Ümumrespublika Xəmsə Festivalı”nın şimal-qərb regionu üzrə VI turu keçirilib

 

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ümumrespublika Xəmsə Festivalı”nın növbəti, VI regional turu sentyabrın 17-də Şəki şəhərində keçirilib.

 

İki sahilxəbər verir ki,  Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan regional yarışda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala Balakən rayonlarını təmsil edən bitərəf YAP üzvü olan gənclərdən formalaşan komandalar iştirak ediblər.

 

 

 

İştirakçılar əvvəlcə Ümummilli Liderin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

 

 

 

Bilik yarışının açılış mərasimində YAP Şəki şəhər təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həsən Həsənov çıxış edərək, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci ilin AzərbaycandaNizami Gəncəvi İlielan edildiyini diqqətə çatdırıb. Bildirilib ki, dahi Azərbaycan şairi mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar ölkəmizdə, eləcə onun hüdudlarından kənarda silsilə tədbirlər həyata keçirilir. 2021-ci ilinNizami Gəncəvi İlielan edilməsi klassik ədəbi irsimizə verilən yüksək dəyərin bariz nümunəsidir.

 

 

 

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxışında dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində elmə, təhsilə həmişə böyük dəyər verildiyini diqqətə çatdırıb. “Ümumrespublika Xəmsə Festivalı”nın gənclər arasında böyük marağa səbəb olduğunu bildirib. O, gənclərə milli-mənəvi dəyərlərimizi aşılamaq baxımından layihənin əhəmiyyətini xüsusi qeyd edib, iştirakçılara bilik yarışında uğurlar arzulayıb. Qeyd olunub ki, layihə çərçivəsində iştirakçı gənclər həm bölgələrimizə səfər edir, eyni zamanda, digər bölgələrdən olan gəncləri tanımaqla öz əhatə dairələrini daha da genişləndirirlər. Belə tədbirlər gənclərimizin tariximizlə bağlı bilgilərini artırmaqla yanaşı, region gəncləri arasında əlaqələrin genişlənməsinə töhfə verir.

 

Çıxışlardan sonra intellektual yarışmaya start verilib.

 

Şimal-qərb bölgəsinin 6 rayonunu təmsil edən bitərəf YAP üzvləri olan gənclərdən formalaşmış komandaların iştirakı ilə keçirilən intellektual yarışın yekununda Qəbələ rayonunun komandası qalib gələrək, “Ümumrespublika Xəmsə Festivalı”nın Gəncə şəhərində keçiriləcək finalda iştirak etmək hüququ qazanıb.

 

 Səs.- 2021.- 18 sentyabr.- S.3.