"Uşaq ili" çərçisin tamaşalar hazırlanır

 

Prezident İlham Əliyevin rənca ilə 2009-cu ilin "Uşaq ili" elan edilsi ilə əladar olaraq Dövlət Akademik Opera Balet Teat kiçik yaş tamaşaçılar üçün iki yeni tamaşanın - Azərbaycanın əməkdar innət xadimi Nazim Əliverdiyovun "Cırtdan" opera Avstriya bəstəka İohann Ştrausun musiqisi əsasında "Düycik" baletinin quruluşunu veryi zər tutmuşdur.

"Cırtdan" operasının quruluşunu əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev verəcəkdir. Tamaşanın musiqi rəhbəri və dirijoru əməkdar incəsənət xadimi Kazım Əlibəyovdur. Operanın premyerasının martın sonunda keçirilməsi nəzərdə tutulub.

Opera və Balet Teatrının rəhbərliyi İ.Ştrausun "Düyməcik" baletinin quruluşunu vermək üçün Rusiyanın xalq artisti, məşhur xoreoqraf Liya Sabitovanı dəvət etmişdir. Balet tamaşasının musiqi rəhbəri və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu rəssamı Rusiya Akademik Böyük Teatrından dəvət olunmuş Dmitri Çerbadjidir. Bir neçə ay bundan öncə D.Çerbadji çox böyük uğurla səhnəyə qoyulan "Yeddi gözəl" baletinin səhnə tərtibatını vermişdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən aldığımız məlumata görə "Düyməcik" baleti Opera və Balet Teatrının Bakı Xoreoqrafiya Məktəbi ilə birgə layihəsidir. Kiçik yaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş bu tamaşada teatrın balet truppasının artistləri ilə yanaşı, həm də Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri çıxış edəcəklər. Baletin quruluşu üzərində işlərin teatr mövsümünün sonuna kimi tamamlanması nəzərdə tutulmuşdur.

Quruluşu yüksək bədii səviyyədə həyata keçiriləcək hər iki tamaşa gələcəyimiz olan uşaqların sağlam ruhda böyüməsi, onlara bədii-estetik və balet sənətinə məhəbbət aşılamağa xidmət edəcəkdir. Bu tamaşalar "Uşaq ili" çərçivəsində Opera və Balet Teatrı rəhbərliyinin öz kiçik tamaşaçılarına töhfəsi olub, uzun illər repertuarda möhkəm yer tutaraq onlara sevinc bəxş edəcəkdir.

 

 

Nəzakət

 

Səs.- 2009.- 5 fevral.- S. 12.