Musiqi Olimpi beynəlxalq festivalı

 

Festival Musiqi Olimpi Fondu Avropa Beynəlxalq Müsabiqələr İttifaqı tərəfindən təşkil olunub

 

Sankt-Peterburq Dövlət Kapellasının böyük salonunda nüfuzlu Musiqi Olimpi beynəlxalq festivalı çərçivəsində beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin konserti olmuşdur. Festivalın təşkilatçıları - Musiqi Olimpi Fondu Avropa Beynelxalq Müsabiqələr İttifaqıdır.

Əyyub Quliyevin dirijorluğu altında Sankt-Peterburq Dövlət Kapellasının simfonik orkestri S.Raxmaninov, N.Rimski-Korsakov, K.Sen-Sans M.Kastelnuovo-Tedeskonun irihəcmli əsərlərini ifa etmişdir. Beynəlxalq müsabiqələrin qalibləri L.Kotte (İsveçrə), İ.Kulikova (Hollandiya), Mey Yi Fu (Malayziya) Pinc-Yanc (Tayvan-Fransa) həmin konsertin solistləri olmuşlar. Konsert zamanı dəfələrlə səhnəyə çağırılan dirijor Əyyub Quliyev tamaşaçıların xahişi ilə konsert proqramının bir hissəsini yenidən təkrar ifa etmişdir. Anşlaqla keçən konsertdə Avropa Amerikadan dəvət olunmuş xüsusi qonaqlar - London Berlin filarmoniyalarının direktorları, Avstriyanın Zalsburq İngiltərənin Edinburq festivallarının bədii rəhbərləri iştirak etmişlər.

Əyyub Quliyevlə bərabər Almaniya, İngiltərə, Amerika İsveçdən beş nəfər dirijor dəvət olunmuşdur. Dirijorlarla bərabər, 13 ölkədən 25 nəfər tanınmış instrumental ifaçı festivalda geniş proqramla çıxış etmişdir. Festivalın konsertləri Sankt-Peterburqun böyük konsert salonları - Mariinski Teatrı, Dövlət Filarmoniyasının Böyük salonu Dövlət Kapellası Ermitajda baş tutmuşdur.

 

 

Zümrüd

 

Səs.- 2009.- 2 iyun.- S. 12.