Böyük Qayıdış:
Suqovuşana növbəti köç
Vətən müharibəsində qısa
bir zamanda uğurlu əməliyyatlar
nəticəsində düşmən
tapdağı altında
olan torpaqlarımızın
işğaldan azad olunması ilə Ermənistanın 30 ilə
yaxın davam edən işğalçılıq
siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal
altında saxlanılmış
ərazilərdə Azərbaycanın
şəhərləri və
digər yaşayış
məntəqələri, o cümlədən infrastruktur
obyektləri tamamilə
dağıdılıb, milli-mədəni
irsimiz məhv edilib, təbii sərvətlərimiz talan
olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə
abadlıq-quruculuq işlərinə
başlanılıb. Azərbaycan
yalnız özünün
maliyyə resurslarına
arxalanaraq sıfırdan
yeni şəhər və kəndlər salır. Təbii ki, Böyük Qələbənin nəticəsində
yaradılmış yeni
reallıq Qarabağın
və Şərqi Zəncəzurun bərpası
və inkişafını
nəzərdə tutan
Böyük Qayıdış
strategiyasının aktuallığını
təmin edir.
İşğaldan azad edilmiş bütün ərazilərimizdə,
o cümlədən Suqovuşanda
da abadlıq-quruculuq işləri sürətlə
davam etdirilir. Yeni yollar salınır,
infrastruktur qurulur, bərpa işləri uğurla davam etdirilir. Planlı və sistemli şəkildə görülən
bütün işlər
bilavasitə dövlətimizin
başçısı İlham
Əliyevin nəzarəti
altındadır. Prezidentimiz
təməlqoyma və
açılış mərasimlərində
iştirak edir, aparılan işlərlə
yerindəcə tanış
olur, tapşırıq
və tövsiyələrini
verir.
Suqovuşan kəndinə
ilk köç prosesi 20 ailəni əhatə edib. Bu proses mərhələli
şəkildə aparılır
və kənd sakinləri doğma yurdlarında firavan yaşayırlar. Kəndə
köçlə bağlı,
ümumilikdə, 180 ailə
(591 nəfər) siyahıya
alınıb. Kənddə
yararsız vəziyyətdə
olan 144 şagird yerlik tam orta
məktəbin binasında
da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və
"Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları
yenidənqurmadan sonra istifadəyə verilib.
Qeyd edək
ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də
Ağdərə rayonunun
Suqovuşan kəndində
inşa olunan yaşayış kompleksinin
istifadəyə verilməsi
mərasimində iştirak
edib, yeni mənzillərə köçən
sakinlərə evlərin
açarlarını təqdim
ediblər.
185 NƏFƏR KEÇMİŞ
MƏCBURİ KÖÇKÜN
DOĞMA YURDA QOVUŞUB
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq, Böyük Qayıdış
çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan
azad olunmuş ərazilərə qayıdışı
davam edir. Aprelin 7-də respublikanın
müxtəlif ərazilərində
yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən
ibarət növbəti
köç karvanı
Ağdərə rayonuna
çatıb. Bu gün artıq Ağdərə rayonunun Suqovuşan kəndində
53 ailə olmaqla, 185 nəfər keçmiş
məcburi köçkün
doğma yurda qovuşub.
Doğma yurda
qayıdan sakinlər hərtərəfli dövlət
qayğısı ilə
əhatə olunublar. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda,
ora köçürülən
keçmiş məcburi
köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında
çalışan, həmçinin
ayrı-ayrı dövlət
qurumlarının yerli
bölmələrində xidməti
vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış
səhiyyə, təhsil,
mədəniyyət, turizm,
sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə,
40 minə yaxın insan yaşayır.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan
silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı
təxribat törətməsinə
cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum
əməliyyatının elə
ilk günündə düşmənin illərdir
möhkəmləndirdiyi və
"keçilməz" adlandırdığı
ön müdafiə xətti yarıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
"Dəmir yumruq"
əməliyyatını uğurla
davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal
cəbhəsində mühüm
strateji əhəmiyyətə
malik Madagiz və Talış kəndlərini işğaldan
azad etdi. Bu xoş müjdəni
tviter hesabından xalqımıza çatdıran
dövlətimizin başçısı
Madagizin tarixi adını da bərpa edərək, onu Suqovuşan adlandırdı. Beləliklə,
1990-cı illərin əvvəllərində
Ermənistan silahlı
birləşmələri tərəfindən
işğal edilən
Suqovuşan və Talış kəndləri
Vətən müharibəsinin
yeddinci günündə
azadlığına qovuşdu.
Suqovuşan və
Talış Azərbaycan
Ordusu üçün
çox böyük strateji əhəmiyyətə
malik ərazilərdən
idi. Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik
təminat yolları Azərbaycanın nəzarətinə
keçdi. Bu döyüşlərdə Ermənistan
ordusu xeyli canlı qüvvə və texnika itirdi. Suqovuşan və Talışdakı yüksəkliklər strateji
baxımdan çox əhəmiyyətli olduğundan
bu yaşayış məntəqələrinin azad
edilməsi Azərbaycan
Ordusuna ətrafdakı
əraziləri nəzarətdə
saxlamaq imkanı verdi.
