərbaycanlı jurnalistin ailəsinə başsağlığı verirəm. Dünya ictimaiyyətini mövcud reallıqlarla məlumatlandırmaq istəyən iki jurnalist həyatını itirdi. Bu hadisə Ermənistanın insan tank əleyhinə minalarının qədər təhlükəli olduğunu göstərən faciədir. Bu, eyni zamanda Ermənistanın beynəlxalq konvensiyaları, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasını kobud şəkildə pozduğunu göstərir. Bu dözülməz vəziyyət hamımızdan beynəlxalq ictimaiyyətə çağırışlar etməyi tələb edir.

 

Qeyd edilib ki, azərbaycanlı jurnalistlərin ölümü bir daha minaların dərəcədə təhlükəli olduğunu dünyaya xatırlatdı. Azərbaycan erməni əsgərlərini qaytarmaqla humanist siyasətini bir daha nümayiş etdirdi. Ermənistan təkcə bir rayonun deyil, işğaldan azad olunmuş bütün ərazilərdə yerləşdirdiyi minaların xəritələrini verməlidir.

 

Diqqətə çatdırıb ki, Ermənistana diplomatik iqtisadi münasibətləri möhkəmləndirməklə regionda sülhün bərqərar olmasına çağırış etməklə Azərbaycan sülhpərvər mövqeyini göstərir. Bu, Azərbaycan xalqının sülh tərəqqi niyyətində olmasının sübutudur. Beynəlxalq hüququn normalarına riayət etməyən Ermənistan isə bütün beynəlxalq konvensiyaları kobud şəkildə pozaraq, azad edilmiş ərazilərdə yerləşdirdiyi minaların xəritələrini verməməklə barışıq yenidənqurma layihələrindən imtina edir. Mülki insanların ölümü ya yaralanması ilə nəticələnən minalarla bağlı passivlik göstərmək qəbuledilməzdir. Vəziyyətə təcili olaraq yenidən baxılmalı, beynəlxalq təsisatlar onsuz da ciddi olan vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq məqsədilə Ermənistanın əməkdaşlığa cəlb olunması üçün bütün zəruri imkanlardan yararlanmalıdır.

 

Karim İfrak bildirib ki, Minsk qrupunun üzvü olan Fransa Azərbaycanın sülh layihəsini dəstəkləməli Ermənistanı mina xəritələrini verməyə məcbur etməlidir.

 

УErmənistanı bütün mina xəritələrini verməyə məcbur etmək lazımdır. Otuz il əvvəl on minlərlə azərbaycanlı ailəsinin evlərindən didərgin salınması, əcdadlarının yurdundan qovulması böyük faciə bəşəriyyət tarixinin qara səhifəsidir. Bu gün həmin ailələrin öz evlərinə dönmək, yenidən normal həyata başlamaq şansı yaranıb. Azərbaycan hökuməti bu istiqamətdə artıq quruculuq işlərinə başlayıb. Məndə olan məlumata görə, bir ya iki il ərzində yeni kəndlər şəhərlər inşa ediləcək. Bu ailələr artıq evlərinə dönə biləcəklər. Hətta Britaniya hökumətinin bu istiqamətdə Azərbaycana yardım təklif etdiyini eşitmişəm. Buna görə düşünürəm ki, Fransa da eyni addımı atmalı son dərəcə perspektivli olan bu regionda sülh quruculuğu prosesində Azərbaycana kömək etməlidirФ, - deyə K. İfrak diqqətə çatdırıb.

 

Şəhla Ağalarova

 

Səs.- 2021.-18 iyun.- S.3.