"Bakı şəhəri" foto və rəsm sərgisi

 

Muzey Mərkəzində "Bakı-islam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində "Bakı şəhəri" foto və rəsm sərgisinin açılışı oldu.

Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamladı. O bildirdi ki, belə bir tədbirin məhz paytaxtımızda keçirməsindən qürur hiss duyur. O, Prezident İlham Əliyevin açılış mərasimində söylədiyi "islam mədəniyyətinin paytaxtı yaxın gələcəkdə yenə də Bakının olacaq" fikrini tədbir iştirakçılarının nəzərinə çatdırdı. Bakıda, ilk dəfə olaraq. belə bir möhtəşəm layihə gerçəkləşdi.

Tədbirdə Azərbaycanın tanınmış rəssamlarının rəsm əsərləri, eyni zamanda, Şotlandiyadan gəlmiş Kolin Rosienin foto-sərgisi nümayiş etdirilirdi.

Tədbirdə çıxış edən İSESKO-nun baş direktoru Əbdüləziz Ostan əl-Tuveycri belə bir mötəbər tədbirdə iştirak etdiyinə görə çox məmnun olduğunu bildirdi. Yaxın gələcəkdə də Bakının islam mədəniyyətinin paytaxtı olacağına əmin olduğunu nəzərə çarpdırdı. Mədəniyyətin insanların bir-birinə daha yaxın olması üçün əsas vasitələrdən biri kimi qiymətləndirdi və İSESKO olaraq, mədəniyyətlərarası münasibətlərin yaranmasını özünə borc bildiyini qeyd etdi. Belə bir möhtəşəm tədbirin ərsəyə gəlməsində xüsusi rolu olan ölkə Prezidenti İlham Əliyev cənablarına, Mehriban xanım Əliyevaya, eyni zamanda Əbülfəs Qarayevə minnətdarlığını bildirdi.

Sonda rəsm və fotoşəkillərdən ibarət sərgi nümayış etdirildi.

 

Zümrüd

 

Səs.- 2009.- 20 fevral.- S. 12.