DOĞMA YURDA QOVUŞMAQ SEVİNCİ
İndi işğaldan
azad olunan digər ərazilərimiz
kimi, Suqovuşanda da dövlətimiz tərəfindən genişmiqyaslı
tikinti-quruculuq işləri
həyata keçirilir.
Artıq Suqovuşan ilk sakinlərini qarşılayıb və
insanlar uzun illər sonra doğma yurda qovuşmağın sevincini
yaşayırlar.
Artıq Ağdərə
rayonunun Suqovuşan kəndində məscid açılıb. Eyni vaxtda 100-ə yaxın insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər,
ikinci mərtəbəsi
isə qadınlar üçün nəzərdə
tutulub. Məscidin həyəti də yaşıllaşdırılıb. İbadət ocağının
daxilində xüsusi bəzək elementlərindən
istifadə olunub. Bu məsciddə yaradılan şərait bir daha təsdiqləyir
ki, milli-mənəvi dəyərlərimizin qorunması
və inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlətimizin
başçısının təşəbbüsünə və tapşırıqlarına
əsasən, paytaxtda
və ölkəmizin
bölgələrində onlarla
məscid, dini məbəd, tarixi abidə və ziyarətgah inşa edilib və ya əsaslı şəkildə bərpa
edilib. İşğal
zamanı məscidlərimiz
də vəhşiliklə
dağıdılıb, 67 məsciddən
65-i məhv edilib. İşğaldan azad olunmuş ərazilərimizdə
hazırda aparılan geniş quruculuq işləri çərçivəsində
yeni məscidlərin inşası da mühüm yer tutur. Suqovuşan kəndindəki məscidin
tikintisi, eyni zamanda, ölkəmizdə
milli-mənəvi dəyərlərin
qorunması ilə bağlı görülən
işlərin ardıcıl
xarakter aldığını
göstərir.
KEYFİYYƏTCƏ YENİ OLAN STRATEJİ
İNKİŞAF MƏRHƏLƏSİ
Kənddə yararsız vəziyyətdə
olan 144 şagird yerlik tam orta
məktəbin binasında
da əsaslı təmir işləri aparılıb. Bundan əlavə, ümumi gücü 7,8 meqavat olan "Suqovuşan-1" və
"Suqovuşan-2" Kiçik Su Elektrik stansiyaları
yenidənqurmadan sonra istifadəyə verilib. Suqovuşanda "istirahət
kompleksi layihəsi"
icra olunub. Ərazisi 6 hektar olan kompleksdəki 16 kottec və 2 mərtəbəli hotel binasında əsaslı təmir işləri aparılıb.
Azərbaycan bu gün quruculuq
meydanında imza atdığı lahiyələri
ilə sözünü
deyir. İşğaldan
azad olunan ərazilərdə böyük
abadlıq-quruculuq işləri
davam etdirilir. Bildiyimiz kimi, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur
yaşıl enerji zonası elan edilmişdir. Bu və ya digər
layihələr çox
böyük perspektivə
malikdir. Təhlükəsiz
yaşayışı və
dövlət idarəetməsini
təşkil etmək,
şəhər, qəsəbə
və kənd yaşayış məntəqələrinin
tikintisini və dayanıqlı infrastrukturla
təminatını həyata
keçirmək, müasir
standartlara uyğun xidmətlərin yaradılmasını
təmin etmək və s. prioritet məsələ olaraq qarşıya qoyulub və əhalinin doğma torpaqlarına geri qayıdışının
yüksək səviyyədə
təminatı istiqamətində
davamlı layihələr
həyata keçirilir.
İnkişaf strategiyası
nəticəsində dünya
miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə
də böyük maliyyə resursları olan, qlobal enerji
təhlükəsizliyinin təminatında
strateji rol oynayan Azərbaycan postpandemiya və postkonflikt dövründə
keyfiyyətcə yeni olan və 2022-2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə
daxil olub. Uğurla həyata keçirilən sosial-iqtisadi
islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, müasir
sosial-iqtisadi infrastruktur
quruculuğu proseslərinin
sürətlənməsini, insan kapitalının davamlı inkişafını
təmin edir.
Bugünki günümüzün
reallığı, əsas
hədəf Qarabağın
bərpası və Böyük Qayıdış
strategiyasını reallaşdırılmasıdır.
Azad edilən şəhər və kəndlərimizin yenidən
qurulması, öz yurd-yuvalarından didərgin
düşən soydaşlarımızın
evlərinə qaytarılması
əsas məsələlərdəndir.
Əlbəttə ki, bu gün işğaldan
azad edilmiş ərazilərdə aparılan
bərpa - quruculuq işləri planlı şəkildə həyata
keçirilir. Böyük
Qayıdış üçün
lazımı tədbirlər
həyata keçirilir
və bu ərazilərdə reallaşdırılan
infrastruktur layihələr
və tədbirlər
bir daha sübut edir ki, əzəli torpaqlarımız yenidən
dirçəlir, inkişaf
edir, əzəli sakinlər yurd yerlərinə qayıdırlar.
Zümrüd BAYRAMOVA
Səs.-
2025.- 9 aprel, №57.- S.10.