Azərbaycan-Özbəkistan:
ortaq tarixi, dili,
mədəniyyəti
paylaşan xalqlar
Prezident İlham Əliyev: "Biz qardaş Özbəkistanla əməkdaşlığımızı
genişləndirmək əzmindəyik"
Azərbaycan və Özbəkistanı çoxəsirlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur.
Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri
ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir.
Xalqlarımızın dil,
din, mədəniyyət,
mənəvi dəyərlər
baxımından yaxınlığı,
eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən
mühüm amillərdəndir.
Ölkəmizin Mərkəzi
və Orta Asiyanın türkdilli dövlətləri arasındakı
münasibətləri yüksələn
xətlə inkişaf
etməsinə Azərbaycanın
Özbəkistanla olan
əlaqələrini misal
göstərmək olar.
Azərbaycan-Özbəkistan əlaqələrinin bütün
sahələrdə uğurla
inkişafı, iki ölkə arasında imzalanan sənədlər
strateji münasibətlərin
və müttəfiqlik
əlaqələrinin daha
da mökəmlənməsinə,
ölkələrimiz arasında
əməkdaşlığın ildən-ilə güclənməsinə
gətirib çıxarır.
"Biz qardaş Özbəkistan ilə gündən-günə yeni
məzmunla zənginləşən
əməkdaşlığımızı,
xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika
sahələrində səmərəli
fəaliyyətimizi bundan
sonra da birgə səylərimizlə
genişləndirmək əzmindəyik.
Yüksək səviyyədə
qarşılıqlı anlaşmanın,
etimad və inamın mövcudluğu bunun üçün əlverişli zəmin yaradır". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı - Müstəqillik
Günü münasibətilə
ünvanlandığı məktubda
yer alıb.
"ÇOXŞAXƏLİ
FƏALİYYƏTİNİZİN, UZAQGÖRƏN
SİYASƏTİNİZİN,
VƏTƏNƏ VƏ XALQA
ŞƏRƏFLİ XİDMƏTİNİZİN
NƏTİCƏSİDİR"
Şavkat Mirziyoyevə
və Özbəkistan
xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini
çatdıran dövlətimizin
başçısı məktubunda
qeyd edib: "Bu gün Sizin
müəyyən etdiyiniz
yeni Özbəkistan strategiyası əsasında
ölkənizin sürətli
və hərtərəfli
inkişafı, bütün
sahələrdə tərəqqisi,
iqtisadi gücünün
artması, qlobal müstəvidə nüfuzu
və mövqelərinin
möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi
duyuruq. Özbəkistanın
əldə etdiyi bütün nailiyyətlər
Sizin çoxşaxəli
fəaliyyətinizin, uzaqgörən
siyasətinizin, Vətənə
və xalqa şərəfli xidmətinizin
nəticəsidir".
Prezident İlham
Əliyev bildirib ki, Azərbaycan-Özbəkistan
münasibətləri ortaq
tarixi, dili, mədəniyyəti paylaşan
xalqlarımız arasında
formalaşmış qardaşlıq
əlaqələrinin xoş
ənənələrini özündə
bariz şəkildə
əks etdirir.
Dövlətlərarası
əlaqələrimizin hazırda
yüksələn xətt
üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlərin
və görüşlərin
mühüm rol oynadığını diqqətə
çatdıran Azərbaycan
Prezidenti iyul ayında Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərini
ikitərəfli münasibətlərin
müttəfiqlik xarakterini
bir daha təsdiqlədiyini ifadə
edib: "İnanıram
ki, Azərbaycan-Özbəkistan
əlaqələrinin gələcək
fəaliyyət istiqamətlərinə
dair əldə etdiyimiz mühüm razılaşmalar, müxtəlif
sahələr, xüsusilə
də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə
imzalanmış bir sıra sənədlər
əməkdaşlığımızın
əhatə dairəsinin
genişlənməsinə, müttəfiqlik münasibətlərimizin
daha da möhkəmlənməsinə
və dərinləşməsinə
töhfələr verəcəkdir".
"AZƏRBAYCAN-ÖZBƏKİSTAN
QARDAŞLIĞI BUNDAN SONRA DA BÜTÜN BİRGƏ
TƏŞƏBBÜSLƏRİMİZİN
GERÇƏKLƏŞMƏSİNDƏ MÜHÜM ROL
OYNAYACAQ"
Bildiyimiz kimi,
Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev cari ilin iyulun 2-də Azərbaycan Respublikasına
dövlət səfəri
iki ölkə arasında çoxəsrlik
dostluq münasibətlərinin
inkişafında mühüm
əhəmiyyət kəsb
edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti dövlət
səfəri iki ölkə arasında strateji tərəfdaşlığın
yeni mərhələyə
qədəm qoyduğunu
nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır,
həmçinin iqtisadi
əməkdaşlığın dərinləşdirilməsi və
institusional çərçivədə
möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin
yatmış oldu.
Şübhəsiz ki, son illərdə
Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın
gələcəkdə daha
da möhkəmlənəcəyini
göstərir. Hazırda
ölkələrimiz arasında
bütün sahələri
əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq
getdikcə dərinləşir
və ikitərəfli
münasibətlərin gələcək
inkişafı üçün
möhkəm təmələ
çevrilir.
Səfər çərçivəsində iyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası
arasında imzalanmış
sənədlərin Azərbaycan
Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi
olub. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti
Şavkat Mirziyoyev Azərbaycan Respublikasının
və Özbəkistan
Respublikasının Ali
Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını
imzalamışdılar. Keçən
il isə Daşkənddə qarşılıqlı
müttəfiqlik fəaliyyəti
haqqında Müqavilə
imzalanıb. Bu, ölkələrin münasibətlərində
ən yüksək və əhəmiyyətli
sənəddir.
