Arşın mal alan Türkiyənin cənub-şərq bölgəsində göstərilən ilk operettadır

 

Mersin Dövlət Opera və Balet Teatrının səhnələşdirdiyi dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Arşın mal alan operettası Türkiyənin cənub-şərq bölgəsində göstərilən ilk operetta kimi tarixə düşmüşdür. Operetta böyük marağa səbəb olmuş, salona toplaşanlar tamaşanı sürəkli alqışlarla qarşılamışlar.

Tunceli valisi Mustafa Yaman tamaşanın nümayişindən sonra səhnəyə qalxaraq, qardaş Azərbaycan bəstəkarının bu ölməz əsərinin vilayətdə operetta, opera janrlarında gələcəkdə nümayiş etdiriləcək əsərlərə yol açdığını bildirmişdir.

Tamaşanın quruluşçu rejissoru Məlik Öztürk bildirmişdir ki, Arşın mal alan operettası Türkiyənin cənub-şərqində Bingöl, Batman, Siirt, Bitlis və Hakkari vilayətlərində də göstəriləcəkdir.

 

 

Zümrüd

 

Səs.- 2009.- 10 iyun.- S. 12.