Prezident İlham
Əliyev, həmçinin
əmin olduğunu bildirib ki, Azərbaycan-Özbəkistan
qardaşlığı bundan
sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin
inkişafına, xalqlarımızın
rifahına xidmət edəcək.
"BİZ ÖZBƏKİSTANIN
SÜRƏTLİ İNKİŞAFINI, BÜTÜN
SAHƏLƏRDƏ
GENİŞMİQYASLI İSLAHATLARIN
HƏYATA KEÇİRİLMƏSİNİ
BÖYÜK MARAQ VƏ SEVİNCLƏ
MÜŞAHİDƏ EDİRİK"
Vurğulamaq yerinə düşər ki, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin
inkişafı baxımından
məhsuldar olub. Dövlətimizin başçısının
Özbəkistana üç
dəfə səfər
etməsi Azərbaycan
Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük
önəm verməsinin
göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq
Təşkilatının 16-cı Zirvə toplantısında
iştirak etmək üçün Özbəkistanda
səfərdə olub.
Dövlətimizin başçısının
bütün bu səfərləri zamanı
əldə edilmiş
razılaşmalar Mərkəzi
Asiyanın aparıcı
ölkələrindən olan
Özbəkistanla əlaqələrimizin
yeni mərhələdə
əsas konturlarını
müəyyənləşdirib.
Mühüm nəqliyyat marşrutlarının
üzərində yerləşən
ölkələrimiz bu
sahədə də fəal əməkdaşlıq
həyata keçirir.
Prezident İlham Əliyevin uzaqgörən
siyasətinin nəticəsi
olaraq Azərbaycanda bir sıra mühüm
nəqliyyat-logistika infrastrukturu
yaradılıb və
ölkəmiz beynəlxalq
nəqliyyat şəbəkələrinə
inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə
Mərkəzi Asiya ölkələrindən, o cümlədən
Özbəkistandan yükdaşımaların
həcminin daha da artmasına təkan verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri
zamanı imzalanan
"Azərbaycan Respublikası
Hökuməti ilə
Özbəkistan Respublikası
Hökuməti arasında
beynəlxalq avtomobil əlaqələri haqqında
Saziş" bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının
birində diqqətə
çəkib ki, biz Özbəkistanın sürətli inkişafını,
bütün sahələrdə
genişmiqyaslı islahatların
həyata keçirilməsini
böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq
arenada imicinin ildən-ilə artmasına,
iqtisadi potensialının
güclənməsinə, sosial
həyatının bir
çox məsələsinin
həll olunmasına şadıq: "Bütün
bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin
düşünülmüş siyasətinin nəticəsidir.
Bunların hamısı
konkret proqramlarda da öz əksini
tapır. Biz, dost və qardaşlar
olaraq buna ürəkdən sevinirik".
"ÖZBƏKİSTANA
İNVESTİSİYALAR
AZƏRBAYCAN ÜÇÜN
PRİORİTETDİR"
Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticarət
münasibətləri davamlı
müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk
beş ayında Özbəkistanla ticarət
dövriyyəsi ötən
ilin eyni dövrü ilə müqayisədə üç
dəfədən çox
artaraq 200 milyon dolları ötüb. Ötən il Azərbaycan-Özbəkistan ikitərəfli
tərəfdaşlığı üçün mühüm
hadisələrlə zəngin
olub. May ayında Quba şəhərində II Regionlararası
Forum keçirilib, onun
çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar
və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri
arasında qardaşlaşma
sazişləri imzalanıb.
"Özbəkistana investisiyalar
Azərbaycan üçün
prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi,
çünki Özbəkistan
Prezidentinin düşünülmüş
islahatları nəticəsində
ölkədə çox
yaxşı investisiya
mühiti yaradılıb",
- deyə Azərbaycan
Prezidenti çıxışlarının
birində bildirib.
Özbəkistan da dost ölkələr kimi, Qarabağın bərpasına öz töhfəsini verir. "Öz təşəbbüsü
ilə Qarabağ bölgəsinin bərpasına
dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial
təhsil infrastrukturunun
ilk obyekti isə məhz Özbəkistanın
tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük
oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına
qayıdan uşaqlar təhsil alırlar", -
deyə dövlət başçımız bildirib.
Azərbaycan və Özbəkistan
prezidentlərinin mütəmadi
şəkildə həyata
keçirilən qarşılıqlı
səfərləri növbəti
dəfə də öz ənənəsinə
sadiq qaldı. Belə ki, Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri
çərçivəsində Bakıda Özbəkistanın
Azərbaycandakı səfirliyinin
yeni binasının açılışında
iştirak ediblər. Müasir tələblərə
cavab verən yeni kompleks iki qardaş
ölkə arasında
çoxtərəfli strateji
tərəfdaşlıq münasibətlərinin
və müttəfiqliyin
gələcək inkişafına
yönəlib. "Özbəkistan"
parkının təməlini
qoyulması, ölkələrimiz
arasında imzalanmış
sənədlərin mübadilə
edilməsi, Özbəkistan
səfirliyinin yeni binasının
açılışı münasibətlərimizin müsbət
strateji inkişaf prosesi yaşadığını
və çoxşaxəli
əməkdaşlığın sürətlə genişləndiyini
sürətləndiyini deməyə
imkan verir.
Nəzakət
ƏLƏDDİNQIZI
Səs.-
2025.- 2 sentyabr, ¹157.- S.6.